Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1520/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100819-106791/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya illik 27 % ödəmək, 36 ay müddətinə qaytarmaq şərti ilə 5360 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2017ci il tarixli 100819-106791/5/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında borcalanla eyni dərəcədə kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəlik üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. xx.xx.2020-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 1585,96 manat əsas borcu, 372,71 manat faiz borcu olmaqla cəmi 1958,67 manat kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə müştərək qaydada əsas borca görə 1585,96 manat, faiz borcuna görə 372,71 manat olmaqla cəmi 1958,67 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 30,40 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100819-106791/5 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana şəxsi istehlak məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 27 % ödəmək şərti ilə 5360 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli 100819-106791/5 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əsas borca görə 5360 manat, faiz borcuna görə 2517,67 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2017-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank tərəfindən Cavabdeh1 5360 manat ödənilmişdir. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100819-106791/5/2 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh3 borcalanın məbləği 5360 manat olan xx.xx.2017-ci il tarixli 100819- 106791/5 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etməsi üçün borcverən qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 9.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və xx.xx.2017-ci il tarixli 100819-106791/5 nömrəli kredit müqaviləsi üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100819-106791/5 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalanın məbləği 5360 manat olan xx.xx.2017-ci il tarixli 100819- 106791/5 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etməsi üçün borcverən qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 9.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və xx.xx.2017-ci il tarixli 100819-106791/5 nömrəli kredit müqaviləsi üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 100819-106791/5 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 1585,96 manat, faiz borcu 372,71 manat olmaqla cəmi 1958,67 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 234 gün təşkil edir. İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2018-ci il tarixli 006/006/1303/2018 saylı xəbərdarlıqdan müəyyən olunur ki, borcverən İddiaçı ASC borcalana və zaminlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli 0125/2020 saylı xəbərdarlıqdan müəyyən olunur ki, borcverən İddiaçı ASC borcalana və zaminlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birgə borclular olan cavabdehlərin İddiaçı ASC ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmələri nəticəsində iddiaçıya əsas borca görə 1585,96 manat, faiz borcuna görə 372,71 manat borclarının yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borca görə 1585,96 manat, faiz borcuna görə 372,71 manat tələbi əsaslıdır və bu səbəbdən iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2017-ci il tarixli 100819-106791/5 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 1585,96 manat, faiz borcuna görə 372,71 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 1989,07 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1520/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1520/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver