Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1488/2024 02.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işə sadələşdirilmiş icraat qaydasında baxılacağına dair bildiriş, ərizə və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmiş, lakin məktub cavabdehə çatdırılmadığından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1488/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraat iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən evini satmaq istəməsi və iddiaçı tərəfindən alınması barədə razılığa gəlmişlər. Evin bəzi yerlərinin təmirə ehtiyacı olduğundan xx.xx.2023-cü il tarixdə Podrat müqaviləsi rəsmiləşdirdilər. Evin dəyərinin 75000 manat olması barədə razılaşdılar. Belə ki, xx.xx.2023-cü il tarixdə yəni müqavilə notariat ofisində rəsmiləşdirilərkən 3000 manat notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh verilməsi üçün ödənilmişdir. İddiaçı qalıq qalan 72500 manat məbləği xx.xx.2023-cü il tarixədək ödəməyi barədə öhdəlik götürmüşdür. Bundan başqa müqavilə şərtinə uyğun olaraq cavadbeh Cavabdeh xx.xx.2023-cü il tarixədək fərdi yaşayış evini yaşayış üçün hazır edərək iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh fərdi yaşayış evini, üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədi və ümumilikdə evi iddiaçıya təhvil verməkdən imtina etdi. İddiaçı pulunu geri tələb etdikdə müxtəlif bəhanələr gətirərək həmin torpaq sahəsinə və üzərində olan tikiliyə vermiş olduğu 3000 manat pulu yaxın zamanlarda qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, barəsində müqavilə bağladıqları ev Cavabdeh məxsusdur. Ev çoxdan tikilmiş hazır evdir və evin ilkin sənədləri mövcuddur. Əslində, niyyətləri alqı-satqı müqaviləsinin bağlanması idi. Lakin evin çıxarışı olmadığından cavabdeh 3000 manatı ondan evin dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün almışdır. Çıxarışı alıb, ondan sonra alqı-satqını etməli idilər. Notariusda ona bildirildi ki, başqa yolu yoxdur - podrat müqaviləsi bağlanmalıdır. Lakin sonradan o öyrəndi ki, bu cavabdehin adamları aldadmaq üçün dəfələrlə istifadə etdiyi sxemdir. Onun evi satmaq kimi niyyəti olmayıb. Məqsədi 3000 manatı ələ keçirmək idi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş notariat işinin materiallarından aşağıdakılar görünür: - Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Podrat müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən, Cavabdeh öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında inşa edilən ... 2 mərtəbəli 6 otaqlı ... fərdi yaşayış evini tikib yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, İddiaçı isə həmin fərdi yaşayış evini qəbul edilərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüş; ... podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd daxil olmaqla 75500 manat təşkil edir, sifarişçi həmin məbləğin 3000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir, qalan 72500 manat məbləği xx.xx.2023-cü il tarixədək ödəməyi öz öhdəsinə götürür. - İddiaçı tərəfindən Podrat müqaviləsi üzrə 3000 manat məbləğində pul notariusun depozit hesabına mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəlləsinin 402.1-ci maddəsinə görə, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Mülki Məcəlləsinin 402.4-cü maddəsinə müvafiq olaraq, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Mülki Məcəlləsinin 402.5-ci maddəsinə görə, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir”. Məhkəmə İddiaçı məhkəmə iclasında verdiyi izahatı, onun sözlərinə görə tərəflər arasında əslində podrad müqaviləsi deyil, ilkin alqı-satqı müqaviləsinin bağlandığını, 3000 manatın iddiaçı tərəfindən cavabdehə evin sənədləşdirilməsinin yekunlaşması və alqısatqının rəsmiləşdirilməsi üçün verildiyini, sonradan cavabdehin dəfələrlə alıcıları belə aldatdığını və evi satmaq kimi niyyətinin olmadığını bilməsi və hal-hazırda cavabdehə verdiyi 3000 manatı geri tələb etməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-397 saylı Podrat müqaviləsi etibarsız hesab edilməli, 3000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-397 saylı Podrat müqaviləsi etibarsız hesab edilsin. 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1488/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-1488/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver