Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1462/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.800 (on iki min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 129 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 oktyabr 2022-ci il tarixdə Cavabdehlə aralarında 11500 (on bir min beş yüz) manat kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən “borc alan” cavabdeh krediti xx.xx.2023-cü il tarixədək “borc verənə”, yəni ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin 10 ay vaxt keçməsinə baxmayaraq cavabdeh onu aldadaraq müxtəlif bəhanələr gətirərək ona olan 11500 manat borcu qaytarmamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə cavabdeh onu ünvan 1 ünvanına qeydiyyata salmaq üçün ondan 1300 (min üç yüz) manat alaraq, 25 avqust 2023-cü il tarixədək qeydiyyata salmağı, əks təqdirdə götürdüyü pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh uzun müddət hər dəfə müxtəlif bəhanələr gətirməklə aldığı pulları verməkdən yayınmışdır. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Bir sözlə, cavabdeh onun etibarından sui-istifadə edərək aldatmış və nəticədə ona maddi ziyan vurmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən ona qarşı edilmiş hərəkətlər nəticəsində ona 12800 (on iki min səkkiz yüz) manat məbləğində zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 51 saylı Notariat Ofisininin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 05 oktyabr 2022-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 11500 manat (on bir min beş yüz manat) məbləğində pulu notariusunu bankda açılmış depozit hesabı vasitəsilə borc verir. Həmin müqavilənin ikinci bəndinə əsasən borc alan Cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək borc verənə İddiaçı qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı ünvan 1 ünvanına qeydiyyata salmaq üçün ondan 1300 (bir min üç yüz) manat alaraq, 25 avqust 2023-cü il tarixədək qeydiyyata salmağı, əks təqdirdə götürdüyü pulu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 129 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (münasibətlər yarandığı an qüvvədə olan maddə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə 11500 manat məbləğində borc pul vermiş cavabdeh həmin pulu müvafiq olaraq xx.xx.2023-cü il tarixlə qaytarmağı öhdəsinə götürmüş olsa da, həmin pulu vaxtında iddiaçıya qaytarmamışdır. Eyni zamanda cavabdeh iddiaçını ünvan 1 ünvanına qeydiyyata salmaq müqabilində xx.xx.2023-cü il tarixdə 1300 manat məbləğində pul vəsaiti almış və əks təqdirdə xx.xx.2023-cü il tarixdə həmin pulu iddiaçıya qaytaracağına dair öhdəlik götürmüş olsa da, üzərinə düşən öhdəliyi icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən cəmi 12800 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12800 (on iki min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12800 (on iki min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1462/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1462/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver