Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1504/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83323 olan Samsung Galaxy A50 markalı telefon üçün 780 manat ödənilməmiş hissə, 78 manat cərimə, ümumilikdə 858 manat borc, 30 manat dövlət rüsumu, cəmi 888 manat Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83323 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 858 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 780 manat (yəni 12 ay x 65 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********83323 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 858 manat olmaqla ondan 780 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 78 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh ərizəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2019-cu il tarixdə “xxxx” MMC-nin 15 saylı mağazasından öz istifadəsi üçün bir ədəd Samsung Galaxy A50 PS (SM-A505) markalı telefonu kredit vasitəsi ilə almışdır. Həmin gün dostları ilə Nərimanov rayonunda keçmiş kinoteatrla üzbəüz metronun çıxışında fəaliyyət göstərən çayxanada olduqları üçün oraya getməyə qarara aldı. Onlar oturub çay içən, zaman tanıdığı Mikayıl ona zəng elədi ki, haradasınız, onlar demək olar hər gün həmin parkdakı çayxanaların birində oturub çay içirdilər və söhbət edirdilər. Mikayılda gəlib ona qoşuldu və stolun üstündə telefonu gördü, baxmaq istədi, o da icazə verdi. Baxdıqdan sonra ona dedi ki, çox yaxşı telefondur, o da xeyli vaxtdır almaq istəyir, ancaq Yevlax rayonunda qeydiyyatda olduğu üçün ona telefon vermirlər. Dostu ona “Sən bunu ver mənə aparım bir həftə işlədim, əgər xoşuma gəlsə bunun aylığını mən ödüyərəm, sən gedib özünə başqasını götürərsən” dedi. O, aylığını ödəyəcəyinə Allaha and içdi, qurana söz verdi, o, telefonu dostunun götürməsinə icazə verdi. Aradan bir ay keçdi, ödəmə vaxtı gəldi, pulu ödəmədi. O, zəng vurdu soruşdu ki, aylığı niyə ödəməmisən, o da ona cavab verdi ki, 5000 min manat alacağı var, bu gün sabah almalıdır, alsın 2 ayını bir ödəyəcək. Dostu onu bəhanələrlə dolandırmağa başladı. Nəhayət o xx xxxxxxx 2019-cu il tarixdə Nərimanov rayonunda yerləşən 16-cı Polis bölməsinə ərizə ilə müraciət etdi və başına gələn gözləmədiyi hadisəni onlara bildirərək kömək etmələrini xahiş etdi. Aradan xeyli vaxt keçdikdən sonra ona cavab gəldi ki, həmin ərazi onlara baxmadığı üçün işi arxivə veriblər. Sonra Nərimanov rayon Polis idarəsinə məktubla müraciət etdi, oradanda telefonla ona cavab verdilər ki, həmin əraziyə 19-cu Polis idarəsi baxdığına görə ora göndərmişlər, ora müraciət edə bilərsən. O, 19-cu Polis idarəsinə məktubu tapıb onunla birlikdə sahə müvəkkili rəisinin qəbuluna girdilər, məsələni ona danışdılar, rəisin göstərişi belə oldu ki, apar ver müstəntiqə onun adından deki, qoy telefonu və adamı tapsın. Onlar birlikdə müstəntiqin otağına getdilər rəisin dediklərini müstəntiqə danışdı, o da orada idi. Müstəntiq ona dedi ki, sabah gələrsən şəxsiyyət vəsiqəni götürərsən saat 10:00-da burda olarsan, izahat yazdı bura yazdıqlarını onada danışdı, müstəntiq dedi ki, şahid varmı soruşanda ondan başqa 3 nəfər var, dedi onlardan birini gətir bəsdir. O da yanında olanlardan birini sabahsı gün özü ilə bölməyə apardı, izahat verdi. Aradan bir həftədən, bəlkə də 10 gün keçdikdən sonra sahə müvəkkili ona zəng edərək saat 15:00-da məhkəməyə gəlməyini istədi. Məhkəmə quruldu, hakimin adı yadında deyil. Məhkəmə başlayandan qurtarana qədər Mikayılın vəkili kimi çıxış etdi və sonda belə qərara gəldi və sahə müvəkkilinə niyə bura natamam iş gətirmisən, bunun şahidi bir nəfərdir, bu dəlil yetərsizliyidir. O sahə müvəkkilinin və hakimin Mikayılı (dələduzu) müdafiə etdiklərini gördükdən sonra söz alıb hakimi dedi ki, orada ondan başqa 3 nəfər var idi. Müstəntiq dedi ki, ondan başqa 1 nəfər bəsdir. O kontaktan xahiş etdi ki, bu telefonun harada olması və kim tərəfindən istismar olunması haqqında bir məlumat verin, görsün ki o nə edər. Onlarda sağ olsunlar həmin telefonu Neftçilər mağazasında satıldığını dedilər, o 5 dəfə Neftçilərdə olub axtarış aparsa da bir ip ucu, yəni mağazanı tapa bilmədi. Onun 66 yaşı var, 4 nəfərdən ibarət ailəsi var, təqaüdçüdür, 233 manat pul alır. Sözü gedən 233 manatın hər ay 50 % “Azər-Türk” bankda zamin olaraq bir tanışının təqaüdünün 50%-ni yəni hər ay 116 manatını bankın borcu üçün tutduqlarına görə, o, hər ay 116 manat ona nağd olaraq aldığı puldan verir. Bunu təsdiq edən Binəqədi İcra Şöbəsində materiallar var və həmin adamın izahatı var. O 2018-ci il tarixdə infarkt keçirmiş və şəkər xəstəsidir. Həyat yoldaşı ürək xəstəsidir, halhazırda dərmanlarla yaşayır. Qızı işləmir, nəvəsi isə 10-cu sinifdə oxuyur. Əgər qohumlar onlara kömək etməsələr onlar öz güclərinə bəlkədə həyatda olmazlar. O Nərimanov məhkəməsinin hakiminin hərəkətlərini gördükdən sonra başa düşdü ki, bu cür hakimlər, polis işçiləri dələduzu müdafiə edib onlara qol-qanad verməsələr Azərbayanda qoyun qurdlar otlayar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, o, telefonu adına götürmüş və başqa şəxsə vermişdir. O, Nərimanov rayon polis idarəsinə müraciət etmiş, lakin müstəntiq ona şahid gətirməyini bildirmişdir. O həmin telefonu beş nəfərin yanında başqa şəxsə verib. Onun telefonunu ona təhvil verildikdən sonra borcunu ödəmə razıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00846548 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 780 manat olan Samsung Galaxy A50 DS (SM-A505) markalı məhsul, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00846548 saylı müqaviləyə əsasən Samsung Galaxy A50 DS (SM-A505) markalı məhsulu, telefon quraşdırma xidməti ilə birlikdə tam qüsursuz halda “xxxx” MMCdən təhvil almışdır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə əsas borcu 780 manat, cərimə borcu 78 manat olmaqla, cəmi 858 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 858 manat məbləğində borcu vardır. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli müqavilə bağlanmış, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx xxxxxx 2019-cu il tarixli, 00846548 saylı müqavilə üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və həmin dəbbə dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2019-cu il tarixli, 00846548 saylı müqavilə üzrə əsas borc 780 manat, cərimə borcu 30 manat olmaqla, cəmi 810 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli, 00846548 saylı müqavilə üzrə Cavabdeh 780 (yeddi yüz səksən) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə olmaqla, cəmi 810 manat (səkkiz yüz on) manat məbləğində borc “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1504/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1504/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver