Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1453/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Əfəndı̇ yeva Naı̇ lə Oktay qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i:̇ İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Əfəndı̇ yeva Naı̇ lə Oktay qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra isə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehlər bank qarşısındakı öhdəliklərini yerinə yetirmişlər. Ona görə də, hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılmasına təkid etmədi. Həmçinin qeyd etdi ki, o, borcunu banka tam olaraq ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021ci il tarixli rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Əfəndı̇ yeva Naı̇ lə Oktay qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Əfəndı̇ yeva Naı̇ lə Oktay qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbinə dair dair mülki iş baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Əfəndı̇ yeva Naı̇ lə Oktay qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.(Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1453/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1453/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver