Məhkəmə qərarları › İş №2(001)-158/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-158/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-158/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyan və pay hüququnun tanınması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0.056725 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı vurulmuş 250 000 manat maddi ziyanın Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə verərək, ünvan 1 ünvanda 0.056725 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı vurulmuş 250 000 manat maddi ziyanın Cavabdeh alınaraq İddiaçı ödənilməsi və ünvan 1 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsinin 1\2 hissəsinə İddiaçı pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər X14 və İddiaçı 27 may 2003-cü ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü Rəhimli Ayla və xx.xx.2011-ci il təvəllüdlü Rəhimli Said adlı övladları dünyaya gəlmişdir. X14 ilə İddiaçı arasında bağlanmış nikaha Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarxli. 2(010)- 1737/2019 saylı qətnaməsi ilə xitam verilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 anası İddiaçı himayəsində qalması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı 3 otaqdan ibarət 228 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu 32-ci ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ ilə 2/3 nisbətdə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına qeydiyyatdan keçmiş Qax rayonu, Ağçay kəndində 0.006 ha torpaq sahəsi və Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh, ½ hissəsində İddiaçı payının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(0010-3692/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı üç otaqdan ibarət 228 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 5 ünvanda yerləşən torpaq sahəsi üzərində ½ (ikidə bir) hissədə İddiaçı, ½ (ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilmişdir. İlkin iddia digər hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə qarşılıqlı iddia təmin edilmiş, İddiaçı adına olan Qax rayonu, Ağçay kəndində **********10 reyestr nömrəli 0.06 ha torpaq sahəsi və Qax rayonu, Ağçay kəndində **********27-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində ½ (ikidə bir) hissədə İddiaçı və ½ (ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilmişdir. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi artıq mövcud olmadığından daşınmaz əmlaka mülkiyyət hüququ itirilmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, daşınmaz əmlaka hüququ olan şəxsin razılığı olmadan daşınmaz əmlakın sökülməsi və bundan irəli gələn zərərin tələb edilməsi hazırki mübahisənin predmeti deyil. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı xüsusi mülkiyyətində olan ünvan 14 ünvanda yerləşən dörd otaqlı ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evini və mülkiyyətində olan 0.056725 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermişdir. Alqı-satqının qiyməti ümumi olaraq 146740 manat olmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Başçısı 01 oktyabr 2020-ci il tarixli Məktubundan görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 111, ev 72 a ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin təqdim edilən layihə əsasında sökülərək yenidən tikintisinə icazə verilmişdir. ünvan 14 ünvanda yerləşən dörd otaqlı ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evi və 0.056725 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etmiş olduqları əmlakdır. Qeyd edilməsi zəruri olan məqamlardan biri də odur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 111, ev 72 a ünvanda yerləşən dörd otaqlı ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evini və 0.056725 ha torpaq sahəsini qiyməti ümumi olaraq 146740 manat olmuşdur. Lakin həmin fərdi yaşayış evi və torpaq sahəsinin birgə mülkiyyət hesab edilməməsi nəticəsində iddiaçıya hazırki bazar qiymətləri əsas götürülməklə 250 000 manat maddi ziyan dəymişdir. Bundan əlavə, ünvan 1 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsi birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına əldə edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında da cavabdehin nümayəndəsi ünvan 1 ünvanda 0.056725 ha torpaq sahəsinin 0.3 ha hissəsində heç bir ev tikilmədiyini, həmin hissənin İddiaçı payı olduğunu və həmin hissənin ona verilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmədə iddiaçı və nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Suraxanı rayon VVADQ şöbəsində 27 may 2003-cü il tarixdə nikah bağlanmışdır. Birgə nikahdn 29 noyabr 2003-cü il təvəllüdlü X15 və 07 dekabr 2011- ci il təvəllüdlü X16 doğulmuşdur. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(010)-1737\2019 saylı qətnanməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 27 may 2003-cü il tarixli Nikah pozulmuş, birgə nikahdan doğulmuş 29 noyabr 2003-cü il təvəllüdlü X15 və 07 dekabr 2011-ci il təvəllüdlü X1 Nigar Hidayət qızının yanında saxlanılmış və Cavabdeh hər ay qazancının üçdə biri miqdarında aliment alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr-ti 38 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı üç otaqdan ibarət 228 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ ilə onun 2/3 nisbətdə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına qeydiyyatdan keçmiş Qax rayonu, Ağçay kəndində 0.006 ha torpaq sahəsi və Qax rayonu, Ağçay kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh, ½ hissəsində İddiaçı payının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3692/2021 saylı xx.xx.2021-ci il qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş ünvan 4 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı üç otaqdan ibarət 228 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 5 ünvanda yerləşən torpaq sahəsi üzərində ½ (ikidə bir) hissədə İddiaçı, ½ (ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilmiş, ilkin iddia digər hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı adına olan Qax rayonu, Ağçay kəndində **********10 reyestr nömrəli 0.06 ha torpaq sahəsi və Qax rayonu, Ağçay kəndində **********27-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində ½ (ikidə bir) hissədə İddiaçı və ½ (ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, “ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin ünvanda yerləşən və birgə nikah dövründə əldə edilən fərdi yaşayış evi artıq mövcud olmadığından daşınmaz əmlaka mülkiyyət hüququ artıq itirilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2016cı il tarixdə Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 127.2 kv.m ibarət 1 mərtəbəli fərdi yaşayış evindən ibarətdir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 111 saylı evin yaxınlığında yerləşən 120 kv.m torpaq sahəsi əlavə edilmiş eskiz əsasında alqı-satqı yolu ilə torpaq sahəsi Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 oktyabr 2002-ci il tarixli, 45/12 nömrəli qərarına əsasən Cavabdeh satılmışdır. Bununla bağlı eyni tarixli torpaqların alqı-satqısına dair AKT tərtib edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 2-1(81)-3654/2016 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 45/12 saylı, xx.xx.2002-ci il tarixli qərarı ilə 120 kv.m torpaq sahəsinə və xüsusi mülkiyyətdə olan 567 kv.m sahəyə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınması və çıxarışın verilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi idarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Alqı-Satqısına dair xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı xüsusi mülkiyyətində olan ünvan 14 ünvanda yerləşən dörd otaqlı ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evini və mülkiyyətində olan 0.056725 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermişdir. Alqı-satqının qiyməti ümumi olaraq 146740 manat olmuşdur. Bundan başqa Bakı şəhəri, Binəqədi Rayonu İcra Hakimiyyətinin Başçısı 01 oktyabr 2020-ci il tarixli Məktubundan görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 111, ev 72 a ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin təqdim edilən layihə əsasında sökülərək yenidən tikintisinə icazə verilmişdir və tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış "xxxx" MMC-nin işi əsasında aparılması və əks təqdirdə tikinti məcəlləsinin 92-ci maddəsinə əsasən tikintinin dayandıralacağı barədə tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. “Göründüyü kimi mübahisələndirilən fərdi yaşayış evi sökülərək həmin ünvanda yenidən tikinti işləri aparılmışdır.” İddiaçı sökülmüş daşınmaz əmlakın dəyərinin 500000 (beş yüz min) manat olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Dəyərə dair sübut təqdim edilməməsi ilə yanaşı həmin evin sökülənədək olan vəziyyətinə dair heç bir foto görüntü də təqdim edə bilmir. Eyni zamanda cavabdeh olaraq həmin əmlakın söküləndək olan vəziyyətinə dair foto görüntü təqdim edə bilmirlər. Bunun çox sadə və obyektiv açıqlaması var. Çünki həmin daşınmaz əmlakın yerləşdiyi ünvanda Xəyal və Nigar bir ailə kimi heç bir gün də olsun yaşamamışlar. Həmin daşınmaz əmlak yaşayış üçün yararsız olmaqla (uçuq və sökük) yanaşı bu əmlak yalnız altındakı torpağa görə alınmışdır. Binəqədi Rayon Məhkəməsinin qeyd olunan qətnaməsində müəyyən olunur ki, ünvan 14 ünvanda yerləşən dörd otaqlı ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.056725 ha torpaq sahəsinin alqı-satqının qiyməti ümumi olaraq 146740 manat olmuşdur. Göründüyü kimi vahid əmlak olaraq üstündəki tikililərlə birlikdə 0.056725 ha torpaq sahəsinin qiyməti alqı-satqı günündə, yəni 22 noyabr 2013-cü il tarixdə ümumilikdə 146740 manat təşkil etmişdir. Tərəflərindən edilmiş sifariş əsasında ünvan 14 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 25 yanvar 2024-cü il tarixli rəydən görünür ki, “Müqaisəli yanaşmanın tətbiqi ilə qiymətləndirici 25 yanvar 2024-cü il tarixinə bazar araşdırması aparmış və cari vəziyyətə və tarixə uyğun qiymətləndirilən torpaq sahəsinin orta bazar dəyəri hesablanmışdır (1 sot- 55000,00 AZN). Lakin sifarişçi qeyd olunan torpaq sahəsinin 2013-cü il tarixinə bazar dəyərinin müəyyən edilməsi üzrə müraciət etmişdir. Müraciətin icra edilməsi üçün həmin dövrdə bazarın kəmiyyət tədqiqatlarının aparılması və əladə edilən bazar əmsalının təqdim edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və 22 yanvar 2024-cü il tarixli arayış təqdim edilmişdir Arayışda qeyd edilmişdir: “ M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində (Varovski adlanan ərazi) yerləşən torpaq sahəsinin 2013-cü il tarixindən 2024-cü ilin yanvar ayına qədər orta qiymət artımı 211.31% və ya 2.11 dəfə təşkil edib”. Təqdim edilən bazar əmsalına istinad edərək qiymətləndirilən torpaq sahəsinin 25 yanvar 2013-cü il tarixində 1 sot torpaq sahəsi üçün bazar dəyəri 26.066,00 (55000,00 AZN\2.11), 5.6725 sot torpaq sahəsi üçün ümumi bazar dəyəri 147,869,00 AZN müəyyən edilmişdir. Göründüyü kimi sökülən daşınmaz əmlakın dəyəri olmamışdır və həmin daşınmaz əmlak yalnız altında yerləşən torpaq sahəsinə görə əldə edilmişdir. Bu qiymətlər notarial qaydada aparılmış alqı-satqı müqaviləsi üzrə qiymətlə, torpağın 2013-cü il tarixə olan qiymətinin müəyyən olunmasına dair rəylə də öz təsdiqini tapir. Eyni zamanda tərəflər arasında bağlanmış nikah 12 iyun 2019-cu il tarixli Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İş üzrə İddiaçı hüquqlarının pozulmasını artıq 09 aprel 2021-ci il tarixdən bilmiş və yuxarıda göstərilən iddianı irəli sürmüşdür. Hazırki iddiada ünvan 1 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsinin 1\2 hissəsinə İddiaçı pay hüququnun tanınması isə 05 dekabr 2024-cü il tarixdə irəli sürülmüşdür. Tərəflər arasında nikahın pozulmasını 2019-cu il tarixdə olduğundan və 09 aprel 2021-ci il tarixdə əmlak bölgüsünə dair iddia irəli sürüldüyündən (2(001)-3692/2021) iddiaçı iddia müddətini ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə müstəqil ekspert kimi dəvət olunmuş "xxxx" MMC-nin nümayəndəsi X11 məhkəmədə iştirak edən zaman bildirmişdir ki, 2011-ci ilin iyun ayından bu günə onlarda qiymətləndirmə fəaliyyəti ilə məşğul olduqları dövrdə nə qiymətləndirmə, nə alqı-satqıları olubsa bu barədə hamısının bazası var. Bu baza proqram şəklindədir və həmin bazada tikilinin növü, tikildiyi tarix, sahəsi verilməklə tikilinin orta bazar dəyərinin qiymətini çıxarda bilirlər. Bazada aparılan qeydlər kifayət edir ki, həmin dövrə aid qiymətləri çıxarda bilsinlər. Onların nəticə etibarlı ilə qeyd etdikləri qiymət obyektiv bir qiymətdir. Təmirsiz vəziyyət dedikdə, mənzilin və ya fərdi evin yaşayış üçün əlverişli olmamasıdır. Məhkəmədə şahid X4 bildirdi ki, o, cavabdehlə 2005-ci il tarixdən bacanaq olub. Sözügedən torpaq sahəsi alınanda həmin yerə ümumi baxış keçirməyə oda getmişdir. Belə ki, o, cavabdeh Xəyalın rəhbərlik etdiyi “Real Təmizlik” şirkətində çalışırdı. Bir müddət sonra Xəyal şirkətin yerinin dəyişdirilməsi barədə ona bildirmişdir və yeni ofisinin ünvan 12 ünvanında olacağını demişdir. 2016-ci ilin oktyabr ayında şikrət həmin ünvanda fəaliyyətin davam etdirmişdir. Həmin ünvana köçən vaxt artıq işçilər üçün 3 otaq hazır idi. Xəyal ora köçəndən sonra onu işdən çıxartmışdır. O, daha sonra bildirdi ki, fərdi evə ilk dəfə gedəndə həmin evi yaşayış üçün əlverişli hesab etmək olardı. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, müstəqil ekspert "xxxx" MMC-nin nümayəndəsi X5 və şahid X2 izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3692/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin edilərək, ünvan 10 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı üç otaqdan ibarət 228 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 11 ünvanda yerləşən torpaq sahəsi üzərində ½ (ikidə bir) hissədə İddiaçı, ½ (ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilməsi, qarşılıqlı iddia təmin edilərək, İddiaçı adına olan Qax rayonu, Ağçay kəndində **********10 reyestr nömrəli 0,06 ha torpaq sahəsi və Qax rayonu, Ağçay kəndində **********27-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində ½ (ikidə bir) hissədə İddiaçı və ½ (ikidə bir) hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. "xxxx" X18 MMC-nin “Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli rəyinin surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən 0,056725 ha torpaq sahəsinin 25 yanvar 2013-cü il tarixinə olan bazar dəyəri 147860 (bir yüz qırx yeddi min səkkiz yüz altmış) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Rx seriyalı, № ******* nömrəli “Çıxarış”ın surətindən görünür ki, ünvan 12 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakların qiymətləndirilməsi” barədə hesabatdan görünür ki, ünvan 13 ünvanında mövcud olan 0,0687 ha torpaq sahəsinin 2013-cü il üçün bazar qiyməti 189000 (bir yüz səksən doqquz min) manat, hazırki tarixə 378000 (üç yüz yetmiş səkkiz min) manat müəyyən olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 111, ev 72A ünvanında mövcud olan 0,0687 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 300 kv.m olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 600000 (altı yüz min) manat müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan fərdi yaşayış evi ilə bağlı arxiv qovluğunda X6 adına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, 111/72a saylı fərdi yaşayış evi ilə bağlı xx.xx.2002-ci il tarixdə hazırlanmış texniki pasport mövcuddur və həmin sənəddə sözügedən mülkün 1967-ci il tarixdə inşa edilməsi göstərilmişdir. AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 111, ev 72 ünvanında yerləşən dörd otaqlı fərdi yaşayış evini və mülkiyyətində olan 0,056725 ha torpaq sahəsini 146740 (bir yüz qırx altı min yeddi yüz qırx) manata Cavabdeh satmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın ekspertizası barədə mütəxəssis rəyin”dən görünür ki, ünvan 14 ünvanında mövcud olmuş, ümumi sahəsi 1272 kv.m olan fərdi yaşayış evinin 2013-cü il üçün bazar dəyəri təmirsiz vəziyyətdə 52000 manat, təmirli vəziyyətdə 90000 manat, 2020-ci il üçün bazar dəyəri təmirsiz vəziyyətdə 83000 manat təmirli vəziyyətdə 140000 manat və hazırki dövr üçün bazar dəyəri təmirsiz vəziyyətdə 192000 manat, təmirli vəziyyətdə 254 manat təşkil edir. ünvan 14 ünvanında mövcud olan 0,0687 ha torpaq sahəsinin 2013-cü il üçün bazar dəyəri 137000 manat, 2020-ci il üçün bazar dəyəri 350000 manat və hazırki bazar dəyəri 410000 manat təşkil edir. ünvan 14 ünvanına yaxın ərazilərdə yerləşən, ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evinin torpaq sahəsi xaric 2024-cü il üçün hazırki bazar dəyəri təmirsiz vəziyyətdə 192000 manat, təmirli vəziyyətdə 254000 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoru X10 xx.xx.2023-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlalmlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Məhkəmə qeyd olunan hüquqi normalardan çıxış edərək hesab edir ki, hazırki iddia tələbi iki hissəlidir. Belə ki, iddiaçı ilkin olaraq ünvan 1 ünvanda 0.056725 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı vurulmuş 250 000 manat maddi ziyanın Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə ilkin tələb üzrə iddiaya qiymət verərək belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı sökülmüş daşınmaz əmlakın dəyərinin 500000 (beş yüz min) manat olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Dəyərə dair sübut təqdim edilməməsi ilə yanaşı həmin evin sökülənədək olan vəziyyətinə dair heç bir foto görüntü də təqdim edə bilmir. Eyni zamanda cavabdeh olaraq həmin əmlakın söküləndək olan vəziyyətinə dair foto görüntü təqdim edə bilmirlər. Bu səbəbdən məhkəmə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın ekspertizası barədə mütəxəssis rəyin”i və tərəflər arasında olan nikahın xx.xx.2019-cu il tarixdə pozulmasını əsas götürərək hesab edir ki, ünvan 14 ünvanında mövcud olmuş, ümumi sahəsi 1272 kv.m olan fərdi yaşayış evinin 2020-ci il üçün bazar dəyəri təmirsiz vəziyyətdə 83000 manatdır və həmin məbləğin yarısı 41500 (qırx bir min beş yüz) manat maddi zərərin əvəzi kimi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə iş üzrə şahid kimi dindirilən X2 İddiaçı qohumu olmasını və verdiyi izahatın sonuncunun xeyrinə gətirib çıxarılmasını nəzərə alaraq onun izahatını məhkəmə əsaslı bir sübut kimi qəbul etmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iddia tələbinin ikinci hissəsi kimi ünvan 1 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsinin 1\2 hissəsinə İddiaçı pay hüququnun tanınması barədə iddia tələbi ilə bağlı məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsasdır. İş məhkəmədə araşdırılarkən iddiaçı müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2019-cu il 29 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi 20 mövqelərə görə qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq, müvafiq nəticəyə gəlməlidirlər. Məsələyə başqa cür yanaşma, yəni nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyrimütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb olardı. İş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3692/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İlkin iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı üç otaqdan ibarət 228 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 15 ünvanda yerləşən torpaq sahəsi üzərində ½(ikidə bir) hissədə İddiaçı, ½ (ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilmiş, İlkin iddia digər hissədə (fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar) təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı adına olan Qax rayonu, Ağçay kəndində **********10 reyestr nömrəli 0.06 ha torpaq sahəsi və Qax rayonu, Ağçay kəndində **********27-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində ½ (ikidə bir) hissədə İddiaçı və ½(ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilmişdir. Qətnamədən şikayət verilməmiş və o qanuni qüvvəsini almışdır. Göründüyü kimi hazırki iş üzrə İddiaçı hüquqlarının pozulmasını artıq 09 aprel 2021-ci il tarixdən bilmiş və yuxarıda göstərilən iddianı irəli sürmüşdür. Hazırki iddiada ünvan 1 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsinin 1\2 hissəsinə İddiaçı pay hüququnun tanınması isə 05 dekabr 2024-cü il tarixdə irəli sürülmüşdür. Tərəflər arasında nikahın pozulmasını 2019-cu il tarixdə olduğundan və 09 aprel 2021-ci il tarixdə əmlak bölgüsünə dair iddia irəli sürüldüyündən (2(001)-3692/2021) iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının ümumi dəyərləri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ünvan 1 ünvanda 0.056725 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı vurulmuş 41500 (qırx bir min beş yüz) manat (83000:2=41500) maddi ziyanın Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda 0.056725 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı vurulmuş 41500 (qırx bir min beş yüz) manat (83000:2=41500) maddi ziyanın Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar