Məhkəmə qərarları › İş №2(001)-1431/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1431/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1431/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 30.07.2020-ci il tarixli müqaviləyə əsasən, X1 9 (İMEİ Kodu **********35209) üçün 195,1 manat ödənilməmiş hissə və 19,9 manat cərimə borcu, 11.09.2020-ci il tarixli müqaviləyə əsasən, «Huawei» qulaqlıq üçün ödənilməmiş 146,4 manat və 14,6 manat cərimə, 21.10.2020-ci il tarixli müqaviləyə əsasən, Braun Blender, Beurer tərəzi üçün 251,2 manat ödənilməmiş hissə və 25,8 cərimə olmaqla, cəmi 653 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 30.07.2020-ci il, 11.09.2020-ci il və 21.10.2020-ci il tarixli müqavilələrə əsasən, X1 9 (İMEİ Kodu **********35209), «Huawei» qulaqlıq, Braun Blender və Beurer tərəzi almış və nəticədə 653 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.07.2020-ci il tarixli müqaviləyə əsasən, alqısalqı qiyməti 626,8 manat olan X1 9 (İMEİ Kodu **********35209) telefonu ilkin 100 manat olmaqla, 12 ay müddətinə, ayda 43,9 manat ödəmək şərti ilə almış, nəticədə 195,1 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 19,9 manat cərimə borcu, 11.09.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-salqı qiyməti 354,4 manat olan «Huawei» qulaqlığı ilkin ödəniş 60 manat, 8 ay müddətinə, ayda 36,8 manat ödəmək şərti ilə almış, nəticədə 146,4 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 14,6 manat cərimə, 21.10.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 432,8 manat olan Braun Blender, Beurer tərəzini ilkin ödəniş 80 manat, 12 ay müddətinə, ayda 29,4 manat ödəmək şərti ilə almış, nəticədə 251,2 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 25,8 miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 821,3 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 18.01.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 30.07.2020-ci il tarixdə bağlanmış 21046577 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin 100 manat olmaqla, 12 ay müddətinə hər ay 43,9 manat ödəmək şərti ilə, dəyəri 626,8 manat olan X1 9 (İMEİ Kodu **********35209) telefonu satmışdır. İş materiallarına əlavə edilmiş 30.07.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən X1 9 (İMEİ Kodu **********35209) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 11.09.2020-ci il tarixdə bağlanmış 21157514 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin 60 manat olmaqla, 08 ay müddətinə hər ay 36,8 manat ödəmək şərti ilə, dəyəri 354,4 manat olan «Huawei» markalı qulaqlıq satmışdır. İş materiallarına əlavə edilmiş 11.09.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Huawei” qulaqlıq təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 21.10.2020-ci il tarixdə bağlanmış 21264291 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 80 manat olmaqla, 12 ay müddətinə, hər ay 29,4 manat ödəmək şərti ilə, dəyəri 432,8 manat olan Braun Blender və Beurer tərəzi satmışdır. İş materiallarına əlavə edilmiş 21.10.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Braun Blender və Beurer tərəzi təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 05.01.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə 30.07.2020-ci il tarixli müqavilə üzrə 195,1 manat əsas borc və 19,9 manat cərimə, 11.09.2020-ci il tarixli müqavilə üzrə 146,4 manat əsas borc və 14,6 manat cərimə və 21.10.2020-ci il tarixli müqavilə üzrə 251,2 manat əsas borc və 25,8 cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı 30.07.2020-ci il tarixli, 11.09.2020-ci il tarixli və 21.10.2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış 30.07.2020-ci il tarixli, 11.09.2020-ci il tarixli və 21.10.2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və Cavabdeh 30.07.2020-ci il tarixli müqavilə üzrə 195,1 manat əsas borc və 19,9 manat cərimə, 11.09.2020-ci il tarixli müqavilə üzrə 146,4 manat əsas borc və 14,6 manat cərimə, 21.10.2020-ci il tarixli müqavilə üzrə 251,2 manat əsas borc və 25,8 cərimə borcu alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 30.07.2020-ci il tarixli müqavilə üzrə 195,1 (bir yüz doxsan beş manat 10 qəpik) manat məbləğində əsas borc, 19,9 (on doqquz manat 90 qəpik) manat məbləğində cərimə borcu, 11.09.2020-ci il tarixli müqavilə üzrə 146,4 (bir yüz qırx altı manat 40 qəpik) manat məbləğində əsas borc, 14,6 (on dörd manat 60 qəpik) manat məbləğində cərimə borcu, 21.10.2020-ci il tarixli müqavilə üzrə 251,2 (iki yüz əlli bir manat 20 qəpik) manat məbləğində əsas borc, 25,8 (iyirmi beş manat, 80 qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 683 (altı yüz səksən üç) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar