Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1486/2025 04.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Apple Watch 8 qol saatı üçün 382,1 manat ödənilməmiş hissə, 114,63 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SOYUDUCU LG üçün 296,7 manat ödənilməmiş hissə, 89,01 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********81848 İphone 14 markalı telefon, Apple adapter üçün 59,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat və 23,6 manat cərimə, ümumilikdə 2077 manat borc, 40,77 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023cü il, xx.xx.2023- cü il, xx.xx.2022-cü il tarixli müqavilələrə əsasən, APPLE WATCH 8 qol saatı, SOYUDUCU LG, İmei kod **********81848 İPHONE 14 markalı telefon , APPLE ADAPTER almış və nəticədə 983.78 (doqquz yüz səksən üç manat, 78 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1646.4 (bir min altı yüz qırx altı manat, 40 qəpik) manat (12 ay x 137.2 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH 8 qol saatı üçün ümumilikdə, 496.73 (dörd yüz doxsan altı manat, 73 qəpik) manat olmaqla ondan, 382.1 (üç yüz səksən iki manat, 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 114.63 (yüz on dörd manat, 63 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2576.16 (iki min beş yüz yetmiş altı manat, 16 qəpik) manat (18 ay x 143.12 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU LG üçün ümumilikdə, 385.71 (üç yüz səksən beş manat, 71 qəpik) manat olmaqla ondan, 296.7 (iki yüz doxsan altı manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89.01 (səksən doqquz manat, 1 qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2923.4 (iki min doqquz yüz iyirmi üç manat, 40 qəpik) manat (12 ay x 196.7 manat + 563 manat ilkin ödəniş) olan İmei kod **********81848 İPHONE 14 markalı telefon , APPLE ADAPTER üçün ümumilikdə, 101.34 (yüz bir manat, 34 qəpik) manat olmaqla ondan, 59.8 (əlli doqquz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 17.94 (on yeddi manat, 94 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6407.36 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən dəyəri 1646.4 manat (12 ay x 137.2 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH 8 qol saatı kreditlə almışdır. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən dəyəri 2576.16 manat (18 ay x 143.12 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU LG kreditlə almışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən dəyəri 2923.4 manat (12 ay x 196.7 manat + 563 manat ilkin ödəniş) olan İmei kod **********81848 İPHONE 14 markalı telefon, APPLE ADAPTER kreditlə almışdır. 04 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixə hər üç müqavilə üzrə və İnnovativ Layihələr Mərkəzinin rüsumu olmaqla, ümumilikdə 983,78 manat məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İMEİ: **********81848, İPHONE 14 256GB-MİDNİGHT markalı mobil telefonun acılıb bağlanması xidmətinə görə, X1 23.60 (iyirmi üç manat, 60 qəpik) manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 –ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də hesab edirəm ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 114,63 manat dəbbə pulunun məbləği azaldılaraq 26,74 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 89,01 manat dəbbə pulunun azaldılaraq 20,76 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 17,94 manat dəbbə pulunun məbləği azaldılaraq 4,18 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, "xxxx" MMC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 382,1 manat ödənilməmiş hissə, 26,74 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə 296,7 manat ödənilməmiş hissə, 20,76 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 59,8 manat ödənilməmiş hissə, 4,18 manat cərimə, eləcə də İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat məbləğində rüsum olmaqla, ümumilikdə 813,88 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMCnə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1486/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1486/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver