Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1497/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Müstəqil tələb irəli sürməyən üçünçü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırıması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırıması, su axıdılmasının qadağan edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus fərdi yaşayış evinin həyətindən mütəmadi olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə çırkab suları axıdılır. O, hesab edir ki, cavabdehə aid fərdi yaşayış evinin kanalizasiya xəttində baş vermiş nasazlıqlardan baş verir. Bu hal mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur, fərdi yaşayış evinin həyətyanı hissəsindən istifadə edilməsində çətinlik törədir, suyun mütəmadi axması fərdi yaşayış evində antisanitariya və nəmişlik yaradır, ətrafa yayılan pis qoxu onun fərdi yaşayış evində təhlükəsiz yaşamağına meneə olur, mütəmadi olaraq evdə qapı pəncərə bağlı saxlanılır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçünçü şəxs M.Qənbərov iddia tələbinə münasibətdə bildirdi ki, aparılan araşdırma zamanı cavabdeh tərəfindən iddiaçının həyətinə su axıdalma faktı təstiq edilmişdir, bu səbəbdən də iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Gigiyena və Epidomiologiya Mərkəzinin tərəfindən ünvanlanış cavab məktubundan görünür ki, İddiaçı şikayətində qeyd olunan məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə aparılmış sanitariya müayinəsi zamanı onun həyatyanı ərazisinə qonşusu Cavabdeh fərdi yaşayış evinin həyətindən (sanitariya məişət otağının və hamamın yerləşdiyi sahədə) su sızması, müvafiq sahədə divarın nəm olduğu aşkar olmuş və şikayətə səbəb olan mövcud nöqsanlar, qonşuluq zəminində olduğundan şikayət ərizəsini müvafiq tədbirlər görülməsi üçün Bakı şəhəri Binəqədi rayonun Biləcəri Bələdiyyəsinə göndərilmişdir. - Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən ünvanlanmış cavab məktubundan görünür ki, Cavabdeh izahatı alınmış və o, bildirmişdir ki, onun həyətindən İddiaçı həyətinə su axıdılmır, onun həyətinə aid olan kanalizasiya xətti İddiaçı həyəti ilə heç bir əlaqəsi yoxdur. Həmçinin, qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Binəqədi rayonun Biləcəri Bələdiyyəsinə və ya məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3005 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan hamam tikilisinin kanalizasiya xətləri gizli oİduğundan, İddiaçı məxsus torpaq sahəsindən Cavabdeh oğİunun kanalizasiya xəttinin keçibkeçmədiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Cavabdeh oğİunun faktiki istifadəsində olan torpaq sahəsində inşa edilmiş hamam tikilisindən İddiaçı məxsus torpaq sahəsinə su axdığı müəyyən edilmişdir. Cavabdeh faktiki istifadəsində olan hamam tikilisinin döşəməsində və divarıda mövcud olan qüsurlar aradan qaldırıldıqdan sonra (əgər kanalizasiya xətlərində də qüsur varsa həmin qüsurlar aradan qaldırılmalıdır) İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh hamam tikilisindən su axıntısının qarşısı alına bilər. Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.2-ci maddəsinə əsasən, sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. -158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, mülki qanunvericiliyin şərhi zamanı müəyyən olur ki, əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Mülki Məcəllənin 170-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı və cavabdehin torpaq sahələrinin bir birinə bitişik qonşu sahələr olduğu müəyyən edilmişdir. Ekspert tərəfindən keçirilən baxış zamanı iddiaçının həyətyanı sahəsinin cavabdeh ilə sərhəd divarinda və torpaq sahəsində nəmişlik izlərinin olduğu müəyyən edilmişdir. Baxış zamanı həmin nəmişlik olan hissənin torpaq sahəsi təmizlənmişdir. Daha sonra cavabdehin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı iddiaçının həyətyanı sahəsi ilə sərhəd hissədə cavabdehin hamam tikilisinin yerləşdiyi müəyyən edilmişdir. Hamam tikilisinə baxış zamanı tikilinin divarının sement məhlulu ilə suvandığı, döşəməsinə isə metlax təbəqəsi vurulduğu müəyyən olundu. Vizual baxış zamanı, döşəməyə vurulmuş metlax təbəqəsirtin aralarında-boşluq olduğu, metlax təbəqələrinin birləşmə yerlərinin sement ilə doldurulmadığı, həmçinin tikilinin iddiaçının torpaq sahəsi ilə sərhəd hissədə divar ilə döşəmənin birləşmə yerlərində aralanmaların olduğu müəyyən edilmişdir. Kanalizasiya xəttinin üzəri örtülü olduğuna görə, hər hansı qüsur olub-olmadığın müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı məhkəmənin nümayəndəsinin iştirakı ilə ekspetiment keçirilmiş və ekspertiment zamanı cavabdehin hamam tikilisinin kanalizasiya xətlərinə, döşəməsində və iddiaçı ilə sərhəddə yerləşən divarın dibinə su axıdılmışdır. Bu zaman nəmişlik olan hissəyə iddiaçının həyətyanı sahəsindən baxış keçirilən zaman, öncədən təmizlənmiş çuxura divarın dibindən suyun axdığı müşahidə olunmuşdur. Nəzərə alınmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqdadır. Beləliklə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır. Göründüyü kimi, İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh fərdi yaşayış evinin həyətindən su axıdalma faktı təstiq edilmişdir. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Mülkiyyətçinin hüquqlarının məhdudlaşdırlmasının yolverilməzliyi prezumpsiyası baxımından qanunsuz bir haldır. Bu hal iddiaçının hüquqlarını pozduğundan və o, əmlakından sərbəst istifadəsi məhdudlaşdırıldığından bu tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir. Odur ki, İddiaçı mübahisəli əmlakın sahibi olduğundan o, öz əmlakı olan mübahisəli yaşayış sahəsinə Cavabdeh fərdi yaşayış evinin həyətindən su axıdılmasının qadağan edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə Cavabdeh suyun axıdılması qadağan edilsin və kanalizasiya xəttində olan qüsurun aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul Cavabdeh alınaraq, dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma-hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1497/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1497/2023
20.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver