Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1435/2024 29.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Unibank KB ASC-nin Cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Unibank KB ASC cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Unibank KB ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 27,50% ödəmək şərtilə 8500 manat kredit xətti açmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə əsasən, borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Unibank KB ASC-yə 8500 manat əsas, 1774,61 manat faiz, 71,25 manat cərimə olmaqla, cəmi 10345,86 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmiş və kreditor Unibank KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də cavabdeh X2 iddiaçı Unibank KB ASC-nin xeyrinə əas borca görə 8500 manat, faiz borcuna görə 1774,61 manat, cəriməyə görə 71,25 manat olmaqla, cəmi 10345,86 manat borcun və dövlət rüsumuna görə 121,04 manatın tutulması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı Unibank KB ASC-nin nümayəndəsi A.Z.Əzimova ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh X6 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. X3 Unibank KB ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh ona məxsus 55 946 86 80 mobil nömrəyə SMS-lə xx.xx.2028-ci il tarixədək illik 27,5%-lə 8500 manat nağd kredit (komissiya 345 manat, aylıq ödəniş 263 manat) və Ucard kartına illik 26%-lə 600 manatlıq kredit xəttini kredit kartına köçürülməsini xahiş etmişdir. Unibank KB ASC tərəfindən X4 məxsus 055 946 86 80 saylı mobil nömrəyə ünvanlanan 599sAHMb/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli sms bildirişdən müəyyən olunur ki, bank borc alana xx.xx.2028-ci il tarixədək, illik 27,5%-lə 8500 manat nağd (komissiya 345 manat aylıq ödəniş 263 manat) və Ucard kartına illik 26%-lə 600 manat kredit xətti açmağı təklif etmiş, təsdiqləmək üçün yes yazıb 8117 göndərməsi bildirilmişdir. X6 tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən müəyyən olunur ki, X1 KB ASC-nin internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01u/21 saylı ümumi oferta ilə tanış olmasını və bütün şərtlərlə razı olmasını, bütün öhdəliklərini vaxtlı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyini bildirib, bütün bank hesabları və müqavilə ilə bağlı bütün yazışmaları yazılı qaydada və ya ofertanın şərtlərinə uyğun olaraq bankın mülahizəsi ilə SMS və ya digər məsafədən istifadə olunan kanallar vasitəsi ilə edilməsini xahiş etmiş, bu sənədi imzalamaqla 409809MBQKHZ0569 nömrəli ödəniş kartını təhvil almasını təsdiq etmişdir. Borc verən Unibank KB ASC ilə borc alan X4 ünvanladığı SMS bildirişdən müəyyən olunur ki, xx.xx.2023-ci il tarixli 599sAHMb/23 saylı kredit müqaviləsinə əsasən borc verən borc alana 36 ay müddətinə, xx.xx.2028-ci il tarixinədək illik 27,50% dərəcəsi ilə 8500 manat kredit ayırmışdır. Unibank KB ASC-nin X7 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana xx.xx.2023-cü il tarixli 599sAHMb/23 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il tarixinə əsas borca görə 8500 manat, faiz borcuna görə 1260,59 manat, cəriməyə görə 24,52 manat olmaqla cəmi 9785,11 manat borcun yaranması, borc məbləğini 3 iş günü müddətində ödəmədikdə bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Unibank KB ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, X3 599sAHMb/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 8500 manat, faiz borcuna görə 1774,61 manat, cəriməyə görə 71,25 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçı cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişlə xx.xx.2023-cü il tarixli 599sAHMb/23 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il tarixinə əsas borca görə 8500 manat, faiz borcuna görə 1260,59 manat, cəriməyə görə 24,52 manat olmaqla cəmi 9785,11 manat borcunun yaranmasını bildirib, borc məbləğini 3 iş günü müddətində ödəmədikdə bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsi barədə təklifini cavabdehə göndərməklə birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada kredit müqaviləsinin ləğvi baş verdiyindən, iddiaçı cavabdehdən müqaviləni birtərəfli ləğv etdikdən sonra da hesabladığı faiz və cəriməni tələb etdiyindən iddia ərizəsi qismən, yəni xx.xx.2023-cü il tarixli 599sAHMb/23 saylı kredit müqaviləsinin ləğvindən əvvəl gecikdirilmiş əsas borca görə 8500 manatın, faiz borcuna görə 1260,59 manatın, cəriməyə görə 24,52 manatın cavabdehdən tutulmasına dair hissədə əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin, qalan hissədə təmin edilməməlidir. Belə ki, müqavilədən bir tərəfli qaydada imtina etməklə onu ləğv edən kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddia ərizəsi qismən təmin edildiyi üçün məhkəmə ödənilmiş dövlət rüumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X2 xx.xx.2023-cü il tarixli 599sAHMb/23 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8500 manat, faiz borcuna görə 1260,59 manat, cəriməyə görə 24,52 manat, dövlət rüsumuna görə 121,04 manat olmaqla cəmi 9906,15 manat Unibank KB ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1435/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1435/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver