Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1434/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh və X2 qarşı pul tələbi barədə işə xx xxxxxx 2021-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: “xxxx” MMC Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2020-ci il tarixli, M.GM/020 nömrəli müqaviləyə əsasən 1200 manat əsas, 120 manat dəbbə borcu olmaqla ümumilikdə 1320 manat, xx xxxxxx 2020-ci il tarixli, M.GM/021 nömrəli müqaviləyə əsasən Cavabdeh 80 manat əsas borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, M.GM/020 nömrəli və zamin X3 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, M.GM/001 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh 3000 manat, xx xxxxxx 2020-ci il tarixli, M.GM/021 nömrəli müqaviləyə əsasən isə, Cavabdeh 200 manat nominalında “İdeal Taksik” kartı verilmiş və həmin kartlar vasitəsilə müvafiq məbləğdə məhsullar alaraq hər ay M.GM/020 nömrəli müqaviləyə əsasən 600 manat, M.GM/021 nömrəli müqaviləyə əsasən isə 40 manat olmaqla 5 ay ödəniş etmək öhdəliyi müəyyənləşdirilmişdir. Borclu müvafiq kartdan istifadə edərək M.GM/020 nömrəli müqaviləyə əsasən xx xxxxxx 2020-ci il tarixdə 600 manat, xx xxxx 2020-ci il tarixdə 600 manat, xx xxxx 2020-ci il tarixdə 600 manat ödəmiş, lakin may və iyun aylarına heç bir ödəniş etməmişdir, bununla yanaşı, borclu M.GM/021 nömrəli müqaviləyə əsasən xx xxxxxx 2020-ci il tarixdə 40 manat, xx xxxx 2020-ci il tarixdə 40 manat, xx xxxx 2020-ci il tarixdə 40 manat ödəniş etmiş, lakin may və yiun aylarında heç bir ödəniş etməmişdir, nəticədə şirkət qarşısındakı öhdəliklərni bu günə kimi lazımında yerinə yetirməmişdir. Bununla borclunun M.GM/-2- nömrəli müqaviləyə əsasən ümumi ödəmədiyi əsas məbləğ 1200 manat, M.GM/021 nömrəli müqaviləyə əsasən isə 80 manat əsas məbləğ təşkil etmiş və 111 gün gecikmə müəyyən edilmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən gecikdiymənin hər günü üçün qalıq borcun 0,3 faizi məbləğində olmaqla ...020 saylı müqaviləyə əsasən 399 manat, 021 saylı müqaviləyə əsasən isə 26 manat məbləğində dəbbə pulu hesablanmışdır. Müqavilənin həmin bəndinin tələbin əsasən, dəbbə pulunun ümumi məbləği alınan malın ümumi dəyərindən çox ola bilməz. Bu tələb nəzərə alındıqda hesablanmış ümumi dəbbə pulunun 425 manat olan hissəsi borclu tərəfindən ödənilməlidir. Borclunun 020 saylı müqaviləyə əsasən ödəməli olduğu əsas borc 1200 manat və hesablanmış dəbbə pulunun bir qismi olan 280 manat, 021 saylı ımüqaviləyə əsasən isə 80 manat əsas borc və hesablanmış dəbbə pulunun bir qismi olan 20 manat ümumilikdə 1580 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış “İdeal taksit” kartından istifadə üzrə xx xxxxxx 2020-ci il tarixli, M.GM/020 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 5 ay müddətinə məbləği ödəmək şərti ilə 3000 manat nominalında “İdeal Taksit” plastik kartı verilmişdir. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış “İdeal taksit” kartından istifadə üzrə xx xxxxxx 2020-ci il tarixli, M.GM/021 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 5 ay müddətinə məbləği ödəmək şərti ilə 200 manat nominalında “İdeal Taksit” plastik kartı verilmişdir. - “xxxx” MMC ilə X4 oğlu arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, M.GM/001 saylı zaminlik müqaviləsindən görünür ki, X3 “xxxx” MMc ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, M.GM/020 nömrəli müqavilərə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. - 2x xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, M.GM/020 saylı müqavilə üzrə ödənilməmiş əsas borc 1200 manat, dəbbə pulu 280 manat olmaqla ümumilikdə 1480 manat, M.GM/010 saylı müqavilə üzrə ödənilməmiş əsas borc 80 manat, dəbbə pulu 20 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən “xxxx” MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir, buna görə də, iddianın ona münasibətdə təmin olunması üçün əsaslar mövcuddur.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. X3 ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə əsasən İ.Ələkbərov xx xxxxxx 2020-ci il tarixli, M.GM/020 nömrəli müqavilədən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia ona münasibətdə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilsin. xx xxxxxx 2020-ci il tarixli, M.GM/020 saylı müqavilə üzrə 1200 manat əsas, 120 manat dəbbə borcu olmaqla ümumilikdə 1320 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh və X1 tutularaq, xx xxxxxx 2020-ci il tarixli, M.GM/021 saylı müqavilə üzrə 80 manat əsas borc Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul müştərək qaydada Cavabdeh oğlndan və X1 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1434/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1434/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver