Məhkəmə qərarları › İş №2(001)-1511/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1511/2023

04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1511/2023 04.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutulan aliment miqdarının dəyişdirilərək, cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aiment miqdarı artırılaraq, hər uşaq üçün hər ay 220 manat olmaqla, 440 manat məbləğində alimentin və Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun müalicəsi üçün çəkdiyi 4000 manat pulun, xx.xx.2003-cü il təvəllüdlü X2 təhsil haqqı üçün ödənilmiş 6000 manat pulun yarısının, yəni 3000 manatının, həmçinin gələcəkdə ödəyəcəyi 6000 min manat pulun yarısı 3000 manat olmaqla, cəmi 6000 manat pulun və mediasiya xərci üçün ödənilmiş 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə qətnaməsinə əsasən, uşaqların saxlanılması üçün təyin olunmuş aliment miqdarı kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə onların maddi tələbatları artır. İddiaçı heç bir yerdə işləmədiyindən və təkbaşına bütün maddi tələbatları ödəməyə imkanı olmadığından alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bildirmişdir ki, qızı xx.xx.2003-cü il təvəllüdlü Hüseynli Fidanın təhsil haqqı üçün ödədiyi və gələcəkdə ödəyəci, ümumi 4 il üçün nəzərdə tutulmuş 12000 manat (4x3000=12000) pulun yarısının cavabdehdən tutulması zərurəti yaranmışdır. Əlavə olaraq isə, oğlu xx.xx.2007-ci il təvəllüdlü Ağa-Nihad Hüseynovun müalicəsi üçün ödədiyi 4000 manat pulunda cavabdehdən tutulmasını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1511/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə tutulan xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4861/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, cavabdeh Nurməmməd Məhəd oğlundan xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərclərinə görə ödənilmiş 3254,89 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh (nümayəndəsi – qardaşı Ş.M.Hüseynov) qiyabi qətnamədən şikayət verərək, qiyabi qətnamənin ləğv edilməsi və işə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1511/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(001)- 1511/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Şamxal Hüseynov iddia tələbini qismən qəbul etdiklərini, alimentin artırılması hissəsinə etiraz etmədiklərini, lakin əlavə xərclər hissəsi ilə razılaşmadıqlarını, əvvəlki məhkəmə qətnaməsinə əsasən əlavə xərclər tutulduğunu bildirdi. Həmçinin məhkəməyə Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun idman zalından çəkilmiş fotoşəkillərini təqdim edərək, onun səhhətində heç bir problem olmadığını, idmanla məşğul olduğunu, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzlərinin isə məhz idman zallarına ödənilmiş ödəniş olduğunu qeyd edərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdarlıq göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4861/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-421/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək əlavə xərclər olaraq, hər uşağa görə hər ay 150 manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - iddiaçı tərəfindən xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun müalicəsi üçün təyin olunmuş müayinələr üçün ödənilmiş qəbzlərə əsasən (Avrasiya Hospitalının xx.xx.2022-ci il tarixli ********** saylı qaiməsinə əsasən 789,89 manat, Avrasiya Hospitalının xx.xx.2022-ci il tarixli ********** saylı qaiməsinə əsasən 38 manat, X6 xx.xx.2022-ci il tarixli, ******* saylı qəbzinə əsasən 50 manat, X6 xx.xx.2022-ci il tarixli, ******* saylı qəbzinə əsasən 52,7 manat, Edem İdman Sağlamlıq mərkəzinin xx.xx.2022-ci il tarixli, 336 saylı qəbzinə əsasən 1400 manat, Edem İdman Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli, 338 saylı qəbzinə əsasən 700 manat, X11 İstirahət mərkəzinin xx.xx.2022 tarixli, 777 saylı qəbzinə əsasən 85 manat, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 5004 saylı qəbzinə əsasən 139,30 manat,) pul xərcləndiyi müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3516/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 827,89 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2613/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Elnur Şəmmədovun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X7 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiası təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3495/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2613/2023 saylı nömrəli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Beləliklə, məhkəmə uşaqların saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsini onların mənafeyinə uyğun hesab edir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. - 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. - 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun hazırda fiziki olaraq heç bir xəstəliyinin olmaması, həmçinin Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun qolundan aldığı xəsarətlə bağlı çəkilmiş xərclərə dair məhkəmə aktları nəzərə alınaraq, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə həmçinin iddianın xx.xx.2003-cü il təvəllüdlü X2 təhsil haqqının tutulması hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Hüseynli Fidan artıq yetkinlik yaşına çatdığından və özünün tələb etmə hüququ olduğundan, qeyd edilən iddia ilə bağlı özü müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4861/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tutulan xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4861/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin ediməsin. Alimentin artırılmış hissədə tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar