Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1525/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə 16 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən bankın xeyrinə 4973,31 manat əsas, 524,18 manat faiz və 109,75 manat cərimə borcu olmaqla ümumilikdə 5607,24 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76,06 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə illik 23 faizlə 36 ay müddətinə 6000 manat kredit verilmişdir. Kredit müqavilənin şərtlərinə əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində 07 yanvar 2022-ci il tarixə iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. İşə məhkəmədə baxıldığı müddətdə cavabdeh tərəfindən bir miqdarda ödəniş edilmiş və 15 mart 2022-ci il tarixə cavabdehin əsas borcu 4473,31 manat, faiz borcu 733,66 manat, cərimə borcu isə 430,69 manat təşkil etməkdədir. Sonda E.B.Məcidov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, bir müddət kreditin ödənişləri ilə bağlı maddi çətinlik yaşasa da, son 2 aydır ki, stabil ödənişlər edir, lakin, iddia tələbində göstərilən borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Sonda Cavabdeh məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2020-ci il tarixli, 23- Y-2-0-1257-20 saylı “İstehlak krediti” müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 23 faizlə 36 ay müddətinə 6000 manat kredit verilmişdir. - 07 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 4973,31 manat əsas, 524,18 manat faiz, 219,5 manat cərimə borcu yaranmışdır. - 15 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 4473,31 manat əsas, 733,66 manat faiz və 430,69 manat cərimə borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş borcunu vaxtında ödəməmişdir. Məhkəmə əsas və faiz borcuna münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən ödənişlər aparılmış, buna görə də, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə sonradan təqdim edilmiş 15 mart 2022-ci il tarixli maliyyə arayışında əsas, faiz və cərimə borcunun məbləği iddia tələbindən fərqli göstərilmiş, əsas borcun miqdarı azaldılsa da, faiz və cərimə borcunun miqdarı artırılmışdır. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair müraciət mövcud olmadığından, məhkəmə hesab edir ki, əsas borcun məbləği 15 mart 2022-ci il tarixli maliyyə arayışında göstərilən məbləğə, faiz borcunun məbləği isə iddia tələbinə uyğun hesablanmalıdır. Belə ki, faiz borcunun 15 mart 2022-ci il tarixli maliyyə arayışında göstərilən məbləğə uyğun hesablanması halında iddia tələbindən kənara çıxılmış olacaqdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur və məhkəmə hesab edir ki, iddia bu hissədə də iddia tələbinə uyğun təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4473,31 manat məbləğində əsas, 524,18 manat məbləğində faiz, 109,75 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5107,24 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir. İddia qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 76,07 manat məbləğində pul vəsaitinin 70 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 4473,31 manat məbləğində əsas, 524,18 manat məbləğində faiz, 109,75 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5107,24 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 70 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1525/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1525/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver