Məhkəmə qərarları › İş №2(001)-1565/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1565/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1565/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35856 olan Samsung galaxy A10 markalı telefon, aksessuar üçün 350 manat ödənilməmiş hissə, 67 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung soyuducu üçün 1.320 manat ödənilməmiş hissə, 396 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən LG LED televizor üçün 1.360 manat ödənilməmiş hissə, 255 manat dəbbə, ümumilikdə 3.748 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.778 manat Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx xxxxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35856 olan Samsung galaxy A10 markalı telefon, aksessuar, Samsung soyuducu və LG LED televizor almış və nəticədə 3.748 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 450 manat (18 ay x 25 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********35856 olan Samsung galaxy A10 markalı telefon, aksessuar üçün ümumilikdə, 417 manat olmaqla ondan 350 manat ödənilməmiş hissə, 67 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.584 manat (12 ay x 132 manat + 0 manat ilkin ödəniş) Samsung soyuducu üçün ümumilikdə 1.716 manat olmaqla ondan, 1.320 manat ödənilməmiş hissə, 396 manat dəbbə, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.530 (18 ay x 85 manat + 0 manat ilkin ödəniş) LG LED televizor üçün ümumilikdə 1.615 manat olmaqla ondan 1.360 manat ödənilməmiş hissə, 255 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 534 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 00933136 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 450 manat olan Samsung galaxy A10 (SM-A105), 4D Glass Full BLACK Samsung A10 (2019) markalı məhsullar yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00933136 saylı müqaviləyə əsasən Samsung galaxy A10 (SM-A105), 4D Glass Full BLACK Samsung A10 (2019) markalı məhsulları yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 01053019 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.584 manat olan soyuducu Samsung RT43K6000DX/WT (Luxe Qəhvəyi) markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01053019 saylı müqaviləyə əsasən soyuducu Samsung RT43K6000DX/WT (Luxe Qəhvəyi) markalı məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 01052980 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.530 manat olan LG LED 50UM7450 markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01052980 saylı müqaviləyə əsasən LG LED 50UM7450 markalı məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxx” MMCyə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********35856 olan Samsung galaxy A10, 4D Glass Full markalı məhsullar üçün əsas borcu 350 manat, cərimə borcu 67 manat olmaqla, cəmi 417 manat, Samsung soyuducu markalı məhsul üçün əsas borcu 1.320 manat, cərimə borcu 396 manat olmaqla, cəmi 1.716 manat, LG LED televirzor markalı məhsul üçün əsas borcu 1.360 manat, cərimə borcu 255 manat olmaqla, cəmi 1.615 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 3.748 manat məbləğində borcu vardır. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 00933136 saylı, xx xxxxxx 2019-cu il tarixli, 01053019 saylı və xx xxxxxx 2019-cu il tarixli, 01052980 saylı müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 3.748 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx xxxxxxxx 2019-cu il tarixli, 00933136 saylı, xx xxxxxx 2019-cu il tarixli, 01053019 saylı və xx xxxxxx 2019-cu il tarixli, 01052980 saylı müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxxxxxxx 2019-cu il tarixli, 00933136 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 20 manat, xx xxxxxx 2019-cu il tarixli, 01053019 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 50 manat və xx xxxxxx 2019-cu il tarixli, 01052980 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxxx 2019-cu il tarixli, 00933136 saylı müqavilə üzrə əsas borc 350 manat, cərimə borcu 20 manat olmaqla, cəmi 370 manat, xx xxxxxx 2019-cu il tarixli, 01053019 saylı müqavilə üzrə əsas borc 1.320 manat, cərimə borcu 50 manat olmaqla, cəmi 1.370 manat, xx xxxxxx 2019-cu il tarixli, 01052980 saylı müqavilə üzrə əsas borc 1.360 manat, cərimə borcu 50 manat olmaqla, cəmi 1.410 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2019-cu il tarixli, 00933136 saylı müqavilə üzrə Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 370 manat (üç yüz yetmiş) manat məbləğində borc “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2019-cu il tarixli, 01053019 saylı müqavilə üzrə Cavabdeh 1.320 (bir min üç yüz iyirmi) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 1.370 manat (bir min üç yüz yetmiş) manat məbləğində borc “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxx 2019-cu il tarixli, 01052980 saylı müqavilə üzrə Cavabdeh 1.360 (bir min üç yüz altmış) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 1.410 manat (bir min dörd yüz on) manat məbləğində borc “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar