Məhkəmə qərarları › İş №2(001)-163/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-163/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-163/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldıması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.04.2010-cu il tarixli 230 AİF saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 31441,70 manat, faiz borcuna görə 243,53 manat, cərimə borcuna görə 160,71 manat, cəmi 31845,94 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 60 manat pulun, tələbin mülkiyyət hüququ ilə Seydəliyev rauf Məhərrəm oğluna məxsus olan Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 1 otaqlı 22 kv.m olan 12 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 16.04.2010-cu il tarixli 230 AİF saylı kredit müqaviləsi üzrə cəmi 31845,94 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 1 otaqlı 22 kv.m olan 12 saylı mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m olan 12 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 16.04.2010-cu il tarixli 230 AİF saylı kredit müqaviləsi üzrə borcn ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə 25.01.2022-ci il tarixində iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 30314,31 manat, faiz borcuna görə 227,43 manat, cərimə borcuna görə 160,71 manat, cəmi 30702,45 manat, Əmlak Məsələləri dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 183 manat məbləğində pulun, cəmi 213 manat pulun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 1 otaqlı 22 kv.m olan 12 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 16.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 30702,45 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 213 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 1 otaqlı 22 kv.m olan 12 saylı mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 1 otaqlı, 22 kv.m olan 12 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 16.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16.04.2010-cu il tarixli 230 AİF saylı krediti müqaviləsinə əsasən illik 8 faiz dərəcəsi olmaqla, 300 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. 16.04.2010-cu il tarixli 230 AİF saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Cavabdeh oğlu kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 16.04.2010-cu il tarixli 230 AİF saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı 22 kv.m olan 12 saylı mənzili "xxxx" ASC-nin qarşısında 16.04.2010-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 16.04.2010-cu il tarixli 230 AİF saylı kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən kreditor borcalanın əlavə razılığı olmadan bu müqavilə üzrə hüquqlarını üçüncü şəxslərə verə bilər. Buna əsasən qeyd etmək lazımdır ki, borclu Cavabdeh oğlu ilə bağlanmı 16.04.2010-cu il tarixli 230 AİF kredit müqaviləsi üzrə verilmiş 40000 manat məbləğində pul Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən maliyyələşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 01.07.2010-cu il tarixli DYP-İP 000341 saylı ipoteka kağızından görünür ki, 08.09.2010-cu il tarixdə qeydə alınmış ötürücü yazısına əsasən fond ipoteka kağızı üzrə öz tələblərini "xxxx" ASC-yə 10.07.2018-ci il tarixində isə fond həmin ipoteka kağızı üzrə öz tələblərini İddiaçı ASC-yə vermişdir. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə məlumat verilmiş və İddiaçı ASC-nin xeyrinə ipoteka predmetinin əlavə yüklülüyünə dair qeyd aparılmışdır. 16.04.2010-cu il tarixli 230 AİF saylı kredit müqaviləsinin 3.1.5.1-ci bəndinə əsasən “Borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş qrafiki üzrə ödəmədikdə , Kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə, veridyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər” Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh 50 manat, 100 manat olmaqla ödənişlər edir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və hesabdan çıxarış məlumatlarını məhkəməyə təqdim edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 230AİF saylı, 16 aprel 2010-cu il tarixli kredit müqaviləsindən və kredit müqaviləsinə əlavədən görünür ki, kreditor bu müqvilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında 40000 manat məbləğində 300 ay müddətinə, aylıq ödəniş 308,73 manat olmaqla, illik 8 % dərəcəsi ilə kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilən qaydada banka qaytarmağı öhdəsinə götümüşdür. Kredit müqaviləsinin 1.3-cü maddəsinə əsasən kredit borcalana ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə verilir. 16 aprel 2010-cu il tarixli, N 1/17 saylı ödəniş tapırığından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 40000 manat ödəniş edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06 aprel 2010-cu il tarixli 11/7652 nömrəli arayışa əsasən 1 otaqlı, yaşayış sahəsi 22 kv.m olan, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 12 saylı mənzili Alıcı-İpoteka qoyan Cavabdeh mülkiyyətinə verir. Mənzilin satış qiyməti 58500 manatdır, mənzilin dəyərinin 18500 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən 40000 manatı kreditor-ipoteka saxlayan-"xxxx" ASC tərəfindən 16 aprel 2010-cu il tarixli, 230 AİF saylı kredit müqaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxıayan arasında bağlanmış 16 aprel 2010-cu il tarixli, 230 AİF saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana verir. 01.07.2010-cu il tarixli DYP-İP 000341 saylı ipoteka kağızından görünür ki, 08.09.2010-cu il tarixdə qeydə alınmış ötürücü yazısına əsasən fond ipoteka kağızı üzrə öz tələblərini "xxxx" ASC-yə 10.07.2018-ci il tarixində isə fond həmin ipoteka kağızı üzrə öz tələblərini İddiaçı ASC-yə vermişdir. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə məlumat verilmiş və İddiaçı ASC-nin xeyrinə ipoteka predmetinin əlavə yüklülüyünə dair qeyd aparılmışdır. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə İddiaçı ASC arasında bağlanan 10 iyul 2018-ci il tarixli, 16-1007/18 saylı təhvil-təslim aktından görünür ki, fond tərəfindən Cavabdeh 34682,26 manat qalıq borcunun tələb hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh 16 aprel 2010-cu il tarixli kredit müqaviləsi üzrə 09.12.2021-ci il tarixinə əsas məbləğ üzrə borcu 30496,78 manat, faiz üzrə borcu 73,63 manat, cərimə borcu 160,71 manat olmaqla ümumilikdə 30731,12 manat borcu vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, ev 67 ünvanında yerləşən 12 saylı mənzil "xxxx" ASC-nin adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1138 nömrəli reyestr kitabının 103187 nömrəli vərəqində 11.06.2010-cu il tarixində qeydiyyata alınmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan bildirişin surətindən görünür ki, borcluya ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 30.07.2018-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldiməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ünvanlanmış və ipoteka predmeti olan ünvan 3 nömrəli binanın 12 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Həmçini Cavabdeh ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. Azəraycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindın İddiaçı ASC-yə ünvanlanmış məktubundan görünür ki, ünvan 5şən 67 nömrəli binanın 12 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İpoteka predmetinə tutmanın yönəldiməsi haqqında bildirişin qeydə alınması və təsdiqi üçün İddiaçı ASC tərəfindən 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı olmaqla, 30 manat məbləğində pul vəsaiti ödənilmişdir . 08 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30,40 manat dövlət rüsumu ödənilmiş, daha sonra iddia tələbi dəqiqləşdirildiyindən əlavə olaraq, 153 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən 15.10.2021-ci il tarixli, LP-178/21 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 3 nömrəli binanın 12 saylı mənzilinin real bazar dəyəri 68000 manat, likvid qiyməti 63000 manat müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 230AİF saylı, 16 aprel 2010-cu il tarixli kredit müqaviləsi ilə kreditor bu müqvilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında 40000 manat məbləğində 300 ay müddətinə, aylıq ödəniş 308,73 manat olmaqla, illik 8 % dərəcəsi ilə Cavabdeh ünvan 5şən 67 nömrəli binanın 12 saylı mənzilin alınması məqsədilə verilmişdir. Həmçinin alınan ünvan 5şən 67 nömrəli binanın 12 saylı mənzili 16 aprel 2010cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə 16.04.2010-cu il tarixli AS-İP-230 saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. 01.07.2010-cu il tarixli DYP-İP 000341 saylı ipoteka kağızından görünür ki, 08.09.2010-cu il tarixdə qeydə alınmış ötürücü yazısına əsasən fond ipoteka kağızı üzrə öz tələblərini "xxxx" ASC-yə 10.07.2018-ci il tarixində isə fond həmin ipoteka kağızı üzrə öz tələblərini İddiaçı ASC-yə vermişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə İddiaçı ASC arasında bağlanan 10 iyul 2018-ci il tarixli, 16-1007/18 saylı təhvil-təslim aktından görünür ki, fond tərəfindən Cavabdeh aid 34682,26 manat məbləğində qalıq borcun tələb hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. Tələb hüququnun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi barədə cavabdehə məlumat verilmişdir. Hazırda Bank Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməməsi səbəbindən yaranmış borcun cavabdehdən tutulmasını və tələbin ipoteka predmetinə yönəldilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sonuncu maliyyə arayışı 09.12.2021-ci il tarixinə aiddir. Məhkəmə iclasında təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə 24 dekabr 2021-ci il tarixində 22,54 manat və 105,93 manat məbləğində ödəniş edildikdən sonra banka olan əsas borc məbləğindən 30314,31 manat qalıq borcu, faiz borcundan 234,17 manat, cərimə borcundan 160,71 manat qalıq borcu qalmışdır. Nəticədə cavabdehin banka iddia tələbində göstərilən həddə əsas borca görə 30314,31 manat, cərimə borcuna görə 160,71 manat məbləğində borcunun olması iş materillarında olan hesabdan çıxarış məlumatları ilə təsdiq olunur. Hesabdan çıxarış məlumatlarında cavabdehin banka faiz borcuna görə 234,17 manat borclu olduğu qeyd edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, cavabdehdən tələb edilən məbləğdə, yəni 227,43 manat məbləğində faiz borcu bankın xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, bankla ipoteka qoyan Cavabdeh arasında bağlanmış 16.04.2010-cu il tarixli AS-İP-230 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh məxsus ünvan 5şən 67 nömrəli binanın 12 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh-borcalan Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Borcalana bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilən 15.10.2021-ci il tarixli, LP-178/21 saylı mütəxəssis rəyi ilə ipoteka predmeti olan ünvan 5şən 67 nömrəli binanın 12 saylı mənzilinin real bazar dəyəri 68000 manat, likvid qiyməti 63000 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən 67 nömrəli binanın 12 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana, yəni Cavabdeh qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 63000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbi Cavabdeh ünvan 5şən 67 nömrəli binanın 12 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzildən çıxarılması, mənzilin boşadılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində də yuxarıda qeyd edilən normalara uyğun olaraq əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16 aprel 2010-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 30314,31, faiz borcuna görə 227,43 manat, cərimə borcuna görə 160,71 olmaqla, ümumilikdə 30702,45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 5şən, 67 nömrəli binanın 12 saylı mənzilinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 63000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh qaytarılmalı, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh ümumi qaydada tutulmalı, ünvan 3 nömrəli binanın 12 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh 1 ay ərzində mənzildən çıxarılmalı(mənzili boşaltma və tərk etmə) və mənzil hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edilməsinə mütənasib olaraq kreditor və borclu arasında bölünməlidir. Odur ki, ödənilmiş 183 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, ümumilikdə 213 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 16 aprel 2010-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 30314,31 (otuz min üç yüz on dörd manat, otuz bir qəpik) manat faiz borcuna görə 227,43 (iki yüz iyirmi yeddi manat, qırx üç qəpik) manat, cərimə borcuna görə 160,71 (yüz altmış manat, yetmiş bir qəpik) olmaqla, ümumilikdə 30702,45 (otuz min yeddi yüz iki manat, qırx beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 5şən 67 nömrəli binanın 12 saylı mənzilinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 63000 (altmış üç min) manat müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına kredit borcu ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh qaytarılsın, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. ünvan 5şən 67 nömrəli binanın 12 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh 1 ay ərzində mənzildən çıxarılsın(mənzili boşaltma və tərk etmə) və mənzil hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Ödənilmiş 183 (yüz səksən üç) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, ümumilikdə 213 (iki yüz on üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar