Məhkəmə qərarları › İş №2(3-10)-808/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-808/2026

03.09.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-808/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı4, iddiaçı2 Bahəddin oğlunun, iddiaçı1, iddiaçı5 və iddiaçı3 cavabdeh Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “süni maneələrin aradan qaldırılması” tələbi, təmin) Hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, iddiaçılar iddiaçı4, iddiaçı2 Bahəddin oğlunun, iddiaçı1, iddiaçı5 və iddiaçı3 iştirakları ilə, İddiaçılar iddiaçı4, iddiaçı2 Bahəddin oğlunun, iddiaçı1, iddiaçı5 və iddiaçı3 cavabdeh Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı iddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Mübahisə Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən su quyusundan (artezian qurğusundan) istifadə ilə bağlıdır. İddiaçılar bildirir ki, su quyusu (artezian qurğusu) artezian qurğusu bələdiyyənin balansındadır, lakin cavabdeh onu istifadəsində olan torpaq sahəsinə qataraq onların istifadəsinə maneçilik törədir. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində 0.42 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 2007-ci ildən cavabdeh Cavabdeh mülkiyyətindədir. Bununla belə Cavabdeh naturada 0,4650 ha torpaq sahəsindən istifadə edir. 2015-ci ildə Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən iddiaçı iddiaçı4 ünvanlanmış məktubda göstərilmişdir ki, artezian qurğusu, su çəni və transformatorun yerləşdiyi sahənin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyənləşdirilərək hazırkı iş üzrə cavabdeh Cavabdeh Firudin oğluna bu barədə məlumat verilmişdir. Vəndam qəsəbəsi İƏD tərəfindən verilmiş oxşar məzmunlu arayışlarda qeyd olunmuşdur ki, Cavabdeh Vəndam Bələdiyyəsinin mülkiyyətində olan artezian qurğusunun ona məxsus torpaq sahəsində yerləşdiyini əsas gətirərək sakinlərin qurğusunun yerləşdiyi torpaq sahəsinə girişə icazə vermir, mütəmadi olaraq elektrik kabelini, plastik boruları zədələməklə artezian suyundan istifadəyə süni maneələr yaradır. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar məhkəməyə müraciət edərək, sözügedən artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, 1980-ci illərin əvvəllərində sakinlərin içməli su ilə təmin olunması məqsədilə artezian quyusu qazılmış, su çəni və transformator quraşdırılmış, həmin qurğular vahid çəpərlənmiş ərazidə yerləşdirilərək istifadəyə verilmişdir.Sonralar qəsəbə sakini Cavabdeh artezian qurğusunun yerləşdiyi əraziyə bitişik torpaq sahəsində yaşayış evi tikmiş, daha sonra isə artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin də onun xüsusi mülkiyyətində olduğunu iddia edərək sakinlərin həmin əraziyə girişinə və artezian suyundan istifadəsinə maneələr yaratmağa başlamışdır. Mübahisənin həlli məqsədilə Vəndam bələdiyyəsinə və aidiyyəti dövlət qurumlarına müraciətlər edilmiş, verilmiş cavab məktublarında artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu bildirilmişdir. Lakin 2021-ci ildə Cavabdeh ##.##.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edərək sözügedən torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirmiş və sakinlərin sudan istifadəsinə mane olacağını bəyan etmişdir. Bundan sonra Cavabdeh, onun ailə üzvləri, o cümlədən oğlu Azər Həşimov sakinləri hədələmiş, təhqir etmiş, artezian suyundan istifadəyə imkan verməmiş, sakinlər tərəfindən quraşdırılmış nasosun, elektrik xətlərinin və su borularının zədələnməsinə səbəb olmuşlar. Həmçinin artezian qurğusunun yerləşdiyi ərazi daş hasarla bağlanmış, transformator yararsız hala salınmış, artezian quyusuna aid avadanlıqlar yerindən çıxarılmışdır. Bu barədə polis orqanlarına müraciətlər edilmiş, müəyyən müddət ərzində sudan istifadə bərpa olunsa da, sonradan yenidən maneələr yaradılmışdır. Sakinlərin və Vəndam bələdiyyəsinin müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, artezian qurğusu Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Bununla yanaşı, iddiaçılar hesab edirlər ki, həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi zamanı torpaq qanunvericiliyinin, o cümlədən “Torpaq islahatı haqqında” Qanunun, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələbləri pozulmuş, ümumi istifadədə olan və sakinlərin içməli su təminatı üçün nəzərdə tutulmuş torpaq sahəsi qanunsuz olaraq xüsusi mülkiyyətə verilmişdir. Bundan əlavə, artezian qurğusunun aid olduğu təsərrüfat tərəfindən həmin obyektin Vəndam bələdiyyəsinə təhvil verildiyi, buna baxmayaraq ümumi istifadədə olan torpaq sahəsinin xüsusi mülkiyyətə keçirildiyi bildirilir.Hazırda artezian quyusu, su çəni və transformatorun yerləşdiyi sahə üç tərəfdən Cavabdeh məxsus torpaq sahəsi, bir tərəfdən isə ümumi istifadədə olan yol ilə əhatə olunmuşdur. İddiaçılar artezian qurğusuna xidmət göstərilməsi, təmir işlərinin aparılması və içməli sudan maneəsiz istifadə olunması üçün həmin sahəyə giriş imkanının təmin edilməsini, yaradılmış süni maneələrin aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpasını xahiş edirlər. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, transformator və artezian qurğusunun onların ərazisindən çıxarılaraq bələdiyyənin mülkiyyətində yerləşdirilməsi ilə bağlı qarşı tərəfə təklif də etmişlər. Eyni zamanda, həmin torpaq sahəsindən servitut hüququ əsasında iddiaçılar istifadə edə bilərdilər. Üçüncü şəxs Qəbələ rayon Vəndam Bələdiyyəsinin nümayəndəsi izahatında bildirmişdir ki, artezian quyusunun yerləşdiyi sahə həqiqətən də cavabdehin istifadəsindədir. Bu səbəbdən onun çıxarışının həmin hissədə ləğv edilməsi ilə bağlı inzibati qaydada məhkəməyə müraciət etmişdir. Çünki, cavabdeh iddiaçıların əraziyə daxil olmasına icazə vermir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş ##.##.2023-cü il tarixli məktubdan görünür ki, mütəxəssislər baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada araşdırma zamanı müəyyən olunmuşdur ki, ##.##.2007-ci il tarixli çıxarışa əlavə edilmiş texniki pasportda qeyd edilmiş, Cavabdeh mülkiyyətində olan 0,42 hektar torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir. Qəbələ Rayon Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, 2(025)- **/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: Abbas Əliyev). Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı iddiaçı4 аpellyаsiyа şikаyəti verərək Qəbələ Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri belə olmuşdur: 1) Məhkəmə mübahisəli ərazidə yerləşən torpaq sahələrinin hüquqi statusunu tam müəyyən etməmişdir. İş materiallarından görünür ki, Cavabdeh adına rəsmiləşdirilmiş 0,42 ha torpaq sahəsindən əlavə, təxminən 0,06 ha ölçüdə mülkiyyətçisi müəyyən edilməmiş torpaq sahəsinin mövcudluğu barədə ƏMDX-nin nümayəndəsi məhkəmə iclasında izahat vermişdir. Lakin həmin torpaq sahəsinin hüquqi statusu, sərhədləri və mənsubiyyəti araşdırılmamışdır 2) məhkəmə artezian qurğusunun hansı torpaq sahəsində yerləşdiyini müəyyən etmədən iddianı rədd etmişdir. Halbuki mübahisənin həlli üçün əsas fakt məhz artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin hüquqi mənsubiyyətinin müəyyən edilməsidir 3) Məhkəmə ƏMDX-nin ##.##.2021-ci il tarixli məktubu ilə ##.##.2023-cü il tarixli məktubu arasında mövcud olan ziddiyyətləri araşdırmamış, həmin ziddiyyətlərə hüquqi qiymət verməmişdir 4) Vəndam bələdiyyəsinin sərhədlərini və bələdiyyə torpaqlarını əks etdirən xəritənin tələb olunması barədə vəsatət təmin olunsa da, sonradan həmin sənəd məhkəmə tərəfindən tələb edilməmiş və araşdırılmamışdır 5) Məhkəmə ƏMDX əməkdaşının məhkəmə iclasında verdiyi izahatı nəzərə almamışdır. Həmin izahata əsasən, cavabdehin torpaq sahəsinin sənəd üzrə sərhədləri ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur 6) Cavabdeh adına verilmiş torpaq sahəsinin planı və sərhədlərini göstərən sənədlər məhkəməyə təqdim edilsə də, həmin sənədlər məhkəmə iclasında tədqiq olunmamış və iddiaçılara təqdim edilməmişdir 7) Məhkəmə bir tərəfdən artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olduğunu müəyyən etmədiyini qeyd etmiş, digər tərəfdən isə cavabdehin mülkiyyət hüquqlarının pozula biləcəyi qənaətinə gəlmişdir. Məhkəmə artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilmədiyini bildirsə də, iddiaçılara gələcəkdə servitut hüququ əsasında iddia qaldırmağı tövsiyə etmişdir. Torpaq sahəsinin mülkiyyətçisi müəyyən edilmədən servitut məsələsinin gündəmə gətirilməsi məntiqi və hüquqi baxımdan əsaslandırılmamışdır 8) Məhkəmə İ.Qayıbov adına təsərrüfat tərəfindən artezian qurğusunun aktla Vəndam bələdiyyəsinə təhvil verilməsi faktına hüquqi qiymət verməmişdir. Apellyasiya icraatı zamanı alınmış ##.##.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ##.##.2007-ci il tarixli çıxarışa əlavə edilmiş texniki passportda qeyd edilmiş Cavabdeh mülkiyyətində olan 0,42 ha torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında böyük uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir. Apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyində qeyd olunmuşdur ki, tələbdə göstərilmiş artezian quyusu Cavabdeh istifadəsində olan 0,4650 ha torpaq sahəsinin üzərində yerləşir. Faktiki naturada ölçülmüş artezian quyusu yerləşən torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(107)- **/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən iddiaçı iddiaçı4 cavabdeh Cavabdeh qarşı “artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi iddiaçı iddiaçı4 aid olan mübahisələndirilən hissədə qismən təmin edilmiş və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən artezian qurğusundan istifadəyə törədilən süni maneələrin cavabdeh Cavabdeh tərəfindən aradan qaldırılması, birinci instansiya məhkəməsininin qətnaməsinin iddiaçı iddiaçı4 apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: Elman İsayev – sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Elçin Mehdiyev). Qətnamədən iddiaçı iddiaçı4 (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Eyni zamanda Qətnamədən cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən – iddia tələbinin “gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması” hissəsində ləğv edilərək işin bu hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki: 1) Məhkəmə mübahisəli ərazidə yerləşən torpaq sahələrinin hüquqi statusunu tam müəyyən etməmişdir. İş materiallarından görünür ki, Cavabdeh adına rəsmiləşdirilmiş 0,42 ha torpaq sahəsindən əlavə, təxminən 0,06 ha ölçüdə mülkiyyətçisi müəyyən edilməmiş torpaq sahəsinin mövcudluğu barədə ƏMDX-nin nümayəndəsi məhkəmə iclasında izahat vermişdir. Lakin həmin torpaq sahəsinin hüquqi statusu, sərhədləri və mənsubiyyəti araşdırılmamışdır 2) məhkəmə artezian qurğusunun hansı torpaq sahəsində yerləşdiyini müəyyən etmədən iddianı rədd etmişdir. Halbuki mübahisənin həlli üçün əsas fakt məhz artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin hüquqi mənsubiyyətinin müəyyən edilməsidir 3) Məhkəmə ƏMDX-nin ##.##.2021-ci il tarixli məktubu ilə ##.##.2023-cü il tarixli məktubu arasında mövcud olan ziddiyyətləri araşdırmamış, həmin ziddiyyətlərə hüquqi qiymət verməmişdir 4) Vəndam bələdiyyəsinin sərhədlərini və bələdiyyə torpaqlarını əks etdirən xəritənin tələb olunması barədə vəsatət təmin olunsa da, sonradan həmin sənəd məhkəmə tərəfindən tələb edilməmiş və araşdırılmamışdır 5) Məhkəmə ƏMDX əməkdaşının məhkəmə iclasında verdiyi izahatı nəzərə almamışdır. Həmin izahata əsasən, cavabdehin torpaq sahəsinin sənəd üzrə sərhədləri ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur 6) Cavabdeh adına verilmiş torpaq sahəsinin planı və sərhədlərini göstərən sənədlər məhkəməyə təqdim edilsə də, həmin sənədlər məhkəmə iclasında tədqiq olunmamış və iddiaçılara təqdim edilməmişdir 7) Məhkəmə bir tərəfdən artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olduğunu müəyyən etmədiyini qeyd etmiş, digər tərəfdən isə cavabdehin mülkiyyət hüquqlarının pozula biləcəyi qənaətinə gəlmişdir. Məhkəmə artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilmədiyini bildirsə də, iddiaçılara gələcəkdə servitut hüququ əsasında iddia qaldırmağı tövsiyə etmişdir. Torpaq sahəsinin mülkiyyətçisi müəyyən edilmədən servitut məsələsinin gündəmə gətirilməsi məntiqi və hüquqi baxımdan əsaslandırılmamışdır 8) Məhkəmə İ.Qayıbov adına təsərrüfat tərəfindən artezian qurğusunun aktla Vəndam bələdiyyəsinə təhvil verilməsi faktına hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı4, iddiaçı2 Bahəddin oğlunun, iddiaçı1, iddiaçı5 və iddiaçı3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən – iddia tələbinin “gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması” hissəsində ləğv edilərək işin bu hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq və prosessual normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işdə olan məlumatlara, o cümlədən Dövlət Yerquruluşu Layihə İnstitutunun məktubuna, Vəndam qəsəbəsi İƏD tərəfindən verilmiş arayışlara əsasən mübahisənin obyekti olan artezian qurğusunun Vəndam bələdiyyəsinə aid olduğu qənaətinə gəlmişdir. Cavabdeh iddiaya etirazında özünün torpaq üzərindəki mülkiyyət hüququna istinad etsə də, məhkəmə araşdırmasında həmin hal sübuta yetirilməmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh oğlunun mülkiyyətində 0.42 ha torpaq sahəsi olsa da, o, naturada 0,4650 ha torpaq sahəsindən istifadə edir. Eyni zamanda mübahisəli su quyusunun (artezian qurğusunun) məhz Cavabdeh mülkiyyətində olan 0.42 ha torpaq sahəsində yerləşməsi təsdiqini tapmamışdır. Belə ki, DƏDKR PHŞ-nin * saylı Qəbələ Ərazi idarəsinin verdiyi mütəxəssis rəyinə əsasən, Cavabdeh mülkiyyətinə verilmiş 0.42 hektar torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmədiyinə görə sənəd üzrə hüquqlarını (yerləşməsi) müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi cavabdeh Cavabdeh öz sənədlərində olan çatışmazlıq ucbatından istinad etdiyi mülkiyyətinin hüdudlarına dair sənəd təqdim edə bilməmiş, dövlət orqanlarının verdiyi məlumatların əksini, yəni mübahisə obyekti olan artezian qurğusunun öz mülkiyyətinin hüdudları daxilində yerləşməsini sübuta yetirə bilməmişdir. Mövcud vəziyyətdə apellyasiya məhkəməsinin iddianı “Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən artezian qurğusundan istifadəyə törədilən süni maneələrin cavabdeh Cavabdeh tərəfindən aradan qaldırılması” hissəsində təmin etməsi qanuni və əsaslı olmuşdur. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iddianın təmin olunmuş hissəsinə münasibətdə işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin əsaslandırma və nəticə ilə razılaşır. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilməməli, qətnamə iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Bu xüsusatla bağlı məhkəmə tərkibi onu da qeyd edir ki, cavabdeh Cavabdeh bundan sonra mübahisə obyektinin məhz özünün mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsinə dair təsdiqedici sənədlər (plan-ölçü və s.) əldə etməsi həmin obyektə dair yeni əsaslarla ayrıca iddia qaldırmasına mane olmur. Bununla belə Kollegiya hesab edir ki, iddianın təmin edilməmiş hissəsində apellyasiya məhkməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Belə ki, iddiaçının su quyusundan (artezian qurğusundan) istifadəsinə törədilən süni maneələrin cavabdeh tərəfindən aradan qaldırılması qət olunursa, ictimai ehtiyaclara xidmət edən bələdiyyə əmlakından yararlanmaq üçün fiziki şəxsin həmin obyektə sərbəst çatımlılığı da təmin olunmalıdır. Belə ki, iddiaçının müvafiq texniki və digər işlərin görülməsi üçün su quyusuna (artezian qurğusuna) yaxınlaşmasına, yəni qurğunun yerləşdiyi əraziyə daxil olmasına zərurət yarana bilər. Hazırkı vəziyyətdə iddianın təmin olunmuş hissəsi ilə iddiaçının bu ehtiyaclarının hansı formada qarşılanacağı naməlum qalmışdır. Başqa sözlə, iddiaçının fiziki olaraq mübahisə obyektinə çatımlılığı təmin olunmadan istifadəyə törədilən süni maneələr tam şəkildə aradan qaldırılmış hesab edilə bilməz. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi iddia tələbinin “gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması” hissəsində ləğv edildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hazırda baxılan hissədə apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırda baxılan hissədə iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti həmin hissədə təmin edilərək qətnamə hazırda baxılan hissədə ləğv olunmalı və iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə maneənin aradan qaldırılması ilə bağlıdır. Belə ki, iddiaçılar məhkəməyə müraciət edərək, sözügedən artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyatorlar isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirmişdir. Ümumiyyətlə apellyatorlar iddia tələbinin təmin edilməsini tələb edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(107)- **/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən iddiaçı iddiaçı4 cavabdeh Cavabdeh qarşı “artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi iddiaçı iddiaçı4 aid olan mübahisələndirilən hissədə qismən təmin edilmiş və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən artezian qurğusundan istifadəyə törədilən süni maneələrin cavabdeh Cavabdeh tərəfindən aradan qaldırılması, birinci instansiya məhkəməsininin qətnaməsinin iddiaçı iddiaçı4 apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən – iddia tələbinin “gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması” hissəsində ləğv edilərək işin bu hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhəkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin apellyasiya şikayətinin dəlillərinə, həm də Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Belə olan halda məhkəmə kollegiyası birinсi instansiya məhkəməsinin qətnaməsini gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması hissəsi üzrə yоxlаyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, cavabdeh tərəfin mülkiyyətində 0.42 ha torpaq sahəsi olsa da, o, faktiki olaraq naturada 0,4650 ha torpaq sahəsindən istifadə edir. Yəni, cavabdeh özünə məxsus torpaq sahəsindən əlavə torpaq istifadə etməkdədir. Bundan başqa, iş materialları ilə mübahisəli su quyusunun (artezian qurğusunun) məhz cavabdehin mülkiyyətində olan 0.42 ha torpaq sahəsində yerləşməsi təsdiqini tapmamışdır. Belə ki, DƏDKR PHŞ-nin Qəbələ Ərazi idarəsinin verdiyi mütəxəssis rəyinə əsasən, cvabdehin mülkiyyətinə verilmiş 0.42 hektar torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmədiyinə görə sənəd üzrə hüquqlarını (yerləşməsi) müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz sənədlərində olan çatışmazlıq ucbatından istinad etdiyi mülkiyyətinin hüdudlarına dair sənəd təqdim edə bilməmiş, dövlət orqanlarının verdiyi məlumatların əksini, yəni mübahisə obyekti olan artezian qurğusunun öz mülkiyyətinin hüdudların daxilində yerləşməsini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası subutetmə ilə bağlı qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. İş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə obyekti olan artezian qurğusunun öz mülkiyyətinin hüdudları daxilində yerləşməsi və yolun tutulmaması ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, iddiaçının su quyusundan (artezian qurğusundan) istifadəsinə törədilən süni maneələrin cavabdeh tərəfindən aradan qaldırılması qət olunduğu halda, ictimai ehtiyaclara xidmət edən bələdiyyə əmlakından yararlanmaq üçün fiziki şəxsin həmin obyektə sərbəst çatımlılığı da təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 239.1-ci maddəsinin tələbinə görə, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Kollegiya hesab edir ki, iddiaçıların müvafiq texniki və digər işlərin görülməsi üçün su quyusuna (artezian qurğusuna) yaxınlaşmasına, yəni qurğunun yerləşdiyi əraziyə daxil olmasına zərurət də yarana bilər. Hazırkı vəziyyətdə isə, iddianın təmin olunmuş hissəsi ilə iddiaçının bu ehtiyaclarının hansı formada qarşılanacağı naməlum qalmışdır. Başqa sözlə, iddiaçının fiziki olaraq mübahisə obyektinə çatımlılığı təmin olunmadan istifadəyə törədilən süni maneələr tam şəkildə aradan qaldırılmış hesab edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh mülkiyyətində 0,42 ha (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ##.##.2007-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) torpaq sahəsinin olmasına baxmayaraq, naturada 0,4650 ha torpaq sahəsindən istifadə edir. Qalan 0,06 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Bundan başqa, mübahisə predmeti olan artezian qurğusu halhazırda bələdiyyənin balansında olmaqla, faktiki olaraq cavabdehin istifadəsində olan 0,4650 ha torpaq sahəsində yerləşir. Məhkəmə kollegiyası bir məqamı da qeyd edir ki, artezianın yerləşdiyi torpaq sahəsi bələdiyyə torpağı olduğundan, kollegiya yolla bağlı əlavə ekspertiza təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində hazırda mübahisələndirilən artezian quyusu istiqamətində olan gediş-gəliş yolu cavabdeh Cavabdeh tərəfindən açılmalıdır. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı iddiaçı4 tərəfindən verilmiş аpellyasiya şikayəti hazırda baxılan hissədə təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi hazırda baxılan gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin (ləğv edilmiş) hissədə təmin edilsin. Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən və hazırda mübahisələndirilən artezian quyusu istiqamətində olan gediş-gəliş yolu cavabdeh Cavabdeh tərəfindən açılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar