Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-16/2021 27.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi X3, İlk iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh2 (o, eyni zamanda Cavabdeh1 da nümayəndəsidir), İlk iddia üzrə cavabdehlər, birləşdirilən iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” və Cavabdeh1 və Cavabdeh2 İddiaçınə, X9, Arslan Ertaca və “X20 Sanayi və Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, real zərərin və əldən çıxmış faydanın və lizinq ödənişlərinin qaytarılması” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işə Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Birinci iş barədə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, sabit haqq üzrə 14.002 ABŞ dolları, dəyişən haqq üzrə 8.199 ABŞ dolları olmaqla, ümumi məbləğ üzrə 22.201 ABŞ dolları, dəbbə pulu üzrə isə 19.968 ABŞ dolları olmaqla, cəmi 42.169 ABŞ dollarının manat ekvivalentinə bərabər məbləğin və iddia ərizəsinin verilməsi üçün onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı bir qayda olaraq mülki dövriyyədə lizinq münasibətlərinin iştirakçısı kimi lizinq verən qismində fəaliyyət göstərir. Lizinq verən 01 may 2013-cü il tarixdə Cavabdeh1 ilə 13/603 saylı daxili lizinq müqaviləsi bağlamışdır. Həmin lizinq müqaviləsinə əsasən Lizinqverən lizinq müqaviləsinə edilmiş Əlavə 1-də göstərilən lizinq obyektini lizinq alanın əvəzli istifadəsinə verməyi, lizinq alan isə lizinq verənin hesabına müqaviləyə edilmiş Əlavə 2-də göstərilən ödəniş cədvəlinə uyğun ödəniş etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan lizinq obyekti qiyməti cəmi 173.337 ABŞ dolları məbləğində olan “Hyundai R180W-9S” markalı ekskavator olmuşdur (seriya: HHKHZ509JD0000457; mühərrik: S6S-091518). Həmin ekskavator tam mülkiyyət hüququ əsasında ANSAR-a məxsusdur. Belə ki, lizinq verən 01 may 2013-cü il tarixdə "xxxx" MMC ilə alğı-satqı müqaviləsi bağlamış, satıcı qeyd edilən ekskavatoru lizinq verənin mülkiyyətinə keçirtməyi, lizinq verən isə onun dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür, tərəflər müqavilə üzrə öhdəliklərini icra etmişlər. Cavabdehlə bağlanan Müqavilə ilə yanaşı, lizinq verən müqavilə üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədilə 01 may 2013-cü il tarixdə Cavabdeh2 ilə 13/603-1 saylı Zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinə əsasən Zamin lizinq alanın öhdəliklərinin tamamilə icrası üçün Zaminlik müqaviləsində nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. Zaminlik müqaviləsi Müqavilənin qüvvədə olduğu müddət ərzində qüvvədə olur. 13/603 saylı daxili lizinq müqaviləsi 48 ay müddətinə bağlanmış və Müqavilənin bitmə tarixinə qədər lizinq alan lizinq verənin hesabına cəmi 237.235 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü maddəsinə əsasən həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ödəniş tarixinə müəyyən edilmiş manat və ABŞ dollarına münasibətdə müəyyən etdiyi mübadilə məzənnəsi əsas götürülməklə ABŞ dollarında hesablanacağı və Azərbaycan manatında ödəniləcəyi (bir başqa sözlə, ödəniş vasitəsinin manat olduğu) müəyyən edilmişdir. Lizinq alan eyni zamanda, bu məbləğin 45.639 ABŞ dollarına bərabər hissəsini ilkin olaraq, qalan hissəsini isə hər növbəti ayın 1-i 3.992 ABŞ dolları məbləğində sabit olmaqla hissə-hissə lizinq verənin hesabına ödənilməsinə razılıq vermişdir. Lizinq obyekti lizinq alana təhvil verilmiş, təhvil-təslimlə bağlı tərəflər arasında heç bir narazılıq yaranmamış və lizinq alan lizinq verənin nümayəndələrinin iştirakı ilə təhvil-təslim protokolunu imzalamışdır. Lizinqalan dəfələrlə ödəniş qaydasını ödənişin məbləğinə və vaxtlarına riayət etməməklə pozmuşdur. Belə ki, o, 2013-cü ilin iyun ayından başlayaraq ödənişləri gecikdirmiş, sonuncu dəfə 2014-cü ilin dekabr ayında həmin ilin iyun ayı üçün nəzərdə tutulmuş 7.649 ABŞ dolları ödəniş etmiş və bir daha ödəniş etmədiyindən o, 6 ay ardıcıl olaraq (2014-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları) ödəniş etməmişdir. Lizinq verən lizinq alanın Müqavilə öhdəliklərini icra etməsi üçün onunla mütəmadi olaraq əlaqə yaratmış, nəticədə lizinq alan 26 dekabr 2014-cü ildə könüllü şəkildə lizinq obyektini ona təhvil vermişdir. Bununla belə, həmin tarixə qədər lizinq obyektindən istifadə üçün hesablanmış və ödəməli olduğu ümumi borcunu və dəbbə pulu üzrə borcunu hələ də icra etməmişdir. Lizinq alan lizinq obyektinin qaytarıldığı 26 dekabr 2014-cü il tarixə qədər lizinq verənin hesabına əsas məbləğ üzrə cəmi 121.479,06 ABŞ dolları ödəməli olduğu halda cəmi 99.285,99 ABŞ dolları ödəmişdir. Yəni, lizinq alan 26 dekabr 2014-cü ilə qədər lizinq verənin hesabına ümumi məbləğ üzrə 22.201 ABŞ dolları (sabit haqq üzrə 14,002 ABŞ dolları, dəyişən haqq üzrə isə 8.199 ABŞ dolları) ödəməlidir. Eyni zamanda, Müqavilənin 4.6-cı maddəsinə əsasən lizinq alan müqavilə əsasında müəyyən edilmiş aylıq ödənişləri müqavilə əsasında müəyyən edilmiş tarixlərdə həyata keçirməzsə gecikdirdiyi hər gün üçün gecikdirdiyi məbləğin 0.1 %-i miqdarında əlavə ödəniş (dəbbə pulu) etməlidir. 17 yanvar 2018-ci il tarixinə qədər hesablanmış dəbbə pulu 19.968 ABŞ dollarına bərabərdir. Nəhayət, 26 dekabr 2014-cü il tarixə lizinq alan lizinq verənin hesabına cəmi 42.169 (22.201 + 19.968) ABŞ dolları ödəməlidir. Lizinq obyektinə dair yuxarıda qeyd edilən alğı-satqı və lizinq müqavilələri bağlanarkən, satıcı lizinq alanın öhdəliklərini tamamilə və vaxtında icra edəcəyinə söz vermiş, əks təqdirdə yarana biləcək zərərlərin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq lizinq alan qeyd edilən lizinq müqaviləsi üzrə öhdəliklərini vicdanlı şəkildə yerinə yetirməmiş, lizinq verəni zərərə məruz qoymuşdur. Ona görə də, tələb edilən borc həmçinin "xxxx" MMC-dən də tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 747.1 və 748-10.1 maddələrinə əsasən lizinq ödənişləri lizinq obyekti lizinq alanın istifadəsində olduğu müddətə görə ödənilməlidir. “Hyundai R180W-9S” markalı ekskavatorun 26 dekabr 2014cü il tarixə qədər lizinq alanın istifadəsində olduğu işin mübahisəsiz halıdır. Zaminlik müqaviləsinin 1.1 və 1.2-ci maddələrinə əsasən Zamin Cavabdehin Müqavilə üzrə öhdəliklərinin tamamilə icrası üçün cavabdehlə birlikdə birgə məsuliyyət daşıyır. Bununla yanaşı həmin müqavilənin 4.1 -ci maddəsinə əsasən cavabdeh Müqavilə üzrə öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi təqdirdə Ansar Müqavilə üzrə öhdəliklərin icrasını öz mülahizəsinə əsasən Cavabdeh və ya Zamindən tələb edə bilər. İkinci iş barədə Cavabdeh1 və Cavabdeh2 isə İddiaçınə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı ilə aralarında bağlanmış 01 may 2013-cü il tarixli, 13/603 saylı daxili lizinq müqaviləsi üzrə “Hyundai R180-9S” markalı, AZ 10O- 442 dövlət qeydiyyat nişanlı ekskavatorun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 01 may 2013-cü il tarixli, 13/603 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehin istəyi ilə gələcəkdə ona ödəniləcək ilkin ödənişin bir hissəsi kimi, lizinq obyektini (“Hyundai R180-9S” markalı ekskavator) almaq üçün avans olaraq 5.000 manat məbləğində pul vəsaitini 08 aprel 2013-cü il tarixdə "xxxx" MMC-yə ödəmişdir. 01 may 2013-cü il tarixdə isə iddiaçı “Daxili lizinq müqavilə”sinə müvafiq olaraq ilkin ödəniş kimi 45.646 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə ödəmiş və bundan sonra lizinq obyekti Cavabdeh1 təhvil verilmişdir. Daxili lizinq müqaviləsinə əlavə edilmiş 2 nömrəli əlavəyə əsasən ilkin ödənişdən əlavə 48 ay ərzində hər ay 3.992 ABŞ dolları ödənilməli idi. Lizinq obyekti olan ekskavator 01 may 2013-cü il tarixdən 26 dekabr 2014-cü il tarixədək cəmi 17 ay Cavabdeh1 qalmış və bu müddət ərzində İddiaçınə tərəfindən 99.285,99 ABŞ dolları və 5.000 manat pul vəsaiti ödənilmişdir. İlkin ödəniş kimi ödənilən 45.646 ABŞ dolları və 5.000 manat ailələrinin neçə illik qazancı nəticəsində ərsəyə gələn Gəncə şəhərində tək mülklərinin banka girov qoyularaq götürülməsindən əldə edilmişdir. Düşünürdülər ki, ekskavatorun istifadəsindən əldə edəcəkləri gəlirlə həm lizinq, həm də banka olan kreditlərini ödəyəcəklər. Daxili lizinq müqaviləsi bağlandıqdan sonra lizinq alan Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə ilə nəzərdə tutulmuş ödənişi ödəməyə başlamışdır. 2014-cü il sentyabr və oktyabr aylarında ödənişdə kiçik problem yaransa da 03 dekabr 2014-cü il tarixdə birdəfəlik 7.649,16 ABŞ dolları cavabdehə lizinq ödənişi verilməklə problem aradan qaldırılmış və bundan sonra 23 gün lizinq obyekti istifadələrində olmaqla işlər görülmüşdür. Lakin 26 dekabr 2014-cü il tarixdə özünü İddiaçı nümayəndəsi kimi təqdim etmiş Qafqaz adlı şəxs lizinq obyekti olan “Hyundai R180-9S” markalı ekskavatoru Cavabdeh1 iradəsinə zidd olaraq almışdır və ekskavator onlarda olmadığından istifadələri də mümkün olmamışdır. Lizinq obyektini cavabdehin nümayəndəsi apararkən hətta onlara söz vermişdir ki, qısa vaxtdan sonra texnika yenidən qaytarılacaqdır. Lizinq obyekti aparıldıqdan sonra dəfələrlə cavabdehə müraciət etsələr də, texnikanı qaytarmaqdan imtina etmişlər. 2015-ci ilin aprel ayında isə cavabdehin nümayəndəsi Qafqaz adlı şəxs onları lizinq şirkətinə dəvət edərək əlavə 15.000 manat ödəyəcəkləri halda ekskavatoru qaytaracaqlarını bildirmişdir. Onlar həmin vəsaiti ödəməkdən imtina etdikdən sonra cavabdeh lizinq obyektini geri qaytarmaqdan imtina etmişdir. Qeyd etdiyi kimi, lizinq obyektinin alınmasına sərf olunmuş vəsait kreditlər hesabına əldə edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində lizinq obyekti onlardan alındığından banklara olan borclarını ödəyə bilməmişlər, bu səbəbdən banklar tərəfindən onlara qarşı qaldırılan iddialar məhkəmələr tərəfindən təmin edilmişdir. Məsələn, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin kredit borcu tələbinə dair 17.133,92 manat, eyni məhkəmənin 01 fevral 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin kredit borcu tələbinə dair 6.580 ABŞ dolları, yenə də həmin məhkəmənin 25 may 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin 18.078 ABŞ dollarına dair borc tələbinə dair iddiaları Cavabdeh1 və kredit müqavilələri üzrə zamin olmuş atası Cavabdeh2 qarşı təmin edilmişdir. Lizinq obyekti tərəflər arasında bağlanmış lizinq müqaviləsinin və qanunvericiliyin tələbləri pozulmaqla geri alınmışdır. Lizinq obyektinin aparılması zamanı çəkilmiş fotoşəkillər mövcuddur və lizinq obyektinin məcburi şəkildə aparılması şahidlər qarşısında həyata keçirilmişdir. Bu səbəbdən lizinq obyekti olan ekskavatorun qeydiyyat şəhadətnaməsi hələ də onlardadır. 01 may 2013-cü il tarixli, 13/603 saylı daxili lizinq müqaviləsinin 18.2-ci bəndinə görə Defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv edə bilər və lizinq alan lizinq verən tərəfindən ona bildirişin təqdim edilməsindən dərhal sonra lizinq obyektini və lizinq verənin tələbi ilə tərəflər arasında mövcud olan lizinq müqavilələrinin lizinq obyektlərini qaytarmalıdır və ya onun seçimi əsasında lizinq obyektini lizinq verənə aşağıdakı məbləğlərin cəminə bərabər məbləği ödəməklə lizinq alan tərəfindən alınmasını tələb edə bilər. Müqavilənin qeyd olunan bəndindən də görünür ki, cavabdeh yalnız defolt halında lizinq obyektini lizinq müqaviləsini ləğv etməklə və bundan əvvəl lizinq alana bildiriş verməklə geri ala bilərdi. Defolt halları müqavilənin 18.3-cü bəndində sadalanır. Müqavilənin həmin bəndində sadalanan hallarından biri də lizinq alan tərəfindən lizinq ödənişlərinin bir ardıcıl halda ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsidir. Əgər cavabeh bu hala istinad etməklə, lizinq obyektini geri almışdırsa onun hərəkətləri aşağıda qeyd edilən 2 əsas görə qanunsuz olmuşdur: Birincisi, yuxarıda qeyd edildiyi kimi lizinq ödənişində 2014-cü ilin sentyabr və oktyabr aylarında cüzi gecikmə olsa da, dekabr ayının 3-də iki aylıq tam olaraq ödənilmiş və lizinq obyekti 23 gün onların istifadəsində qalmışdır. Cavabdeh 2014-cü ilin 26 dekabrında ekskavatoru əllərindən almışdır. Əgər cavabdeh müqavilənin 18.3.3-cü bəndinə əsaslanmışdırsa, o halda lizinq obyektini bir ödənişin gecikdirilməsindən sonra müqaviləyə xitam verilməsini bildirməklə və lizinq obyektinin alınması barədə bildiriş verməklə lizinq obyektini geri ala bilərdi. Gecikdirilmiş lizinq haqqı tam ödənildikdən sonra istənilən halda cavabdehin bu hüququndan istifadə etməsi imkanı aradan qalxmış olur. İkincisi, cavabdehlə aralarında olan başqa bir məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, heç bir defolt halı baş verməmişdir. Sual olunur: əgər defolt halı baş verməmişdirsə, onda cavabdeh hansı əsasla lizinq obyektini lizinq alandan vaxtından əvvəl geri alırdı. Cavabdehin nümayəndəsi X6 həmçinin, həmin məhkəmə baxışında bildirmişdir ki, guya lizinq obyektini onlar təhvil vermişdir. Yenə də sual olunur: əgər lizinq obyektini onlar özləri təhvil vermişdirsə, nəyə görə ekskavatorun şəhadətnaməsi onlarda qalmışdır? Bu fakt onu göstərir ki, lizinq obyekti cavabdeh tərəfindən əsassız olaraq götürülmüşdür. Daha sonra Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı onlara və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorla bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X12 arasında 01 may 2013-cü il tarixdə bağlanmış 13/603 saylı lizinq müqaviləsinin əhəmiyyətsiz olduğundan etibarsız sayılması, “Hyundai R180W-9S” markalı, AZ 90 K-092 dövlət qeydiyyat nişanlı ekskavatorla bağlı İddiaçı ilə X12 arasında 27 iyul 2015-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin, daha sonra X12 ilə (etibarnamə əsasında X10 ilə) Arslan Ertac arasında 04 mart 2016-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və həmin markalı dövlət qeydiyyat nişanlı ekskavatorla bağlı Arslan Ertac ilə “X20 Sanayi və Ticaret Limited Şirkətinin Filialı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25 fevral 2016-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız sayılması, 26 dekabr 2014-cü il tarixdə qanunsuz olaraq götürülmüş lizinq obyekti “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun həmin müddətə olan bazar dəyəri qismində 140.000 manat real zərərin İddiaçındən Cavabdeh1 xeyrinə tutulması, 26 dekabr 2014-cü il tarixdə qanunusuz olaraq götürülmüş lizinq obyekti “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun həmin tarixdən hal-hazıradək istifadə edilməməsi nəticəsində aylıq icarə haqqı qismində 330.000 manat məbləğində əldən çıxmış fayda şəklində zərərin İddiaçındən Cavabdeh1 xeyrinə tutulması, 01 may 2013-cü il tarixli 13/603 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən 03 dekabr 2014-cü il tarixədək ödənilmiş 77.885 manat (həmin dövrdə Azərbaycan manatının ABŞ dolları ekvivalentində 99.286 ABŞ dolları) məbləğində pulun İddiaçındən Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası KTN yanında Abşeron DAİM-in Texniki nəzarətin təşkili sektoruna vəkil sorğuları vermişlər. Sorğulara cavab olaraq qeyd olunan qurum bildirmişdir ki, “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavator İddiaçı TN 364 13/603 saylı 30 iyul 2015-ci il tarixli məktubuna əsasən 05 avqust 2015-ci il tarixdə X7 adına AZ 90 K-092 dövlət qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Daha sonra qeyd edilən ekskavator 04 mart 2016-cı il tarixdə Türkiyə Respublikası vətəndaşı Arslan Ertacın adına AZ 90 K-092 dövlət qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Ən son, 17 mart 2016-cı il tarixdə adı çəkilən ekskavator “X20 Sanayi və Ticaret Limited Şirkəti”nin Gürcüstan şöbəsinə satılaraq dövlət qeydiyyatından çıxarılmışdır. İlk öncə qeyd edilməlidir ki, Cavabdeh1lə İddiaçı arasında bağlanmış Daxili lizinq müqaviləsinin və Afət Rəhimovla həmin Lizinq Şirkəti arasında bağlanmış daxili lizinq müqaviləsinin tarix və nömrələri eynidir - 01 may 2013-cü il, №13/603. KTN yanında Abşeron DAİM-in texniki nəzarətin təşkili sektoru tərəfindən təqdim edilmiş sənədlərdə qeyd edilmişdir ki, İddiaçı TN 364 13/603 saylı 30 iyul 2015-ci il tarixli məktubunda KTN Baş X13 Müfəttişliyinə müraciət edərək, 13/603 saylı 01 may 2013-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən şirkətə məxsus AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun X9 lizinqə verildiyini, sonuncunun ödəniş öhdəliklərini tamamilə yerinə yetirdiyini, bu səbəbdən ekskavator üzərində mülkiyyət hüquqlarının tam həcmdə X9 verilməsini xahiş etmişdir. Cavabdeh1lə bağlanmış lizinq müqaviləsinə əsasən lizinq alan qismində Cavabdeh1 2014-cü ilin dekabr ayının 03-də sonuncu ödənişini (6000 manat) həyata keçirmişdir. Lizinq verən qismində MMC 26 dekabr 2014-cü il tarixdə qanunsuz olaraq lizinq obyektini lizinq alandan zor tətbiq edərək götürmüşdür. Bu fakt işin faktiki halları ilə yanaşı tərəflər arasındakı əvvəlki məhkəmə iclaslarında da öz təsdiqini tapmışdır. Hətta, lizinq obyekti zorla götürülərkən ekskavatorun texniki pasportu lizinq alanda qalmışdır. Bununla bağlı lizinq verənin birtərəfli qaydada tərtib etdiyi təhvil-təslim aktında da qeydiyyat aparılmışdır. İddiaçı Rəşad və Cavabdeh2lərə qarşı “lizinq müqaviləsinə xitam verilməsi və pulun tutulması” barədə iddia tələbi Bakı Apellyasiya Məhkəməsi İİK-nın 12 iyul 2017-ci il tarixli qərardadı ilə baxılmamış saxlanmış, kassasiya instansiya məhkəməsində bu qərardad dəyişdirilmədən saxlanılmışdır. Belə ki, həmin mülki iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnamələrində müəyyən edilmişdir ki, lizinq obyekti 26 dekabr 2014-cü il tarixdə lizinq verən tərəfindən götürülmüşdür. Belə olan halda sual yaranır, əgər 01 may 2013-cü il tarixdə lizinq verən MMC ilə Cavabdeh1 arasında 13/603 nömrəli Daxili lizinq müqaviləsi imzalanmışdırsa və həmin müqaviləyə əsasən lizinq obyekti olan ekskavator 26 dekabr 2014-cü il tarixədək lizinq alan Cavabdeh1 sahibliyində və istifadəsində olmuşsa, İddiaçı ilə X12 arasında daxili lizinq müqaviləsi 01 may 2013-cü il tarixdə 13/603 nömrəsi ilə necə bağlanmışdır? Göründüyü kimi, İddiaçı 26 dekabr 2014-cü il tarixdə lizinq obyektini lizinq alan Cavabdeh1 sahibliyindən və istifadəsindən zorla, qanunsuz olaraq götürdükdən sonra lizinq verən olaraq vəzifəsindən sui-istifadə etməklə və vəzifə səlahiyyətlərini aşmaqla, həmin texnikanı guya ki, əvvəlcədən başqa şəxsə satması barədə saxta sənədlər tərtib etmiş və lizinq obyektini üçüncü şəxslərə satmaqla qanunsuz gəlir əldə edərək, nəticədə lizinq alan Cavabdeh1 ziyan vurmuşdur. Hesab edir ki, İddiaçı bu əməllərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməli və sözügedən MMC-nin barəsində xüsusi qərardad çıxarılaraq prokurora bu barədə məlumat verilməlidir. İddiaçı ilə X12 arasında 01 may 2013-cü il tarixdə 13/603 nömrəli hər hansı lizinq müqaviləsi olmadığından, lizinq verənin 30 iyul 2015-ci il tarixdə TN 363 13/603 saylı məktubuna əsasən mübahisəli lizinq obyektinin X7 adına satılmasına razılıq verməsi və sonuncu ilə aralarında alğı-satqı müqaviləsi bağlanması tam qanunsuzdur. Bundan başqa, Mülki Məcəllənin 650-ci maddəsində qeyd edilir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Belə olan halda, lizinq obyekti olan “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavator Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan bu zaman həmin ekskavatorun alğı-satqısı daşınmaz əşyaların alğı-satqısı qaydasında notariat qaydasında aparılmalı idi. Eyni zamanda, alğı-satqı əməliyyatı zamanı müqavilənin predmeti olan texniki vasitənin yüklü olub-olmaması, mübahisə predmeti olub-olmaması, həmin texnikanın texniki parametrlərini əks etdirən qeydiyyat şəhadətnaməsinin olub-olmaması araşdırılmalı idi. Bu səbəbdən, “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorla bağlı İddiaçı ilə X12 arasında 27 iyul 2015-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi, daha sonra X12 ilə (etibarnamə əsasında X10 ilə) Arslan Ertaç arasında 04 mart 2016-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsi, həmçinin Arslan Ertaç ilə “X20 Sanayi və Ticaret Limited Şirkətinin Filalı” MMC arasında 25 fevral 2016-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsi qanunsuz olduğundan hər üç alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası KTN yanında Abşeron DAİM-in Texniki nəzarətin təşkili sektoru tərəfindən verilmiş məlumata əsasən “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavator ilə “X20 Sanayi və Ticaret Limited Şirkəti”nin Gürcüstan şöbəsinə satılaraq dövlət qeydiyyatından çıxarılmışdır. Yəni, sözügedən texniki vasitə hal-hazırda Azərbaycan Respublikasında mövcud deyildir. Belə olan halda, lizinq obyekti olan ekskavatorun lizinq verən İddiaçındən alınaraq lizinq alan Cavabdeh1 qaytarılması barədə iddia tələbinin predmeti dəyişdirilməli və lizinq obyektinin dəyəri, həmin obyektin qanunsuz götürülməsindən keçən müddət ərzində istifadə edilməməsi nəticəsində əldən çıxmış fayda və lizinq obyekti qanunsuz götürüldüyünə görə lizinq alan Cavabdeh1 tərəfindən həyata keçirilmiş bütün ödənişlər lizinq verəndən lizinq alanın xeyrinə tutulmalıdır. Lizinq verən MMC lizinq obyekti olan ekskavatoru 26 dekabr 2014-cü il tarixdə qanunsuz olaraq lizinq alanın sahibliyindən qanuna zidd şəkildə götürmüşdür. Bu fakt işin həqiq halları ilə yanaşı, tərəflər arasındakı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən qərarda göstərilmişdir ki, “tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən defolt halı üzrə müqaviləyə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması müqavilə şərtlərinə uyğun həyata keçirilməmişdir. Defolt halında müqaviləyə vaxtından əvvəl xitam verilməsi, gecikdirilmiş lizinq borcunun ödənilməsi və lizinq obyektinin qaytarılması barədə lizinq alan bildirişin göndərilməsini təsdiq edən hər hansı sənəd müəyyən olunmamışdır. Lizinq obyekti bildirişlərdən (27 iyul 2015 və 04 may 2016-cı il tarixli) xeyli əvvəl – 26 dekabr 2014-cü il tarixdən lizinq verən tərəfindən bildiriş verilmədən götürülmüşdür. Görünüyü kimi, müqavilə tərəfləri defolt halı üzrə müqavilə şərtlərinə riayət etməmişlər. Belə olan halda, lizinq alanın cavabdehin müqavilə şərtlərinə uyğun olmadan geri aldığı lizinq obyektini lizinq verənin qanunsuz sahibliyindən geri tələb etmək hüququ yaranmışdır”. Lizinq alan Cavabdeh1lə lizinq verən MMC arasında bağlanmış daxili lizinq müqaviləsinin 18.2, 18.3.3-cü maddələrinin tələblərinə görə defolt halı baş verməmişdir. Bundan başqa tərəflər arasında əvvəllər baxılmış Bakı Apellyasiya Məhkəməsi İİK-nın 12 iyul 2017-ci il tarixli qətnaməsində də qeyd edilir ki, müqavilə tərəfləri defolt halı üzrə müqavilə şərtlərinə riayət etməmişlər. Defolt halı baş vermədiyi və mövcud olmadığı halda, onda lizinq verən MMC hansı hüquqi əsasla lizinq obyektini vaxtından əvvəl zorla lizinq alandan geri götürmüşdür? Təqdim edilmiş sübutlardan görünür ki, lizinq verən lizinq obyektini zorla götürdükdən sonra qanunsuz alğı-satqı əqdləri ilə üçüncü şəxslərə satmış və gəlir əldə etmişdir. Sonuncu ödənişini birdəfəlik olmaqla 03 dekabr 2014-cü il tarixdə həyata keçirən lizinq alan əgər lizinq ödənişlərini daxili lizinq müqaviləsinin şərtlərini pozmaqla həyata keçirirdisə, nə üçün lizinq verən bu ödənişdən sonra 23 gün ərzində lizinq obyektini lizinq alanın sahibliyində saxlamışdır? Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, lizinq obyekti 2013-cü ilin may ayında ƏDV daxil 136.000 manat məbləğinə lizinq verən MMC tərəfindən "xxxx" MMC-dən alğı-satqı edilmişdir. Hal-hazırda qeyd edilən texniki vasitənin həm satış dəyəri, həm də icarəsi daha yüksəkdir. Bundan başqa, lizinq alan Cavabdeh1 lizinq obyektindən istifadə etməklə, həm aylıq qazanc əldə edirdi, həm də əldə etdiyi qazancla ailəsini, evini dolandırır, həm də ki lizinq verənə və digər bank təşkilatlarına borclarını ödəyirdi, yəni mübahisə predmetini təşkil edən lizinq obyekti lizinq alanın yeganə qazanc və gəlir mənbəyi idi. Sadalanan hallar onu deməyə əsas verir ki, lizinq alan Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə əsasən zərər şəklində lizinq obyektinin dəyərini, əldən çıxmış faydanı və lizinq müqaviləsi üzrə ödənilmiş vəsaitləri lizinq verəndən tələb edə bilər. Lizinq alan qismində Cavabdeh1 lizinq obyektinə qanuni əsaslarla sahiblik edən şəxs olduğundan, onun lizinq obyektinə münasibətdə əmlak hüquqları-lizinq obyektinin qanunsuz götürülməsi nəticəsində əmlaka vurulmuş ziyan istənilən şəxs, hətta lizinq verən MMC tərəfindən pozulmaqdan müdafiə edilməlidir. Həmçinin əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin sorğusuna da cavab olaraq KTN yanında Aqrar Xidmətlər Agentliyi İddiaçı ilə X12 arasında bağlanmış 13/603 saylı 01 may 2013-cü il tarixli lizinq müqaviləsini təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq İddiaçı də X12 ilə aralarında bağlanmış həmin müqaviləni təqdim edə bilməmişdir. İkincisi isə, lizinq obyektinin dəyəri “şərti” lizinq alan Afət Kərimov tərəfindən lizinq müqaviləsinin şərtlərinə əsasən tam ödənilmişsə, bu zaman lizinq verən MMC ilə lizinq alan şəxs arasında alğı-satqı müqaviləsinin bağlanmasına nə ehtiyac var idi? Üçüncüsü, lizinq verən MMC 27 iyul 2015-ci il tarixdə alğı-satqı yolu ilə satdığı lizinq obyektinə görə X7 lizinq öhdəliklərini tam yerinə yetirdiyini satdıqdan 3 gün sonra 30 iyul 2015-ci il tarixdə necə təsdiq edə bilər? Bundan başqa, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, lizinq verən MMC Bakı şəhəri BPİdən “Hyundai R 180-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun TH 022657 seriyalı qeydiyyat şəhadətnaməsinin tapılması barədə BPİ-nin Tapıntılar Bürosuna məlumat daxil olmaması barədə 03 avqust 2015-ci il tarixdə arayış almışdır. Lakin lizinq verən MMC unutmuşdur ki, ilk növbədə obyekti “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatora məxsus TH 022657 seriyalı qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməli və yalnız bundan sonra həmin texniki vasitəyə dair yeni qeydiyyat şəhadətnaməsini almalıdır. Onlar lizinq obyekti olan “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun real bazar dəyərinin və icarə qiymətinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-yə sorğu göndərmişlər. Sorğuya cavab olaraq bildirilmişdir ki, lizinq obyekti “Hyundai R180W-9S” markalı təkərli hidravlik (buraxılış ili 2013, müəhərrik № S6S091518, zavod № NHKHZ509JD0000457, şassi JD 0000457) sazlığından, komplektasiyasından, iş saatından, yürüyüşündən asılı olaraq 2014-cü ilin dekabr ayına olan bazar dəyəri 140.000 manat, 2020-ci il üzrə isə bazar dəyəri 120.000 manat təşkil edir. Həmçinin, 2014-cü ilin dekabr ayından hal-hazıradək olan müddət ərzində aylıq icarə haqqının cəmi hesablanmış və aylar-illər üzrə fərqli məbləğlər olmaqla ümumilikdə icarə qiymətinin 330.000 manat təşkil etməsi müəyyən edilmişdir. Bundan əlavə, Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişlər və ərizələrini onunla əsaslandırmışlar ki, İddiaçı ilə Cavabdeh1 arasında daxili lizinq müqaviləsi və Cavabdeh2 ilə zamanlik müqaviləsi 01 may 2013-cü il tarixdə bağlanmışdır. Mülki iş materialları ilə təsdiq edilir ki, lizinq alan Cavabdeh1 daxili lizinq müqaviləsi üzrə sonuncu ödənişi 03 dekabr 2014-cü il tarixdə həyata keçirmişdir. Həmçinin, lizinq verən qismində İddiaçı aylıq ödənişlərin gecikdirilməsi səbəbindən lizinq obyekti olan ekskavatoru 26 dekabr 2014-cü il tarixdə qanunsuz olaraq götürmüşdür. İddia ərizəsindən də görünür ki, İddiaçı hazırki iddia ərizəsini 14 fevral 2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. İddiaçı “lizinq müqaviləsinə xitam verilməsi və pul tələbi” barədə iddia ərizəsi ilə əvvəl də məhkəməyə müraciət etmiş, lakin Bakı Apellyasiya Məhkəməsi İİK-nin 12 iyul 2017-ci il tarixli qərardadı ilə lizinq verənin iddiası baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardad Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin 19 dekabr 2017-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. İddiaçı hüquqlarının pozulduğu bildiyi andan 03 dekabr 2014cü il tarixdən etibarən həm müqavilə tələbi, həmdə vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə 03 il müddətində - 03 dekabr 2017-ci il tarixədək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki iddia ərizəsini iddia müddətini ötürdükdən sonra 14 fevral 2018-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçı əvvəl irəli sürdüyü iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə baxılmamış saxlandığından və Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən, əvvəlki iddia irəli sürülənədək bağlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyindən, əvvəlki iddia ərizəsi ilə lizinq verən MMC-nin məhkəməyə müraciət etməsi nəzərə alınmamalı və müddətinin axımı ümumi qaydada davam etməklə 03 dekabr 2014-cü il tarixdən hesablanmalıdır. Həmçinin, əsas tələb üzrə daxili lizinq müqaviləsi üzrə pul tutulması barədə iddia tələbi üzrə iddia müddəti keçdiyindən əlavə tələb zaminlik müqaviləsi üzrə pul tutulması barədə iddia tələbi üzrə də iddia müddəti artıq keçmişdir. Göstərilənlərə əsasən İddiaçı onlara qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən və iddia tələbi əsassız olduğundan, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini və İddiaçı, X7 və digər şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, saxta sənəd hazırlama və istifadə etmə, cinayət yolu ilə əldə edildiyini biləbilə əmlakı əldə etmə və sərəncam vermə, digər cinayətlərin əlamətləri olduğundan onların barəsində xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişlər. İddiaçı isə iddiaya etiraz, habelə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizələrini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ("lizinq alan”) və Cavabdeh2 (“zamin”) İddiaçı MMC-yə (“lizinq verən”) qarşı "lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan isə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artırmışlar. Həmin ərizədən göründüyü kimi, iddiaçının hazırkı iddia tələbləri 4 hissədən ibarətdir; 1) mübahisəli ekskavatora dair əqdlərin etibarsız hesab edilməsi; 2) 26 dekabr 2014-cü il tarixdə götürülmüş mübahisəli ekskavatorun bazar dəyəri qismində 136.000 manat məbləğində real zərərin tutulması; 3) mübahisəli ekskavatordan istifadə edilməməsi nəticəsində aylıq minimum 1.000 manat olmaqla ümumilikdə 60.000 manat məbləğində əldən çıxmış faydanın tutulması; 4) lizinq müqaviləsi üzrə cavabdehə ödənilmiş pulun (lizinq ödənişlərinin) qaytarılması. Aşağıda qeyd olunanlarla iddia tələbinin tamamilə əsassız olması sübuta yetirilir və bu səbəbdən iddia tələbi təmin olunmamalıdır. 26 dekabr 2014cü il tarixdə götürülmüş mübahisəli ekskavatorun bazar dəyəri qismində 136.000 manat məbləğində real zərərin tutulması tələbi ilə bağlı: Bu tələb “lizinq obyektinin qaytarılması” tələbi ilə bilavasitə əlaqədardır. Belə ki, lizinq obyekti artıq olmadığından iddiaçılar onun dəyərini istəməkdədirlər. Mübahisəli ekskavatorun 26 dekabr 2014-cü il tarixdə geri alındığı mübahisə mövzusu deyildir. Onun qanunsuz olaraq alınması və ya Defolt halının baş verməməsi barədə iddiaçıların mövqeyi əsassızdır. Tərəflər arasındakı əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə aktlarının mövcudluğu da fərqli qənaət üçün əsas vermir. Birincisi həmin qərarlarda defolt halının ümumiyyətlə baş verməməsi barədə hər hansı xüsusat göstərilməmiş, sadəcə lizinq alana bildirişin göndərilmədiyi (defolt halı üzrə müqavilə şərtlərinə riayət edilmədiyi) qeyd edilmişdir. Digər tərəfdən həmin işdə Rəşad və Cavabdeh2lərin iddiası ilkin ödənişin qaytarılması barədə olmuş, lizinq obyektinin geri qaytarılması ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. Bu o deməkdir ki, əvvəlki işdə məhkəmənin lizinq obyektinin geri qaytarılması ilə bağlı hansısa qənaətə gəlməsinin hazırkı iş üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Eyni zamanda nəzərə alınmalıdır ki, defolt halının baş verməməsi ilə defolt halı üzrə müqavilə şərtlərinə riayət edilməməsi (lizinq alana bildirişin vaxtında göndərilməməsi səbəbindən) fərqli anlayışlardır. Bildirişin göndərilməsi şərtinə əməl edilməməsi həmin halı aradan qaldırmır. Müqaviləyə görə, lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 1 ardıcıl halda ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı (hallarından biri) hesab edilir (18.3.3-cü bənd). Lizinq alanın lizinq ödənişlərini gecikdirmiş olduğu iş üzrə əldə edilmiş ekspert rəyi ilə təsdiq edilməkdədir. Nəticə etibarilə lizinq obyekti məhz lizinq ödənişlərinin edilməməsi (borcun olması) - başqa sözlə, defolt halının baş verməsi səbəbindən geri alınmışdır. Bundan əlavə, qeyd edildiyi kimi lizinq obyekti 26 dekabr 2014-ci il tarixdə lizinq alandan alınmışdır və əgər o, lizinq obyektinin qanunsuz olaraq alındığını iddia edirsə, deməli onun həmin (lizinq obyektinin qaytarılması) tələbi üzrə iddia müddətinin axımı da məhz həmin müddətdən hesablanmalıdır. İddiaçıların bu tələbini yalnızca 2020-ci ildə irəli sürməsi ilə bağlı işin faktiki halı və Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbi nəzərə alındıqda, iddiaçının “lizinq obyektinin qaytarılması” tələbi üzrə iddia müddətini ötürdüyü qənaətinə gəlinməlidir. Bu tələb üzrə iddia müddəti ötürüldüyündən onun dəyərinin qaytarılmasına dair iddia tələbi də iddia müddətinin ötürülməsi səbəbindən təmin edilə bilməz (iddia müddətinin tətbiqinə dair ayrıca ərizə verilmişdir). Mübahisəli ekskavatora dair əqdlərin etibarsız hesab edilməsi tələbi ilə bağlı: Yuxarıdakı izahatlardan da aydın olur ki, iddiaçılar mübahisəli ekskavatorun qaytarılmasını deyil, onun bazar dəyəri qismində pul məbləğinin özlərinə ödənilməsini istəyirlər. Belə olan halda sual yaranır ki, iddiaçılar mübahisəli ekskavatora dair əqdlərin etibarsızlığını hansı səbəbdən irəli sürmüşlər? Həmin müqavilələrin etibarsızlığı onlara nə verəcəkdir? Və ya əksinə, müqavilələrin qüvvədə qalması onların hansı mənafelərinə toxunur? Təkcə bu xüsusat belə qeyd edilən hissədə iddianın açıqca əsassızlığını göstərir. Digər tərəfdən, iddiaçılar mübahisəli ekskavatorun qaytarılması tələbini irəli sürsə idilər belə, yenə də fərqli qənaətə gəlmək mümkün olmayacaqdı; birincisi, lizinq obyektinin qanunsuz olaraq alınmadığı, tam əksinə lizinq alanın lizinq ödənişlərini gecikdirməsi (borcun olması) başqa sözlə, defolt halının baş verməsi səbəbindən haqlı olaraq geri alındığı yuxarıda izah edilmişdir. İkincisi, yuxarıda da izah edildiyi kimi iddiaçıların lizinq obyektinin qaytarılması tələbi üzrə iddia müddətini ötürmüşlər. Bu isə o deməkdir ki, indiki halda iddiaçıların “lizinq obyektinin qaytarılması" tələbini irəli sürmələri üçün subyektiv hüquqları yoxdur. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Mübahisəli ekskavatordan istifadə edilməməsi nəticəsində aylıq minimum 1.000 manat olmaqla ümumilikdə 60.000 manat məbləğində əldən çıxmış faydanın tutulması ilə bağlı: Təkrarçılıq olsa da qeyd edilməlidir ki, lizinq obyektinin məhz lizinq ödənişlərinin edilməməsi (borcun olması) - başqa sözlə, defolt halının baş verməsi səbəbindən geri alınmışdır (yuxarıda ətraflı şəkildə izah edilmişdir). Yuxarıdakı izahlardan da açıqca aydın olur ki, lizinq obyektinin qanunsuz olaraq alınması və ya defolt halının baş verməməsi barədə iddiaçıların mövqeyi açıqca əsassızdır. Bu isə “mübahisəli ekskavatorun bazar dəyəri məbləğində real zərərin tutulması” (və ya irəli sürülsə idi, “lizinq obyektinin qaytarılması”) tələbi ilə yanaşı hazırkı bənddəki tələbin təmin edilməsini istisna edir. Həmçinin yuxarıdakı izahları nəzərə alaraq, iddia müddətinin qeyd edilən tələbə münasibətdə də ötürdüyü qənaətinə gəlinməlidir. Lizinq müqaviləsi üzrə cavabdehə ödənilmiş pulun (lizinq ödənişlərinin) qaytarılması ilə bağlı: nəhayət tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə ödənilmiş pulun (yəni, lizinq ödənişlərinin) qaytarılması tələbinə münasibətdə bildirilir ki, əvvəla həmin ödənişlər lizinq obyektindən istifadənin əvəzində həyata keçirilmişdir; həmin ödənişin geri qaytarılması nə müqavilədə, nə də lizinqlə bağlı Mülki Məcəllənin müvafiq müddəalarında nəzərdə tutulmamışdır. Digər tərəfdən bu tələbin “mübahisəli ekskavatorun bazar dəyəri məbləğində real zərərin tutulması” (və ya irəli sürülsə idi, “lizinq obyektinin qaytarılması”) tələbi ilə yanaşı irəli sürülməsi absurddur. Həmçinin qənaətləri ondan ibarətdir kı, iddiaçılar bu hissədə də iddia müddətini ötürmüşlər. Göstərilənlərə əsasən iddianın əsassız olduğuna görə, habelə iddia müddətinin tətbiq edilməsi ilə rədd edilməsi xahiş edilmişdir. İşlərin bir icraatda birləşdirilməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 15 mart 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 İddiaçınə qarşı “lizinq obyektinin qaytarılması” tələbinə dair e-2-2(81)-652/2019 saylı iş İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq borcunun ödənilməsi” tələbinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-3070/2018 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi X8 ilk iddia ərizəsini və birləşdirilən iddiaya etirazını müdafiə edərək, yuxarıda qeyd edilmiş məzmunlarda izahat verdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh2 (o, eyni zamanda Cavabdeh1 da nümayəndəsi qismində çıxış edir) birləşdirilən iddia ərizəsini müdafiə edərək, təmin edilməsini, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər, birləşdirilən iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil birləşdirilən iddia ərizəsini müdafiə edərək təmin edilməsini, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər proses iştirakçıları (ilk və birləşdirilən iddia üzrə cavabdehlər) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk və birləşdirilən iddialar təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 aprel 2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, “Hyundai 180WS” markalı ekskavator üçün Cavabdeh1 tərəfindən 5.000 manat məbləğində avans ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə İddiaçı (alıcı) arasında 01 may 2013-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı bir ədəd “Hyundai R180W-9S” markalı ekskavatoru satmaq, alıcı isə həmin ekskavatorun dəyəri olan 136.000 manatı ödəməklə almaq haqqında razılaşmışlar. 622238 nömrəli qaimə - fakturadan görünür ki, İddiaçı tərəfindən 136.000 manat məbləğində vəsait "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 may 2013-cü il tarixli 13/603 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinqə təqdim edir. Lizinq alanın burada nəzərdə tutulmuş öhdəlikləri lizinq verən tərəfindən qənaətbəxş hesab edilən şəxsin təqdim etdiyi zaminlik müqaviləsi ilə təmin edilməlidir. Lizinq müddəti transfer tarixində başlayaraq bitmə tarixində sona çatmaqla 48 ay təşkil edir. Lizinq ödənişləri 48 ayın lizinq ödənişləri kimi 237.235 ABŞ dolları məbləğində ödəniş cədvəlinə uyğun olaraq sabit haqqdan və dəyişən haqqdan ibarətdir. Lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla) lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0.1%-nə bərabər həcmdə əlavə ödənişi ödəməlidir. Lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı bir ardıcıl halda ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir. Müqavilənin 18.2-ci maddəsinə uyğun olaraq defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini geri almaq hüququna malikdir. Lizinq obyektinin sökülməsi, daşınması, daşıma sığorta haqları, yükləmə xərcləri, müvafiq dövlət orqanında qeydiyyat xərcləri/qeydiyyatdan çıxarma xərcləri və hər hansı bu cür gözlənilməz xərclər lizinq alanın hesabına ödənilməlidir. Lizinq obyekti bu maddəyə əsasən geri alındıqda lizinq alan çəkdiyi və xərclərin əvəzinin ödənilməsini tələb emək hüququna malik deyildir və ilkin ödənişin yalnız lizinq müddətinin elə bir hissəsi münasibətində geri ödənilməsini tələb edə bilər ki, lizinq əmlakının 20.1 maddəsinə əsasən uyğun olaraq qaytarılması nəticəsində lizinq müddətinin həmin hissəsi ərzində lizinq obyektindən istifadə mümkün olmasın. (müqavilənin 2.1, 3.2, 3.3, 4.1, 4.6, 18.3.3 və 20.1 maddələri) Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə (Əlavə-2) əsasən lizinq ödənişlərinin əvvəli 01 iyun 2013-cü il tarixdən başlamaqla, sonuncu ödəniş tarixi 01 may 2017-ci ildir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 01 may 2013-cü il tarixli 13/603-1 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən zamin lizinq verən və Cavabdeh1 arasında bağlanmış 01 may 2013-cü il tarixli 13/603 saylı daxili lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərinin tamamilə icrası üçün bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. Müqavilənin 7.2-ci maddəsinə əsasən bu müqavilə lizinq müqaviləsi imzalandığı an qüvvəyə minir və lizinq müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində qüvvədə olmalıdır. 03 may 2013-cü il tarixli, TH 022657 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai R180W-9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun mülkiyyətçisi İddiaçıdir. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 27 iyul 2015-ci il tarixli bildirişdən görünür ki, xitam tarixinə qədər lizinq müqaviləsi üzrə 50.134 ABŞ dollarının manat ekvivalentinə bərabər məbləğdə İddiaçınə ödənilməli olan borcu vardır. Bu bildirişi aldığı tarixdən 5 gün ərzində burda göstərilən borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbardar edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 04 may 2016-cı il tarixli bildirişdən görünür ki, sonuncuların xitam tarixinə qədər lizinq müqaviləsi üzrə 92.292,43 ABŞ dolları məbləğində Şirkətə ödənilməli olan gecikdirilmiş borcu və gecikmələrə görə hesablanan 19.116,6 ABŞ dolları cərimələri var. Onlar, bildirişi aldıqları tarixdən 3 gün ərzində göstərilən ödənilməmiş borcu və lizinq obyektini qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. Qeyd olunan bildiriş 07 may 2016-cı il tarixdə “Express” X18 Xidməti vasitəsilə sonunculara çatdırılmışdır. 26 dekabr 2014-cü il tarixdə tərtib edilmiş təhvil-təslim aktından görünür ki, İddiaçı nümayəndəsi “Hyundai” markalı ekskavatoru "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinə ərazidə saxlanması üçün təhvil vermiş, sonuncu isə təhvil almışdır. İddiaçı maliyyə arayışına əsasən Cavabdeh1 oğunun 26 dekabr 2014-cü il tarixə ödənilməmiş əsas məbləğ üzrə 14.002 ABŞ dolları, dəyişən haqq üzrə 8.199 ABŞ dolları, 17 yanvar 2018-ci il tarixə gecikdirilmiş məbləğ üzrə 19.968 ABŞ dolları olmaqla ümumilikdə 42.169 ABŞ dollar borcu vardır. İddiaçı maliyyə arayışına əsasən Cavabdeh1 oğunun 26 dekabr 2014-cü il tarixə ödənilməmiş əsas məbləğ üzrə 14.002 ABŞ dolları, dəyişən haqq üzrə 8.199 ABŞ dolları, 17 may 2018-ci il tarixə gecikdirilmiş məbləğ üzrə 21.884 ABŞ dolları olmaqla ümumilikdə 44.084 ABŞ dollar borcu vardır. Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçınə ünvanlanmış pretenziya məktubundan görünür ki, onlar tərəfindən sonuncudan aralarında bağlanmış 01 may 2013-cü il tarixli, 13/603 saylı daxili lizinq müqaviləsi üzrə “Hyundai R180-9s” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun 10 gün müddətində geri qaytarılmasını xahiş etmişlər, əks təqdirdə pozulmuş hüquqlarının müdafiə olunması və lizinq obyektinin qaytarılması barədə məhkəməyə müraciət olunacağı barədə sonuncunu xəbərdar etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 03 avqust 2015-ci il tarixdə İddiaçınə ünvanladığı məktubdan görünür ki, “Hyundai R180W- 9S” markalı, AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun TH 022657 saylı qeydiyyat şəhadətnaməsinin tapılması barədə Bakı şəhər Polis İdarəsinin Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Abşeron X17 X4 Təşkili Sektorunun 18 fevral 2020-ci il tarixdə vəkil sorğusuna verdiyi cavab məktubundan görünür ki, “Hyundai R180W-9S” markalı, AZ-100-442 dövlət qeydiyyat nişanlı ekskavator İddiaçı TN 364 13 /603 saylı 30 iyul 2015-ci il tarixli məktubuna əsasən 05 avqust 2015-ci il tarixdə X7 adına AZ 90 K-092 dövlət qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. 04 mart 2016-cı il tarixə etibar edilən şəxs X5 adından Türkiyə Respublikasının vətəndaşı Arslan Ertacın adına AZ 90K-092 nömrə nişanı ilə rəsmiləşdirilmişdir. 17 mart 2016-cı il tarixdə adı çəkilən ekskavator 516VG/002 saylı, 25 fevral 2016-cı il tarixli müqaviləyə əsasən “X20 Sanayi və Ticaret Limited Şirkəti”nin Gürcüstan şöbəsinə satılaraq dövlət qeydiyyatından çıxarılmışdır. Həmin məktuba əlavə edilmiş İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş X13 Müfəttişliyinə ünvanladığı 30 iyul 2015-ci il tarixli məktubdan görünür ki, 13/603 saylı 01 may 2013-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən İddiaçınə məxsus dövlət qeydiyyat nişanı AZ 10 O-442 olan, “Hyundai R180W-9S” markalı ekskavator X9 lizinqə verilmişdir. X12 ödəniş öhdəliklərini tamamilə yerinə yetirmişdir. Öhdəliklərin tam yerinə yetirildiyini nəzərə alaraq yuxarıda qeyd olunmuş ekskavatorun üzərində mülkiyyət hüquqlarının tam həcmdə İddiaçındən X9 verilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş 27 iyul 2015-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı “Hyundai R180W-9S” markalı ekskavatoru 50.000 manat məbləğinə X1. Həmin məktuba əlavə edilmiş 05 avqust 2015-ci il tarixli, TS 039954 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai R180W-9S” markalı, AZ 90 K-092 dövlət qeydiyyat nişanlı ekskavatorun mülkiyyətçisi X11r. Həmin məktuba əlavə edilmiş 04 mart 2016-cı il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X10 “Hyundai R180W-9S” markalı ekskavatoru 30.000 manat məbləğinə Arslan Ertaca satmışdır. Həmin məktuba əlavə edilmiş 25 fevral 2016-cı il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Arslan Ertac “Hyundai R180W-9S” markalı ekskavatoru 46.000 ABŞ dolları məbləğinə “X20 Sanayi və Ticaret Limited Şirkətinin Filalı” MMC-yə satmışdır. "xxxx" KB QSC-nin 04 iyul 2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 tərəfindən 13/603 saylı müqavilə üzrə İddiaçı bankda olan hesabına ödənilmiş məbləğ aşağıda kimidir: 02 may 2013-cü il, 03 iyun 2013-cü il, 01 iyul 2013-cü il, 01 avqust 2013cü il, 02 sentyabr 2013-cü il, 01 oktyabr 2013-cü il, 01 noyabr 2013-cü il, 04 noyabr 2013-cü il, 02 dekabr 2013-cü il, 09 dekabr 2013-cü il, 07 y anvar 2014-cü il, 24 yanvar 2014-cü il, 14 may 2014-cü il, 24 iyul 2014-cü il, 14 avqust 2014-cü il, 03 dekabr 2014-cü il tarixləri üzrə cəmi 77.885 manat (99.285,99 ABŞ dolları). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli, 2-2(81)- 70/2017 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 13.994,07 ABŞ dolları əsas, 8.199 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13/603 saylı 01 may 2013-cü il tarixli daxili lizinq müqaviləsi və Cavabdeh2 ilə bağlanmış 13/603 saylı 01 may 2013-cü il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2-2(103)-303/2017 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti iddiaçı Cavabdeh1 İddiaçınə qarşı pul tələbinə dair hissədə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-70/2017 saylı iş üzrə qəbul etdiyi 19 yanvar 2017-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh1 İddiaçınə qarşı pul tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2-2(103)-303/2017 saylı qərardadına əsasən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-70/2017 saylı iş üzrə qəbul etdiyi 19 yanvar 2017-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsinə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə iddia baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2017-ci il tarixli, 2-2(102)-518/17 (1) saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2017-ci il tarixli, 2-2(102)-518/17 (2) saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmənin sorğusuna verdiyi 17 noyabr 2020-ci il məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 obyekti “Hyundai R180W-9S” markalı ekskavator üçün avans ödədiyi 5.000 manat 02 may 2013-cü il tarixdə geri qaytarılmışdır. Məktuba əlavə edilmiş 02 may 2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, ekskavator üçün ödənilmiş 5.000 manat məbləğində avans Cavabdeh1 qaytarılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 oktyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinin bazar və aylıq icarə dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, “Hyundai R180W-9S” markalı təkərli hidravlik ekskavatorun 2014-cü ilin dekabr ayına olan bazar dəyəri 140.000 manat, 2020-ci il üzrə bazar dəyəri 120.000 manat təşkil edir. Həmçinin, həmin ekskavatorun 2014-cü ilin dekabr ayından hal-hazıradək olan müddət ərzində aylıq icarə dəyəri cəmi - 330.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 İddiaçınə 14 fevral 2018-ci il tarixə (iddia ərizəsi məhkəməyə daxil olan tarixə) olan borcu 42.284,78 (əsas borc (sabit haqq) üzrə 14.002 + faiz borcu üzrə 8.207 + dəbbə pulu 20.075,78) ABŞ dolları təşkil edir. 02 aprel 2018-ci il tarixə (qərardadın tarixinə) olan borc isə 42.476,39 (əsas borc (sabit haqq) üzrə 14.002 + faiz borcu üzrə 8.207 + dəbbə pulu 20.267,39) ABŞ dolları təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan lizinq müqaviləsinə 2 saylı Əlavə (ödəniş cədvəli), maliyyə arayışı məlumatları və 01 may 2013-cü il tarixli 13/603 saylı daxili lizinq müqaviləsinin qeyd olunan şərtləri, eyni zamanda məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar nəzərə alınmaqla Cavabdeh1 İddiaçınə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: əsas borc (sabit haqq üzrə) – 7.629,33 ABŞ dolları, faiz borcu (dəyişən haqq) üzrə 8.199,0 ABŞ dolları, dəbbə pulu (gecikdirilmiş məbləğ) üzrə 21.387,0 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə İddiaçı Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Beləliklə, işin mübahisəsiz hallarından görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyərini ödəməklə bir ədəd “Hyundai R180W-9S” markalı ekskavator almış və həmin ekskavatoru 01 may 2013-cü il tarixdə Cavabdeh1 ilə daxili lizinq müqaviləsi bağlamaqla, sonuncuya lizinqə vermişdir. Həmçinin, iddiaçı digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlamış və zamin, Cavabdeh1 lizinq verənin qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti lizinq alanla birgə öz üzərinə götürmüşdür. Lakin, Cavabdeh1 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən iddiaçı hazırki iddia tələbi əsaslıdır. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə qeyd edir ki, 01 may 2013-cü il tarixli, 13/603 saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklər Cavabdeh1 tərəfindən lazımı qaydada icra edilmədiyindən, 26 dekabr 2014-cü il tarixdə lizinq obyekti iddiaçı tərəfindən həmin cavabdehdən alınmışdır. Belə olan halda isə iddia müddətinin axımı məhz 26 dekabr 2014-cü il tarixdən başlamış və iddiaçı tələbini 3 illik iddia müddəti ötürməklə irəli sürmüşdür. Həmçinin qeyd edilməlidir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilsə də, lakin Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2017-ci il qərardadı ilə qətnamə qeyd olunan hissədə ləğv edilmiş və həmin hissədə iddia baxılmamış saxlanmışdır. Bununla belə məhkəmə hesab edir ki, işin qeyd edilən halı da iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddəti ötürülmədiyi qənaətinə gəlməyə əsas vermir. Vurğulanmalıdır ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. Məhkəmə digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə iddia tələbi ilə bağlı həmçinin qeyd edir ki, məhkəmə iddiaçının hazırkı tələbini 3 illik iddia müddətini ötürməklə irəli sürmüş olduğu qənaətinə gəldiyindən qeyd edilən hissədə də əsaslı hesab edilə bilməz. Digər tərəfdən iddiaçı Cavabdeh1 öhdəliklərinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin də məsuliyyət daşıdığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (AR MPM maddələr 14.2 və 77.1). Beləliklə, məhkəmə ümumilikdə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməməli və həmin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 300 manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, bir icraatda birləşdirilmiş iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçınə, X9, Arslan Ertaca və “X20 Sanayi və Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, real zərərin və əldən çıxmış faydanın və lizinq ödənişlərinin qaytarılması” tələblərinə dair iddiası ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birləşdirilmiş iddiadan da göründüyü kimi, iddiaçılar lizinq obyektinin onlardan 26 dekabr 2014-cü il tarixdə qanunsuz alındığını iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüşdür. Həmin iddiaya görə, onlardan qanunsuz alınan lizinq obyekti olan “Hyundai R180W-9S” markalı AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavator müxtəlif şəxslərə satılmaqla nəticə etibari ilə ölkədən çıxarıldığından və hazırda mövcud olmadığından onun qanunsuz alındığı 26 dekabr 2014-cü il tarixə olan bazar dəyəri kimi 140 000 manat məbləğində, ekskavatordan istifadə edilməməsi nəticəsində aylıq icarə haqqı qismində ümumilikdə 330 000 manat məbləğində və Daxili lizinq müqaviləsi üzrə ödənilmiş 77 885 manat məbləğində pul vəsaiti cavabdeh lizinq şirkətindən iddiaçıların xeyrinə tutulmalı, o cümlədən lizinq obyektinə – “Hyundai R180W-9S” markalı AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatora dair bağlanmış əqdlər etibarsız hesab edilməlidir. Cavabdeh MMC-nin nümayəndəsi isə, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməklə iddiaçıların həmin tələb üzrə iddia müddətinin keçmiş olmasına istinadən iddiaya etiraz etmişdir. Mülki Məcəllənin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə görə isə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünkü iddiaçılar özlərinin iddia ərizəsində də lizinq obyektinin iddiaçı tərəfindən 26 dekabr 2014-cü il tarixdə məcburi şəkildə və şahidlər qarşısında onlardan alınıb aparıldığını göstərmişlər. Bu mənada məhkəmə hesab edir ki, iddiaçıların başlıca iddia tələbinə (“Hyundai R180W-9S” markalı AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun 26 dekabr 2014-cü il tarixə olan bazar dəyəri kimi 140 000 manat məbləğində pulun cavabdeh MMC-dən tutulması) münasibətdə iddia müddətinin axımı məhz 26 dekabr 2014-cü il tarixdən başlamış və iddiaçılar hazırkı iddia tələblərini 3 illik iddia müddəti ötürməklə irəli sürmüşlər. Bu baxımdan məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçıların cavabdeh İddiaçı MMC-yə qarşı “...“Hyundai R180W-9S” markalı AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatorun 26 dekabr 2014-cü il tarixə olan bazar dəyəri kimi 140 000 manat məbləğində pulun cavabdeh MMC-dən tutulması” tələbi hissəsində iddiaya, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Məhkəmə iddiaçıların başlıca iddia tələbinə (“Hyundai R180W-9S” markalı AZ 10 O- 442 dövlət qeydiyyat nişanlı ekskavatorun 26 dekabr 2014-cü il tarixə olan bazar dəyəri kimi 140 000 manat məbləğində pulun cavabdeh MMC-dən tutulması) münasibətdə gəlmiş qənaətə uyğun olaraq hesab edir ki, iddiaçıların digər iddia tələbləri üzrə də iddia müddətini ötürdükləri qənaətinə gəlinməlidir və həmin hissələrdə əlavə əsaslandırmaya zərurət yoxdur. Məhkəmə iddiaçıların “lizinq obyektinə – “Hyundai R180W-9S” markalı AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatora dair bağlanmış əqdlər etibarsız hesab edilməsi” tələbinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçıları həmin iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi də qəbul etmək ümumiyyətlə mümkün deyildir. Çünki iddiaçılar lizinq obyektinin qaytarılmasını deyil, onun bazar dəyəri kimi 140 000 manat məbləğində pulun cavabdeh MMC-dən tutulmasını istəmişlər. Bu mənada onların həmin tələbi irəli sürmələri pozulmuş hər hansısa hüquqlarının bərpasına xidmət etmir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə həmçinin hesab edir ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçınə, X9, Arslan Ertaca və “X20 Sanayi və Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, real zərərin və əldən çıxmış faydanın və lizinq ödənişlərinin qaytarılması” tələblərinə dair iddiası əsaslı deyildir. İddia əsaslı olmadığından birləşdirilən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların “lizinq obyektinə – “Hyundai R180W- 9S” markalı AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatora dair bağlanmış əqdlər etibarsız hesab edilməsi” barədə iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul edilməsi halında belə, fərqli nəticəyə gəlmək mümkün olmayacaqdı. Çünki məhkəmənin qənaətinə görə, mübahisə mövzusu olan lizinq obyektini – “Hyundai R180W-9S” markalı AZ 10 O-442 dövlət qeydiyyat nişanlı ekskavatoru alğı-satqı müqavilələri əsasında mülkiyyət hüququ ilə əldə edən cavabdehlər X12, Arslan Ertac və “X20 Sanayi və Ticaret Limited Şirkəti” həmin ekskavatoru vicdanlı əldə etmişlər və onların ekskavator üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alğı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Məhkəmə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iş materiallarında cinayət əməlinin tanınması və prokurorluq orqanlarına göndərilməsi barədə xüsusi qərardadın qəbul edilməsi barədə vəsatəti ilə bağlı qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyildir və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə də müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı məhkəmə araşdırması zamanı isə, hər hansı cinayətin əlamətləri aşkara çıxarılmamışdır. Belə ki, lizinq obyekti mülkiyyət hüququ üzrə cavabdeh MMC-yə məxsus olmuş, lizinq alan Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca öhdəliyi icra etməmiş, lizinq verənə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuş, nəticədə lizinq obyekti geri alınmaqla mülkiyyətçi tərəfindən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbi barədə iddiası təmin edilməməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 300 manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, bir icraatda birləşdirilmiş iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçınə, X9, Arslan Ertaca və “X20 Sanayi və Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, real zərərin və əldən çıxmış faydanın və lizinq ödənişlərinin qaytarılması” tələblərinə dair iddiası təmin edilməməli, birləşdirilən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlk iddia üzrə İddiaçı Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbi barədə iddiası təmin edilməsin və ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Bir icraatda birləşdirilmiş iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçınə, X9, Arslan Ertaca və “X20 Sanayi və Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, real zərərin və əldən çıxmış faydanın və lizinq ödənişlərinin qaytarılması” tələblərinə dair iddiası təmin edilməsin və birləşdirilən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-16/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-16/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver