Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-15/2025 02.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesabİanmış faiz borcunun qatarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə işin icraatı Cavabdeh vərəsələrinin müəyyən edilməsinədək dayandırılmışdır. Binəqədi rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə işin icraatı təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılan iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2026-cı il tarixdə “Elektron Kabinet” vasitəsilə məhkəməyə olunmuş, Cavabdeh vəfat etdiyindən hazırki mülki iş 2(001)-7147/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qərardadı ilə dayandırılmış olması, bank tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vərəsəlik işlərinin açılıb-açılmaması barədə portala baxaraq Cavabdeh xx.xx.2026-cı il tarixə vərəsəsinin olmamasının müəyyən olunduğu bildirilmiş, qeyd olunanları nəzərə alaraq cavabdehin hüquqi varisi müəyyən edilənədək mülki işin dayandırılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə sənədəri araşdırıb belə qənaətə gəlir ki, işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Cavabdeh adına vərəsəlik işinin açılmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 27 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh adına vərəsəlik işinin açılmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vərəsəlik işlərinin açılıb-açılmaması barədə portaldan çıxarışdan Cavabdeh xx.xx.2026-cı il tarixə vərəsəsinin olmamasının müəyyən olunur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 172.1. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə qərarlarında qeyd etmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Prosessual qənaət prinsipi, məhkəmə prosesinin lüzumsuz uzanmasının qarşısını almaq, vaxt və resurslara qənaət etmək məqsədi daşıyan bir hüquqi anlayışdır. Bu prinsipə əsasən, məhkəmələr bəzi hallarda müvafiq şikayətlərin verilməsi hüququnu məhdudlaşdıra və ya istisna edə, eləcə də işlərə baxarkən qüsurları aradan qaldırmaq üçün tədbirlər görərək məhkəmə prosesinin lüzumsuz uzadılmasının qarşısını almağa çalışırlar. Hazırda iş materiallarını araşdırarkən müəyyən edilir ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə iddia icraata qəbul edilmiş, iş üzrə icraat xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bu müddət ərzində məhkəmə tərəfindən müvafiq sorğular verilmiş, lakin cavabdehin adına hər hansı vərəsəlik işinin açılması, onun vərəsələrinin müəyyən edilməsi aşkara çıxmamışdır. Mübahisənin həllində maraqlı olmali iddiaçı tərəf isə yalnız sistem üzərindən vərəsələrin olub-olmaması barədə sorğulama apararaq məlumatın olmamasını nəzərə alıb işin 5 ildən artıq bir müddət ərzində məhkəmənin icraatında qalmasını tələb edir. Halbuki, öz tələbində maraqlı şəxs olan iddiaçı bank vərəsəlik işinin mövcud olması ilə kifayətlənməməli, şəxsin vəfatından sonra hər hansı faktiki mirasın olubolmaması, həmçinin hansısa şəxslərin də bu mirası faktiki olaraq qəbul etməsi ilə əlaqədar aktiv mövqe göstərərək mülki prosessual qanunvericiliyin normalarına əsasən sübutlarını məhkəməyə təqdim etməlidir. Hazırki vəziyyətdə isə məhkəmə yalnız təqdim edilmiş sübutlar çərçivəsində işi hüquqi süzgəcdən keçirərək belə qənaətə gəlir ki, cavabdehin vəfatından sonra onun heç bir vərəsəsi müəyyən edilmədiyindən mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilməyən kimi qiymətləndirilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesabİanmış faiz borcunun qatarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Məhkəmə xərci kimi 30 azn dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(001)-15/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-15/2025
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver