Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1448/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Nizami oğluna qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********56686 olan Samsung Galaxy A32 markalı telefon, Akami jam case, vinil mat üçün 871 manat ödənilməmiş hissə, 87 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********85372 olan Samsung Galaxy A32 markalı telefon üçün 730 manat ödənilməmiş hissə, 73 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Bosch markalı çaynik üçün 151,2 manat ödənilməmiş hissə, 15,8 manat cərimə, olmaqla, ümumilikdə 1928 manat borc, 39,28 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Nizami oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə arasında bağlanan xx.xx.20201-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********56686 olan Samsung Galaxy A32 markalı telefon, İMEİ kodu **********85372 olan Samsung Galaxy A32 markalı və Bosch markalı çaynik almış və nəticədə 1928 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 951 manat (12 ay x 79,25 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********56686 olan Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə, 958 manat olmaqla ondan, 871 manat ödənilməmiş hissə, güzəşt olunaraq 87 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 780,03 manat (12 ay x 60,88 manat + 49,47 manat ilkin ödəniş) İMEİ kodu **********85372 olan Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə, 803 manat olmaqla ondan, 730 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73 manat cərimə, xx.xx.20222-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 151,2 manat (3 ay x 50,4 manat + 0 manat ilkin ödəniş) Bosch markalı çaynik üçün ümumilikdə, 167 manat olmaqla ondan, 151,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15,8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 130,03 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh bildirişi almasına baxmayaraq, məhkəməyə əsaslandırılmış etirazını təqdim etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh Nizami oğlu arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli, №0299786 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh Nizami oğlu ilkin ödənişsiz İMEİ kodu **********56686 olan Samsung Galaxy A32 markalı telefon almış və 12 ay müddətinə ayda 79,25 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 01 dekabr 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh Nizami oğlu №0299786 saylı müqaviləyə əsasən İMEİ kodu **********56686 olan Samsung Galaxy A32 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh Nizami oğlu arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli, №0378785 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh Nizami oğlu ilkin ödənişlə İMEİ kodu **********85372 olan Samsung Galaxy A32 markalı telefon almış və 12 ay müddətinə ayda 60,88 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 10 yanvar 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh Nizami oğlu №0378785 saylı müqaviləyə əsasən İMEİ kodu **********85372 olan Samsung Galaxy A32 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh Nizami oğlu arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, №0340682 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh Nizami oğlu ilkin ödənişsiz Bosch markalı çaynik almış və 3 ay müddətinə ayda 50,4 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 17 yanvar 2022-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh Nizami oğlu №0340682 saylı müqaviləyə əsasən Bosch markalı çayniki tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 14 dekabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Nizami oğlunun xx.xx.2021-ci il tarixli müqavilə üzrə 871 manat əsas, 87 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 730 manat əsas, 73 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 151,2 manat əsas, 15,8 manat cərimə borcu olmaqla, 3 müqavilə üzrə ümumilikdə 1928 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqavilələri üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş əks halda müqavilələrin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət ödəniş portalının xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 3 müxtəlif tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. 01 dekabr 2021-ci il tarixli, №0299786 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh Nizami oğluna nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 12 ay müddətinə ayda 79,25 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 10 yanvar 2022-ci il tarixli, №0378785 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh Nizami oğluna ilkin ödənişlə nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 12 ay müddətinə ayda 60,88 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 17 yanvar 2022-ci il tarixli, №0340682 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh Nizami oğluna nisyə satmış, cavabdeh isə həmin əşyanı qəbul etmiş və 3 ay müddətinə ayda 50,4 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Cavabdeh iddiaya dair bildirişi almasına baxmayaraq, iddiaya etiraz etməmişdir. İddiaçı cavabdehdən 39.28 manat məbləğində dövlət rüsumunun əvəzinin ona qaytarılmasını xahiş etsə də, iddia ərizəsi verilərkən cəmi 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 01 dekabr 2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 871 manat, cərimə borcuna görə 87 manat, 10 yanvar 2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 730 manat, cərimə borcuna görə 73 manat, 17 yanvar 2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 151,2 manat, cərimə borcuna görə 15,8 manat olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 1928 manat məbləğində pul vəsaiti Cavabdeh Nizami oğlundan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə qətnamədə dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla iddia ərizəsi verilərkən 39.28 manat dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Bundan əlavə iddiaçı 30 manat dövlət rüsumu ödəsə də, cavabdehdən 39.28 manat ödənilmiş rüsumun əvəzinin tutulmasını xahiş etmişdir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 9.28 manat məbləğində dövlət rüsumunun çatışmayan hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01 dekabr 2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 871 manat, cərimə borcuna görə 87 manat, 10 yanvar 2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 730 manat, cərimə borcuna görə 73 manat, 17 yanvar 2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 151,2 manat, cərimə borcuna görə 15,8 manat olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh Nizami oğlundan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30(otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh Nizami oğlundan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Dövlət rüsumunun çatışmayan hissəsində 9.28(doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh Nizami oğlundan tutularaq dövlət büdcəsinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1448/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1448/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver