Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-144/2025 21.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı-Quba yolu 25-ci km, Bakı İstiqamətində etibarnamə əsasında idarə etdiyi “X8” markalı **-GF-*** nömrəli avtomobillə hərəkətdə olarkən qarşıda, yolun hərəkət hissəsində avtomobil dayandığı üçün sürət həddini azaldaraq dayanmış və bu an ondan arxada hərəkətdə olan “Honda İnsight” markalı **-VY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün onun avtomobilinin sağ arxa hissəsi ilə toqquşaraq aşmışdır. Nəticədə onun idarə etdiyi **-GF-*** dövlət qeydiyyat nişanlı “X8” markalı avtomobilə ciddi ziyan dəymişdir. Bununla da, **-VY-*** nömrəli dövlət qeydiyyat nişanlı “Honda İnsight” markalı avtomobilini etibarnamə əsasında idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bu fakt iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Həmçinin hadisə ilə bağlı onun və hadisəni törətmiş **-VY-*** nömrəli dövlət qeydiyyat nişanlı “Honda İnsight” markalı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 izahatı alınmış, cavabdehin şəxsiyyət vəsiqəsinin eyniləşdirmə məlumatları iddia ərizəsinə əlavə olunmuşdur. **-VY-*** nömrəli dövlət qeydiyyat nişanlı “Honda İnsight” markalı avtomobilin icbari dövlət sığortası olmadığına görə ona dəymiş ziyanı etibarnamə əsasında idarə edən Cavabdeh2 ödəməkdən qəti şəkildə imtina etmişdir. Hadisə nəticəsində onun idarə etidiyi **-GF-*** dövlət qeydiyyat nişanlı “X8” markalı avtomobilə dəymiş maddi ziyan ödənilməmişdir. Həmçinin Cavabdeh1 məxsus avtomobilin dövlət icbari sığortası olmadığına görə hadisə ilə bağlı dəymiş maddi zərər qarşılanmamışdır. Həmin maddi ziyanın ödənilməsi ilə bağlı cavabdeh və 3-cü şəxsə xəbərdarlıq edərək müraciət etsələr də, dəymiş zərərlə bağlı heç bir əvəz ödənilməmişdir. Dəymiş ziyanla bağlı əldə edilmiş qiymətləndirmə məlumatı ilə bağlı sənəd də, iş materiallarına əlavə olunmuşdur. Həmçinin inzibati tənbeh vermə haqqında qərar da, iş materiallarına əlavə olunmuşdur. **-GF-*** dövlət qeydiyyat nişanlı “X8” markalı avtomobilə ümumilikdə 6358 (altı min üç yüz əlli səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. Qəza törətmiş avtomobilin Dövlət İcbari Sığortası olmadığına görə mübahisənin məhkəmədə həll edilməsi, dəymiş maddi zərərin cavabdeh və 3-cü şəxsdən alınaraq ona ödənilməsi zərurəti yaranmışdır. Hadisə nəticəsində ona dəymiş 6358 manat dəymiş zərərin cavabdeh və 3-cü şəxsdən alınaraq ona ödənilməsi barədə ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 6358 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 85 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6443 (altı min dörd yüz qırx üç) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Nümayəndə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 6358 manat və məhkəmə üçün ödənilmiş 85 manat olmaqla, ümumilikdə isə 6443 (altı min dörd yüz qırx üç) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı iddiaçı Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə istinad etməklə, Nümayəndə əsl İddiaçı ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdehlərə qarşı tələb olunan dəymiş zərərin yarısının Cavabdeh1 tərəfindən ödənildiyini, Cavabdeh1 ilə barışdıqlarını, ona qarşı heç bir iddia və tələbi olmadığını bildirərək, digər Cavabdeh2 qarşı olan iddia tələbinin qüvvədə olduğunu və ona dəymiş zərərin geri qalan yarısının Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 Cavabdeh1 ilə iddiaçı arasında razılığın əldə edildiyini nəzərə alaraq, Cavabdeh1 cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, hal-hazırda dəymiş ziyanı ödəməyə maddi imkanının olmadığını, lakin iddiaçı ilə razılığa gəlib hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Honda” markalı ** VY *** qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolu 25-ci km, Bakı istiqamətində hərəkətdə olarkən ondan qarşıda hərəkətdə olan “X6” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında maneə olduğu üçün dayanmışdır, o isə ara məsafəni düzgün seçmədiyi üçün tormozlanma etsə də, həmin avtomobilin arxa sağ hissəsi ilə toqquşaraq aşmışdır. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. İş materiallarında olan Nümayəndə tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə 21:30 radələrində Bakı-Quba yolu 25-ci km, Bakı istiqamətində etibarnamə ilə etdiyi “X6” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıda yolun hərəkət hissəsində avtomobilin dayandığını görmüş və surətini azaldaraq dayanmışdır. Bu an ondan arxada hərəkətdə olan “Honda” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəni düzgün seçmədiyi üçün onun avtomobilinin sağ arxa hissəsi ilə toqquşaraq aşmışdır. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilikin qiymətləndirmə aktından görünür ki, “X6” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 6358.83 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1682 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, “X4” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixl qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2017-ci il buraxılışlı “X6 LC 200” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5868 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş nəqliyyat vasitələrindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, “X6 LC 200” markalı ** GF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı tərəfindən Nümayəndə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X6 LC 200” markalı ** GF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçi) İddiaçıdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Honda İnsight” minik markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolu 25-ci km, Bakı istiqamətində hərəkətdə olarkən ondan qarşıda hərəkətdə olan “X6 LC200” minik markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında maneə olduğu üçün dayanmış olduğundan, o isə ara məsafəni düzgün seçmədiyi üçün tormozlanma etsə də, həmin avtomobilin arxa sağ hissəsi ilə toqquşaraq aşmışdır. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, “X6 LC200” minik markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 6358.83 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1682 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, 2017-ci il buraxılışlı “X6 LC200” minik markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 5868 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən müəyyən olunur ki, Cavabdeh1 ona aid hissədə zərəri ödəmiş və iddiaçı tərəfindən həmin cavabdehə tələb irəli sürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, “X6 LC200” minik markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, Cavabdeh1 tərəfindən zərərin yarısının ödənildiyi və iddiaçının Cavabdeh1 qarşı iddia tələbi olmadığından, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1682 nömrəli ekspert rəyində müəyyən edilmiş 5868 manat məbləğində pul vəsaitinin yarısı, yəni 2934 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq, İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 dəymiş ziyana görə 2934 (iki min doqquz yüz otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 85 manat dövlət rüsumunun 50%, yəni 42.5 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%, yəni 42.5 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%, yəni 50 manat Cavabdeh2, qalan 50%, yəni 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-144/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-144/2025
21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver