Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1667/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 04 aprel 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 yanvar 2021-ci il tarixli müqavilə üzrə 1567,2 manat əsas, 156 manat cərimə, 03 fevral 2021-ci il tarixli müqavilə üzrə 466,5 manat əsas, 46 manat cərimə, 04 fevral 2021-ci il tarixli müqavilə üzrə 77,6 manat əsas, 7,8 manat cərimə, 13 fevral 2021-ci il tarixli müqavilə üzrə 346,2 manat əsas, 34 manat cərimə, 13 mart 2021-ci il tarixli müqavilə üzrə 972,7 manat əsas, 97 manat cərimə borcu olmaqla hər beş müqavilə üzrə ümumilikdə 3771 manat borc məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 57,71 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 2194,2 manat olan Samsung markalı paltaryuyan və Hoffmann led tv üçün ilkin ödəniş etmədən, məbləği 18 ay ərzində aylıq 121,9 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 1567,2 manat əsas, 156 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu ümumi alğı-satqı qiyməti 656,2 manat olan Sonorous asqı, Hoco qulaqlıq və X1 9 markalı telefon üçün 10 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 35,9 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 466,5 manat əsas, 46 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 213,6 manat olan Gorenje markalı şirəçəkən üçün ilkin ödəniş etmədən məbləği 12 ay ərzində aylıq 17,8 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 77,6 manat əsas, 7,8 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 480,6 manat olan Samsung markalı mikrodalğalı soba üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 26,7 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 346,2 manat əsas, 34 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 mart 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1168,2 manat olan Asus markalı notbuk üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 64,9 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 972,7 manat əsas, 97 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1282,6 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 29 yanvar 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 2194,2 manat olan Samsung markalı paltaryuyan və Hoffmann led tv üçün ilkin ödəniş etmədən, məbləği 18 ay ərzində aylıq 121,9 manat ödəmək şərti ilə kreditlə almışdır. - 03 fevral 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi alğı-satqı qiyməti 656,2 manat olan Sonorous asqı, Hoco qulaqlıq və X1 9 markalı telefon üçün 10 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 35,9 manat ödəmək şərti ilə kreditlə almışdır. - 04 fevral 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 213,6 manat olan Gorenje markalı şirəçəkən üçün ilkin ödəniş etmədən məbləği 12 ay ərzində aylıq 17,8 manat ödəmək şərti ilə kreditlə almışdır. - 13 fevral 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 480,6 manat olan Samsung markalı mikrodalğalı soba üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 26,7 manat ödəmək şərti ilə kreditlə almışdır. - 13 mart 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 1168,2 manat olan Asus markalı notbuk üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 64,9 manat ödəmək şərti ilə kreditlə almışdır. - 04 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 29 yanvar 2021-ci il tarixli müqavilə üzrə 1567,2 manat əsas, 156 manat cərimə, 03 fevral 2021-ci il tarixli müqavilə üzrə 466,5 manat əsas, 46 manat cərimə, 04 fevral 2021-ci il tarixli müqavilə üzrə 77,6 manat əsas, 7,8 manat cərimə, 13 fevral 2021-ci il tarixli müqavilə üzrə 346,2 manat əsas, 34 manat cərimə, 13 mart 2021-ci il tarixli müqavilə üzrə 972,7 manat əsas, 97 manat cərimə borcu olmaqla hər beş müqavilə üzrə ümumilikdə 3771 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış hər beş müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 29 yanvar 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 156 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 109 manat, 03 fevral 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 46 manat dəbbə pulunun məbləği azaldılaraq 33 manat, 04 fevral 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 7,8 manat dəbbə pulunun məbləği azaldılaraq 5 manat, 13 fevral 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 34 manat dəbbə pulunun məbləği azaldılaraq 24 manat, 13 mart 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 97 manat dəbbə pulunun məbləği azaldılaraq 68 manat məbləğində müəyyən edilməlidir. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 29 yanvar 2021-ci il tarixli müqavilə üzrə 1567,2 manat əsas, 109 manat cərimə; 03 fevral 2021-ci il tarixli müqavilə üzrə 466,5 manat əsas, 33 manat cərimə; 04 fevral 2021-ci il tarixli müqavilə üzrə 77,6 manat əsas, 5 manat cərimə; 13 fevral 2021-ci il tarixli müqavilə üzrə 346,2 manat əsas, 24 manat cərimə; 13 mart 2021-ci il tarixli müqavilə üzrə 972,7 manat əsas, 68 manat cərimə borcu olmaqla hər beş müqavilə üzrə ümumilikdə 3669,2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1667/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1667/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver