Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1640/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikahdan doğulmuş 07 dekabr 2009-cu il təvəllüdlü X2 üçün tutulan 93 manat alimentin artırılaraq 193 manat kimi dəyişdirilməsi və hər ay sabit pul məbləği şəklində ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 04 sentyabr 2001-ci il tarixində rəsmi nikaha daxil olmuş və 611 saylı akt qeyd ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan 30 iyun 2002-ci il təvəllüdlü X5 və 10 avqust 2004-cü il təvəllüdlü Hüseynova MəryəmAdil qızı, 07 dekabr 2009-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Belə ki, 18 sentyabr 2012-ci il tarixli 150901 saylışəhadətnamənin surətindən də görünür ki, İddiaçı ilə cavabdeh arasındakı nikaha xitam verilmişdir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3082/2013 saylı 25 iyun 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ümumilikdə 279 manat miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı tərəfindən alimentin artırılması tələbi ilə Cavabdeh 19 oktyabr 2022-ci il tarixdə mediasiya təklifi göndərilmiş və tərəflər arasında 02 noyabr 2022-ci il tarixdə mediasiya barışıq sazişi imzalanmışdır. Sözügedən barışıq sazişinə görə Cavabdeh birgə nikahdan doğulmuş 07 dekabr 2009-cu il təvəllüdlü X1 görə aylıq 193 manat məbləğində alimenti iddiaçının təqdim etdiyi karta ödəməyi öhdəsinə götürmüş və aliment hər ayın sonunda ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda cavabdeh razılaşdırılmış alimenti oktyabr ayından ödəməyi öhdəsinə götürmüşdür Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 02 noyabr 2022-ci il tarixdə mediasiya prosesində mediasiya təşkilatı vasitəsi ilə tərəflər İddiaçı (birinci tərəf) və Cavabdeh (ikinci tərəf) arasında bağlanmış barışıq sazişindən görünür ki, ikinci tərəf öz öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş 07 dekabr 2009-cu il təvəllüdlü X1 görə aylıq 193 manat məbləğində alimenti birinci tərəfin təqdim etdiyi kart hesabına köçürəcəkdir. Aliment məbləği hər ayın sonu ödəniləcəkdir. Aliment üzrə ödəniş oktyabr ayından etibarən həyata keçiriləcəkdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.17-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Göründüyü kimi, tərəflər arasında mediasiya prosesində hazırki mübahisə ilə bağlı barışıq sazişi bağlandığından iddiaçının hazırki tələbinə iddia icraatı qaydasında baxılmasına yol verilmir. Bu səbəbdən də, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçı tərəfindən həmin barışıq sazişinin könüllü şəkildə icra olunması qarşı tərəfdən tələb olunmalı, həmin barışıq sazişi könüllü icra olunmadığı halda isə xüsusi icraat qaydasında həmin sazişin təsdiq olunması üçün ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Onu da vurğulmağı zəruri hesab edirəm ki, qeyd edilənlər məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(001)-1481/2023 saylı qərardadı ilə də iddiaçıya izah edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə xüsusi icraat qaydasında müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(001)-1640/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1640/2023
01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver