Məhkəmə qərarları › İş №2(3-10)-616/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-616/2026

26.08.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-616/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Zeynalabdin oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Zeynalabdin oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı Zeynalabdin oğlu cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ər-arvaddırlar və onun yaxın qohumlarıdır. Belə ki, cavabdeh cavabdeh1 onun bacısı, digər cavabdeh cavabdeh2 isə bacısı Qəmərin həyat yoldaşıdır. Yevlax rayonu Malbinəsi kəndində ona (iddiaçıya) məxsus 0.12 ha torpaq sahəsi vardır. Həmin daşınmaz əmlaka dair hüquq sahibi iddiaçıdır və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən onun adına "Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir (AN°.691521). "Torpaq sahəsinin planı və ölçüsü" sənədində, torpaq sahəsinin mülkiyyət növü - xüsusi, torpaq sahəsi üzərində hüququn növü mülkiyyət, reyestr nömrəsi - 901013059891, sənəd üzrə və faktiki olaraq 0.12 ha, "Plan və ölçüsünün tərtib edilməsinə əsas - Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin müraciət ərizəsi, torpaq sahəsinin satılması barədə bələdiyyə qərarından çıxarış, Torpaqların alqısatqısına dair akt, rəy, Yevlax şəhəri İH Memarlıq və Tikinti şöbəsinin rəyi göstərilmişdir. O, Yevlax rayonu Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsinə köməklik göstərilməsi ilə bağlı, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsi müraciət etmişdir. Müraciəti ##.##.2025-ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Mahiyyət etibarı ilə torpaq sahəsinin qeydiyyata alınması "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə zidd olduğu, yəni sözügedən qanunun 7-ci maddəsinin tələblərinə riayət edilmədən qeyri-mümkündür. Belə ki, sözügedən qanunun 7.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasının zəruriliyi birmənalı olaraq qeyd edilir. Bu səbəbdən Yevlax rayonu Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.4-maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Yevlax rayonu Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına maneələr yaradan , o cümlədən məhdudiyyət qoyan şəxslər cavabdehlərdir - cavabdeh2 və cavabdeh1dır. Belə ki, ona məxsus fərdi yaşayış evindən müvəqqəti istifadə üçün, o həmin şəxslərə icazə vermişdir. Cavabdehlər isə, onun icazəindən suiistifadə edərək ona qarşı çıxır. Məhz buna görə də üçüncü şəxslərin mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına maneələr yaradırlar. Cavabdehlərin həmin daşınmaz əmlaka münasibətdə heç bir hüquq və haqları yoxdur. Qeyd edilənlərə istinadən hazırkı iddia tələbi ilə o məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddia ərizəsinə əlavə etdiyi ##.##.2022-ci il tarixli, A№****** olan “Torpaq sahəsinin planı və ölçüsü" sənədindən göründüyü kimi, onun Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqlarına və onun üzərində yerləşən fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. Göstərilən qanun normalarına əsasən iddia əsaslı hesab edilməklə təmin edilməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə istinad edərək, Yevlax rayonu Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi məqsədilə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasının maneəsiz və məhdudiyyətsiz həyata keçirilməsinə cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən yaradılmış maneələrin və qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, İddiaçı Zeynalabdin oğlu Yevlax Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, Yevlax rayonu, Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi məqsədilə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasının maneəsiz və məhdudiyyətsiz həyata keçirilməsinə cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən yaradılmış maneələrin və qoyulmuş məhdudiyyətlərin aradan qalırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O həmn iddiaya etiraz edir. Etirazının əsası odur ki, onun evinə heç bir sxem çəkən və yaxuddaki həmin halları özündə əks etdirən ** saylı Ərazi İdarəsinin heç bir işçisi daxil olmamışdır. O Malbinəsi kəndində yerləşən torpaq sahəsini və onun üzərində olan qeyri-yaşayış sahəsini, yəni pəyəni 12000 manata almışdır. Bundan başqa, ondan əlavə olaraq 8000 manatda beh alınmışdır. Məqsəd həmin evin satılması olmuşdur. O həmin evi yaşamaq üçün almışdır. İddiaçı isə onu narahat edərək pulunu əlindən alsa da, nəticədə hazırki torpağını və onun üzərində olan tikilini özünün əmlakı hesab edərək, həm dələduzluq etmiş, həm də onun əmlakını ələ keçirmək məqsədilə hazırki oyunları başına gətirməkdədir. O bütün bunlarla razı deyildir. Düşünür ki, bu bir ədalətsizlikdir. Onun yaşadığı evə və mülkiyyətinə heç bir şəxs daxil olmamaşdır. O iddiada qeyd edilənləri qəbul etmir. İddiaçının fikiri şər dolu böhtandır. Ona görə də iddianı əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iddiaçı İddiaçı Zeynalabdin oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı etiraf etməyərək, bildirmişdir ki, Yevlax rayonu, Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində hazırda o və digər şəxslər yaşayırlar. Həmin evin 30000 (otuz min) manata almağı barədə iddiaçı ilə razılığa gəlmişlər və o, iddiaçıya 8000 (səkkiz min) manat beh vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları birinci dəfə onların ünvanına gəlməklərindən məlumatı olmamışdır. Lakin ikinci dəfə gələndə Yevlax rayonu, Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin alqı-satqısı üçün iddiaçıya 8000 (səkkiz min) manat beh verdiyindən fərdi yaşayış evi üzərində inertarlaşdırma işlərinin aparılmasına etiraz etmişdir.

6. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı, yəni qardaş onu Yevlax rayonu Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürmüşdür. Sonra da həmin evi 30000 (otuz min) manata ona satacağını bildirmişdir. Yevlax rayonu, Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin alqı-satqısı üçün iddiaçıya 8000 (səkkiz min) manat beh vermişlər. Onlar hazırda həmin fərdi yaşayış evində yaşayırlar. İddiaçı, yəni qardaşı hal-hazırda həmin evdən çıxmalarını tələb edir.

7. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddianın təmin edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsinin ##.##.2022-ci il tarxli, A ****** saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən maneəsiz baxış keçirilərək, mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən törədilən maneələr və yaradılan məhdudiyyətlərin aradan qaldırılması, cavabdehlər cavabdeh2 və cavabdeh1 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı Zeynalabdin oğluna ödənilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarxli, A№ ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı Zeynalabdin oğluna məxsusdur. İddiaçı həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin əmlak barədə mübahisə oldğuna və cavabdehlər tərəfindən mütəxəssislərin baxış keçirilməsinə imkan verilmədiyindən iddiaçı həmin hüququndan istifadə edə bilməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ bəndi və 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.8, 164.1-ci maddələri, "İnsan Hüquqlarının və X5 haqqında" Avropa Konveniyasının * saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Yevlax rayonu, Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış sahəsini, yəni pəyəni 12000 manata iddiaçıdan satın almışdır. Alqı-satqı üçün 8000 manatı beh olaraq vermişdir. Lakin iddiaçı hazırki torpağı və onun üzərində olan tikilini ələ keçirmək üçün dələduzluq etmiş və ona şər atmışdır. Həm torpağı, həm də alqı-satqı üçün ödəmiş olduğu pulu ələ keçirərək onun hüquqlarını pozmuşdur. İddia tələbi ilə razı deyildir.

13. Qeyd edir ki, birinci instansiya məhkəmsi mühüm əhəmiyyət kəsb edən halları yəni, şəxsin onu aldatmasını, bununla bağlı olaraq 20.000 manat almasını, nə torpağı, nədə sənədləşdirməyə getməməsini nəzərə almamışdır.

14. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnаməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı İddiaçı Zeynalabdin oğlu, cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdehin cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, məhkəmə iclasında iştirak etməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

19. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyator birinci instansiya məhkəməsinin qətnаməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnаməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair İddiaçı Zeynalabdin oğluna ##.##.2022-ci il tarxli, A№ ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər cavabdeh2 və cavabdeh1 mübahisəli torpaq sahəsini və üzərindəki qeyri yaşayış sahəsini (pəyəni) alqısatqı ilə iddiaçıdan 12 000 manat pulun müqabilində satın almalarını əsas gətirərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Yevlax Ərazi İdarəsinin əməkdaşlarına həmin torpaq sahəsinə baxış keçirilməsinə maneələr yaratmışlar.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Yevlax rayonu, Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini 12000 manata iddiaçıdan satın alması, alqı-satqı üçün 8000 manat məbləğində pulu beh verməsi, iddiaçının hazırki torpağı və onun üzərində olan tikilini ələ keçirmək üçün dələduzluq etməsi və ona şər atmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarxli, A№ ****** saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı Zeynalabdin oğluna məxsusdur.

28. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı Zeynalabdin oğluna ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, fərdi yaşayış evi üzərində invertarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Bu səbəbdən Yevlax rayonu, Malbinəsi kəndində 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi mümkün olmamışdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, cavabdehlər tərəfindən maneələr yaradıldığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinə baxış keçirə və ölçü işlərini apara bilməmişlər. Bu isə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir.

31. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

31. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən torpaq sahəsində hər hansı bir üst-üstə düşmə, sürüşmə hallarının olub-olmamasının müəyyənləşdirilməsi üçün, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə torpaq sahəsinin yerində naturada ölçülmə zərurəti müəyyən edilir. Yəni yerində ölçmə işlərinin nəticəsi üzrə torpaq sahəsində həqiqətən zəbt və yaxud da üst-üstə düşmə hallarına tam aydınlığın gətirilməsi mümkündür ki, cavabdeh tərəfindən isə ölçü işlərinin aparılmasına maneçilik yaradılmışdır.

32. Kollegiya qeyd edir ki, cavabdehlər həmin torpaq sahəsini 12000 manata iddiaçıdan satın almalarını bildirsələr də, tərəflər arasında hər hansı rəsmi alqı-satqı müqaviləsinin mövcud olması barədə məhkəməyə mötəbər sübut təqdim olunmamışdır.

33. Göründüyü kimi iddiaçının sözügedən əmlaka dair qanuni gözləntisi vardır. İddiaçının dövlət orqanına mülkiyyət hüququnun qeydə alınması üçün müraciəti, hələ sonuncunun həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması demək deyildir, lakin cavabdeh tərəfindən dövlət orqanının öz vəzifə səlahiyyətlərini həyata keçirməsi üçün ölçü işlərinin aparılmasına maneçilik yaradılması qanunsuz və əsassız olmuşdur.

34. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

35. Bu halda məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi və prosesual hüquq normalarının pozulması, işin faktiki hallarının araşdırılmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

36. Ona görə də cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

37. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar