Məhkəmə qərarları › İş №2(001)-1517/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1517/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1517/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X15 Təşkilatının Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d ı̇ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X15 Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh banka hazırda olan əsas borc üzrə 2.960,08 manat, faiz borcu üzrə 627,81 manat olmaqla, cəmi 3.587,89 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı” QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli 13.25711 saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X8 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-174 saylı, xx xxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank borcalana 3.065 manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən borcu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri bank qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20%-lə hesablanır. Cavabdeh banka hazırda olan əsas borc üzrə 2.960,08 manat, faiz borcu üzrə 627,81 manat olmaqla, cəmi 3.587,89 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəlyinin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan “X8 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi əsassız olaraq MPM-in 152.1.2-ci maddəsinə istinadla geri qaytarılmışdır. İddiaçı QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan “X8 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən xx xxxxxxx 2019-cu il tarixidə Binəqədi Rayon Məhkəməsinə iddia tələbi irəli sürülmüş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli əsassız olaraq MPM-in 152.1.2-ci maddəsinə istinadla iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadından şikayət verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-2451/2020 saylı qərardadı ilə İddiaçı QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan “X8 Edilməsi Agentliyi” MMC şikayəti təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Borc tələbi üzrə yenidən məhkəməyə İddiaçı QSC adından müraciət edilməsi üçün mülki iş materiallarına əlavə olunmuş sənədlərin əsillərinin qaytarılması tələbi ilə xx xxxx 2020-ci il tarixli 1310 saylı məktubla Bakı Apelyasiya Məhkəməsinə müraciət olunmuşdur. Müraciət məktubuna xx xxxx 2020-ci il tarixdə cavab olaraq 2(103)-2451/2020 saylı mülki işin xx xxxx 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə qaytarılıması bildirilmişdir. İddiaçı” QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan "X8 Edilməsi Agentliyi” MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət olunaraq sənədlərin əsli istənilmişdir. Göstərilən xüsusatların cəmində hesab edirlər ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edəcəyi təqdirdə məhkəmə iddia müddətinin axımının pozulmadığını və iddiaçı təşkilat tərəfindən xx xxxxxx 2019-cu il tarixdən iddia qaldırılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddia müddətinin tətbiqi barədə ərizə təqdim etdi və bildirdi ki, onunla “X7” arasında xx xxxxxx 2014-cü il tarixində, “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin “KİRBY” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya nömrəli avadanlığın alınması məqsədi ilə bağlanmış müqaviləyə əsasən İddiaçı QSC X15 təşkilatı xx xxxxxx 2020-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, yaranmış kredit borcunun qaytarılmasını tələb etmişdir. Belə ki, “X17” MMC-nin əməkdaşları xx xxxx 2014-cü il tarixində onun evinə gələrək yüksək keyfiyyətli, çox funksiyalı, yüksək sorma gücünə malik avtomatik yuyucu maşını nümayiş etdirmişlər. O isə göstərilən keyfiyyətlərinə görə almaq istəmişdir. xx xxxx 2014-cü il tarixində “X17” MMC ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə avadanlığın qiyməti 3.900 manat müəyyənləşdirilmişdir. Müqavilənin şərtinə görə satıcıya ilkin ödəniş olaraq 156 manat ödənilmişdir. Qalan 3.744 manatı hər ay 156 manat olmaqla 24 ay ərzində ödəməli idi. xx xxxxxx 2014 -cü il tarixdə firmanın əməkdaşları onu “X3” dəvət ediblər və borc müqaviləsi bağlanılıb. Həmin gün banka 156 manat ilkin ödəniş etmişdir. Bir neçə gün sonra firmanın əməkdaşları avadanlığı onun evinə gətiriblər. Lakin gətirilən avadanlıq nümayiş olunan avadanlıqdan keyfiyyətinə görə kəskin fərqlənib. O, firmaya zeng edərək iradlarını bildirmiş ve tələb etmişdir ki, ya nümayiş etdirdikləri keyfiyyətdə olan aparatı gətirsinlər, əks dəqdirdə avadanlığı geri qaytarsınlar. Onlar vəd etsələr də, aparatı gətirmədilər. Onda o aparatı qaytarıb müqavilənin pozulmasını istədi. xx xxxxxxxx 2014-cü il tarixdə özünü firmanın hüquqşünası kimi təqdim edən Aqil Həsənov onların evinə gəlib avadanlığı götürüb, müqavilənin ləğv olunması və əmlakın qaytarılması haqqında üç nüsxədən ibarət əmlakın təhvil-təslim aktını imzalatdırıb. Aktın bir nüsxəsini ona verib, birinidə banka verəcəyini bildirib. Banka qalan borcu 3.588 manatı bu akta əsasən özləri qaytaracağın qeyd edib. 2014-cü ilin sentyabr ayının axırlarında o, banka getmiş “X11” MMC ilə aralarındakı müqavilənin pozulduğunu və avadanlığın geri qaytarıldığını bildirmiş və əmlakın təhviltəslim aktının sürətini onlara vermişdir. Bankdan ona bildirmişlər ki, firma ilə məsələni özləri hell edəcəklər və onlarla olan müqavilə də ləğv olunmuş hesab edilir. İddia ərizəsindən görünür ki, firma qalan 3.588 manatdan 628 manatı qaytarıb qalan 2.960 manatı nədənsə qaytarmayıb. 2014-cü ilin sentyabr ayından 2019-cu ilin avqustuna qədər pulun qaytarılmaması haqqında onda məlumat olmayıb. Əgər firma tərəfindən banka pul qaytarılmayıbsa nə üçün bank 2014-cu ilin sentyabr ayından 2020-ci ilin dekabr ayına qədər bu haqda tədbir görməyib. “X2” sənədləri qəbul edəndə nə üçün onların mövqeləri öyrənilməyib. İddia müddəti bitdikdən sonra məhkəməyə müraciət edilib. Hesab edir ki, iddiaçının iddiasına iddia müddəti keçdiyi üçün baxılmamalıdır. xx xxxx 2014-cü il tarixdə onunla “X17” MMC arasında bağlanmış müqavilə ləğv olunduğundan onunla bank arasında bağlanmış müqavilənin də ləğv olunmasına əsas verir. Çünki müqavilənin predmenti, firmadan alınmış avadanlıq olub ki, o avadanlıq da 26 sentyabır 2014-cü il tarixdə qaytarılıb və müqavilə ləğv edilib, müqavilənin ləğv olunmasında isə altı ildən çox vaxt keçib. Həttda yuxarıda deyilənləri nəzəri almasaq bank ilə onun arasında bağlanmış 24 aylıq müqavilə xx xxxxxx 2019-cu il tarixdə tamam olur ki, bu müddətdə bank iddia qaldırmayıb. İddiaçı iddia müddətinin keçmədiyini əsaslandırmaq üçün onunla “X17” MMC arasında bağlanmış müqavilənin 2014-cü ilin sentyabr ayının 22-də ləğv olunmasını görmür, “X8 edilməsi Agentliyinin” xx xxxxxx 2019-cu il tarixdə iddia qaldırmasına əsaslanır. “X8 edilməsi Agentliyinin” icraçı direktorunun İddiaçı QSC-nin adından məhkəməyə iddia ərizəsi ilə müraciət etmək və müraciəti imzalamaq hüququnun olmaması haqqında məhkəmənin qüvvəyə minmiş qərarı olduğu üçün iddia müddətinin axımının “X8 edilməsi Agentliyinin” xx xxxxxx 2019-cu il tarixdə verdiyi iddiası ilə əsaslandırmaq olmaz. Digər tərəfdən xx xxxxxx 2020-ci il tarixdə verilmiş hazırda müzakirə olunan iddia ərizəsinidə İddiaçı QSC adından “X8 edilməsi Agentliyinin” icraçı direktoru imzalayıb. Bu agentliyin icraçı direktoru İddiaçı QSC adindan iddia ərizəsi imzalamaq hüququnun olmaması haqqında məhkəmənin qüvvəyə minmiş qərarı olduğundan iddia rədd edilməlidir. Nə əmlakın nə də pulun onda olmadığını bildiyi halda iddia qaldırması bank ilə “X12” MMC arasında müəyyən razılaşmanın olmasına şübhə yaradır. İddia müddəti keçdiyi üçün, iddia ərizəsi yenə onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün və eyni tərəflər arasında eyni predmet üzrə məhkəmənin qüvvəyə minmiş qərarı olduğu üçün iddia rədd edilməlidir. Həmçinin əlavə olaraq bildirir ki, iddianı qəbul etmirlər, ona görə ki, Binəqədi Rayon Məhkəməsinin 2019-cu il tarixli qərardadı ilə bildirilmişdir ki, iddia səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Onlar müqaviləni başqa şirkətlə bağlamışlar. Müqavilə bağlandıqdan sonra aparatı gətirmişlər, lakin onlara ilkin olaraq göstərilən aparat fərqli idi. Daha sonra onlar aparatı qaytarmışlar və bununla bağlı akt tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” ASC-nin X4 ilə borcalan Cavabdeh arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli № 366/14 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən (1 saylı Əlavədən) görünür ki, bank “Kirby” firmasının istehsalı olan “Sentria” modelli avadanlığın alınması məqsədilə ilə Cavabdeh illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 3.065 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh xx xxxxxx 2014cü il tarixdə “xxxx” ASC-nin X1 3.034 manat məbləğində vəsait götürmüşdür. “X8 edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı xx xxxxxxx 2018-ci il tarixli 2929 saylı bildirişin surətindən görünür ki, cavabdehə borcu barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixinə banka 3.587,89 manat məbləğində əsas borcu vardır. “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq “xxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxx» ASCdən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx xxxxx 2018-ci il tarixli, S-FK-İB-174 saylı akta əsasən borclu Cavabdeh əsas borc 2.960,08 manat, faiz borcu 627,81 manat, cəmi 3.587,89 manat məbləğində borcun tələb edilməsi hüququ İddiaçı QSC-yə təhvil verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, tərəflər arasında xx xxxx 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında razılaşmaya uyğun olaraq “Kirby” firmasının istehsalı olan “Sentria” modelli avadanlıq aksessuarları ilə birlikdə satıcı “X13” MMC-nin nümayəndəsinə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8127/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı QSC BOKT adından çıxış edən törəmə müəssisəsi X8 edilməsi Agentliyi MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması, İddiaçı QSC BOKT adından çıxış edən törəmə müəssisəsi X8 edilməsi Agentliyi MMC-yə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2451/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı QSC BOKT adından çıxış edən törəmə müəssisəsi X8 edilməsi Agentliyi MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8127/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarxli 570 №-li Fərmanının icrası ilə əlaqədar «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququ xx xxxxxx 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC X15 Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxx 2018-ci il tarixli S-FK-İB-174 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC X15 Təşkilatına təhvil verilmişdir. Akta əsasən borclu Cavabdeh aid hüquqi sənədlər, borc müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan” Cavabdeh əsas borcu 2.960,08, faiz borcu 627,81 manat, cəmi 3.587,89 manat məbləği ilə birlikdə «xxxx» ASC tərəfindən İddiaçı QSC X15 Təşkilatına təhvil verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxx” ASC-nin X4 ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli, 366/14 saylı “Vakala” borc müqaviləsi bağlanmış, bank tərəfindən sonuncuya illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 3.065 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə və qaydada krediti və ona hesablanmış faiz məbləğini banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti xx xxxxxx 2016-cı il tarixdə bitmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X15 Təşkilatı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə xx xxxxxx 2020ci il tarixdə müraciət etmiş və onun Banka ümumilikdə 3.587,89 manat məbləğində borcun olduğunu iddia edir. Cavabdeh isə məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etmədiyini, xx xxxxxxxx 2014-cü il tarixli əmlakın təhvil-təslim aktına əsasən xx xxxx 2014cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında razılaşmaya uyğun olaraq “Kirby” firmasının istehsalı olan “Sentria” modelli avadanlıq aksessuarları ilə birlikdə satıcı “X13” MMC-nin nümayəndəsinə təhvil verildiyini, həmçinin iddia müddətinin ötürüldüyünü bildirirək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə hesab edir ki, xx xxxxxx 2014-cü il tarixli № 366/14 saylı “Vakala” borc müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx xxxxxx 2016-cı il tarixdə bitmişdir. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx xxxxxx 2016-ci tarixdən başlanmasına baxmayaraq, iddiaçı tələbini 3 illik iddia müddəti bitdikdən sonra irəli sürmüşdür. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı arqumentləri ilə əlaqədar isə qeyd edir ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, başqa sözlə, sanki iddia verilməmişdir. Azırbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X15 Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X15 Təşkilatının Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar