Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1626/2022 13.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinə xitam verilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinə xitam verilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi bağlanaraq Toyota Prius markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil satış qiyməti 27000 manat olmaqla 36 ay müddətinə aylıq 750 manat ödəmək şərti ilə alıcıya müvəqqəti etibarnamə ilə sürülməyə verilmişdir. Müqaviləyə əsasən ödənişlər tam və vaxtında ödənildikdən sonra avtomobilin sürücüyə qalması razılaşdırılmışdır. Lakin, cavabdeh nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, aylıq ödənişləri ödəməmiş, ödnişlər üzrə 3320 manat borcu yaranmış, bundan başqa avtomobilə 6662 manat ziyan vurmuşdur. Belə ki, cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Borcun ödənilməsi, avtomobilin təmir olunması ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq bu günə kimi borcun ödənilməsi və avtomobilin təmiri təmin edilməmiş, cavabdeh tərəfindən avtomobil təhviltəslim aktına əsasən iddiaçıya geri qaytarılmışdır. Tərəflər arasında bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin 8-ci bəndinə görə sürücü qeyd olunan vaxtda və məbləğdə ödənişlərin edilməsinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 9-cu bəndinə görə sürücü müqavilədə qeyd olunan vaxtda və qeyd olunan məbləğdə gündəlik ödənişlərin ən geci 3 gün aparmadığı təqdirdə avtomobil sahibinə geri qaytarılır və o həmin tarixədək ödədiyi məbləği geri tələb edə bilməz. Bu zaman avtomobilin istifadəsi rent a car xidməti kimi hesab olunur. Müqavilənin 6-cı bəndinə əsasən sürücüyə təhvil verilən avtomobilə hər hansı səbəbdən dəydiyi hər bir ziyanın aradan qaldırılması onun öhdəsindədir və o buna görə tam maddi məsuliyyət daşıyır. Azsurvey MMC şirkəti tərəfindən verilmiş AZSB-339/21 saylı xx.xx.2021-ci il tarixli hesabata əsasən Toyota Prius markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin təmiri 6662 manat təşkil edir. Nəqliyyat vasitəsi 7 ay cavabdehin istifadəsində olmuş, icarə haqqı olaraq cavabdeh 1930 manat ödəniş etmiş (7x350-1930=3320) 3320 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə xitam verilməsinə, Cavabdeh İddiaçı xeyrinə müqavilə üzrə 3320 manat borcun və avtomobilə vurulan 6662 manat ziyanın, dövlət rüsumuna görə 119,82 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. AE 096120 saylı xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, ** DY *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil İddiaçı mülkiyyətindədir. Avtomobil sahibi İddiaçı ilə sürücü Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, tərəflər Toyota Prius minik markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə dair əsas alqısatqı müqaviləsini bağlamağı öhdələrinə götürmüş və avtomobil aşağıdakı şərtlərlə müvəqqəti etibarnamə ilə idarə olunması üçün sürücüyə verilmişdir: 1.2. avtomobilin satış qiyməti 27000 manat müəyyən edilir. 2.satıcı müqavilə qüvvəyə mindiyi andan 36 ay müddətinədək hər təqvim ayının 1dən 750 manat olmaqla alıcı tərəfindən tam ödənildikdən sonra həmin nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışı alaraq avtomobili alıcıya satmağı, əsas müqaviləni bağlamağı və avtomobili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 3.sürücü avtomobili texniki işlək vəziyyətdə təhvil alır. 4.avtomobil sahibi sürücüyə avtomobili sürmək hüququ verən etibarnamə verir. 5.sürücü avtomobili təhvil aldığı tarixdən ödənişlərin bitdiyi ana və avtomobil sahibinə qaytarana qədər texniki və fiziki saz vəziyyətdə saxlamağı öz öhdəsinə götürür. 6.sürücüyə təhvil verilən avtomobilə hər hansı səbəbdən dəydiyi hər bir ziyan aradan qaldırması onun öhdəsindədir və o buna görə maddi məsuliyyət daşıyır. 7.sürücü ayda 2 dəfə baxış keçirməsi üçün avtomobili sahibinə göstərir. 8.sürücü qeyd olunan vaxtda və məbləğdə gündəlik ödənişlərin edilməsinə məsuliyyət daşıyır. 9.sürücü müqavilədə qeyd olunan vaxtda və qeyd olunan məbləğdə gündəlik ödənişləri ən geci 3 gün aparmadığı təqdirdə avtomobili sahibinə geri qaytarır və o həmin tarixədək ödədiyi məbləği geri tələb edə bilməz. O zaman avtomobilinistifadəsi Renta a Car xidməti kimi hesab olunur. Elektron çıxarışdan müəyyən olunur ki, X1 Fərid Akif oğluna nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. İddiaçı nümayəndəsi X2 X4 göndərdiyi xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh 5 gün müddətində yaranmış 3320 manat borc məbləğini ödəməsi və ** DY *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili geri qaytarması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh və X3 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, ** DY *** Toyota Prius markalı avtomobili Cavabdeh qəzalı vəziyyətdə, maşının ön hissəsi, motoru, kapotu, krılosu, podpresi və sair hissələri yararsız vəziyyətdə təhvil alınmış, vurulmuş zərərin təxminən 4000-5000 manat olması müəyyən edilmişdir. Azsurvey MMC-nin xx.xx.2021-ci il tarixli AZSB-339/21 saylı hesabatından müəyyən olunur ki, zədələnmiş ** DY *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilin təmiri üçün 6662 manat tələb olunur. İddiaçı nümayəndəsi X2 X4 göndərdiyi xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyindən, yaranmış borca və avtomobilə vurulmuş ziyana görə 2 gün müddətində 9982 manatın ödənilməsi, əks halda ilkin alqı-satqı müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən müqaviləyə xitam verilməklə, borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lada müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olnmuş qüsur aktından müəyyən olunur ki, İddiaçı məxsus dövlət qeydiyyat nişanı Az ** DY *** Toyota Prius minik avtomobilə qəza zamanı dəymiş ziyanla bağlı görülməli olan dəmirçi işinə görə 500 manat, rəngsaz işinə görə 600 manat, mühərrikin yığılmasına görə 500 manat, çilingər işinə görə 150 manat, elektrik işinə görə 180 manat olmaqla cəmi 1930 manat tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2523 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə Azsurvey MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı Toyota Prius markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6362 manat müəyyən edilir. O cümlədən dəyişməli hissələrin qiyməti 4562 manat, təmirbərpa işlərinin qiyməti 1800 manat. Rəydən daha sonra müəyyən olunur ki, Lada müəssisəsinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı Toyota Prius markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7242 manat müəyyən edilir. O cümlədən dəyişməli hissələrin qiyməti 4562 manat, təmir-bərpa işlərinin qiyməti 2680 manat. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış ilkin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan Toyota Prius markalı ** DY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tərəflər arasında razılaşdırılmış avtomobilin dəyərini 36 ay müddətində hissə-hissə ödənilənədək cavabdehin istifadəsinə vermiş, cavabdeh müqavilə öhdəliyini yerinə yetimədiyindən iddiaçıya 3320 manat müqavilə üzrə borcu yaranmış, cavabdehin istifadəsində olduğu müddət ərzində avtomobilə ziyan dəymişdir. İddiaçı avtomobilə dəyən ziyanın 6662 manat olmasını bildirsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə iddiaçının istinad etdiyi sübutlara əsasən ziyanın məbləğinin hadisə baş verən tarixə təxminən 6362 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi, iddiaçının mülkiyyətində olan əmlaka ziyan vurması öz təsdiqini tapdığından iddia ərizəsi qismən təmin edilərək tərəflər arasında bağlanan ilkin müqavilə ləğv edilməli, müqavilə üzrə borca görə cavabdehdən 3320 manat, vurlmuş ziyana görə 6362 manat iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə əsasən 3320 manat, vurlmuş maddi ziyana görə 6362 manat, dövlət rüsumuna görə 119,82 manat olmaqla cəmi 9801,82 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh ekspetiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1626/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1626/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver