Məhkəmə qərarları › İş №2(001)-1668/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1668/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1668/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 4000(dörd min) manat məbləğində tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixində 65 saylı avtobusla evə gedərkən 20 yanvar dairəsində sürücü sürətlə idarə etdiyi avtobusda qəflətən əyləcə basdıqda sərnişinlər yıxıldılar.O da qolundan ağır xəsarət almışdır. Həkimə müraciət etdikdə sol qolunun bazu sümüyünün əzələ bağının qırıldığı məlum olmuşdur. Təcili əməliyyat olunması məsləhət görülmüşdür. O, xx.xx.2022-ci il tarixdə 102 çağrı mərkəzinə müraciət etmişdir. Ağrıları çox idi. Ancaq heç yerdə işləmədiyi üçün və valideynləri xəstə və təqaüdçü olduğu üçün əməliyyata gedə bilmirdi. Maddi imkanı yox idi. Məcbur olub borc götürüb əməliyyata getmişdir. Neçə aylardır qolu boynunda evdə uzanıb qalmışdır. Hal-hazırda da reabilitasiyaya gedir. Çünki qolunun hərəkətin də problemlər qalmaqdadır.Bunların hamısını o, borc götürərək elətdirmişdir. Ona maddi və sağlamlığına ziyan dəyib. Cavabdeh etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaya aşağıdakı qaydada etiraz edirlər. Birincisi-iddiaçı ərizədə maddi zərərin Cavabdeh MMC tərəfindən vurulduğunu sübut edə bilməmişdir. Belə ki, iddia ərizəsinə yalnız Bakı şəhər Yasamal RPİ-nin 29-cu polis bölməsinin sorğu məktubunun surəti əlavə edilmişdir. Sözügedən məktubda da hadisənin baş vermə səbəbləri, o cümlədən hadisənin məhz Cavabdeh MMC təqsiri ucbatından törədildiyi müəyyən edilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Cavabdeh MMC-nin (VÖEN **********) mülkiyyətində **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus yoxdur. İkincisi –iddia olunan maddi zərər məbləği isə ümumiyyətlə əsassızdır. Belə ki, iddiaçı zərər məbləğinin yaranmasını və ödənilməsini əks etdirən heç bir sübut təqdim edə bilməmişdir. Bununla da iddiaçının iddia tələbinin yalnız formal mülahizələrdən ibarət olunduğu tam sübut olunur. Ona görə də, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 etirazla müraciət edərək, iddianın tamamilə əsassız olduğunu, o, avtobus idarə edərkən heç bir hadisə törətmədiyini və hadisənin baş verməsini əks etdirən heç bir sübutun olmadığını bildirərək, iddanın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirib, etirazda yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia tələbinin əsassız olduğunu və iddiaçının qeyd etdiyi hadisənin baş vermədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Epikrizin surətindən görünür ki, 1984-cü il təvəllüdlü xəstə İddiaçı X7 klinikasına xx.xx.2022-ci il tarixdə sol bazu nahiyəsində olan ağrılardan, şişkinlik şikayətləri ilə müraciət etmişdir. Deməsinə əsasən 2 həftə əvvəl travma almışdır, şikayətləri var. Son zamanlar şikayətləri artdığından City hospitala müraciət etmişdir. Diaqnoz: sol bazu ikibaşlı əzələ uzun başının qopmasıdır. Bu səbəblə də xx.xx.2022-ci il tarixdə ETN anesteziyanın tətbiqi ilə sol bazu ikibaşlı əzələ uzun başının bərpası cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Sağrılar gündəlik dəyişdirilmişdir. Yara birincili solalır. Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayon RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Yusif Ağayevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus sürücsü X3 tərəfindən idarə olunmuşdur. Bakı şəhəri Yasamal rayon RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Yusif Ağayev tərəfindən qəbul edilmiş 18 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş İddiaçı ziyanın ödənilməsinə görə mülki mühakimə icraatı qaydasında məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli XFŞ-09/23 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 73 nömrəli qərarı ilə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə,sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilmişdir. Həmin qərarın 2.1-ci yarım bəndində avtobusların texniki göstəricilərinə dair tələblərinə əsasən (2.1.2.5) bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokamera mövcud olmalıdır. Göstərilənləri və sözügedən nəqliyyat vasitəsinin istismarda olmadığını nəzərə alaraq, tələb olunan tarixdəki görüntülərin təqdim edilməsi imkanları xaricindədir. 07 yanvar 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır Hazırda iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdehnə məxsus 65 saylı avtobusun sürücüsünün sürətlə idarə etdiyi avtobusda qəflətən əyləcə basdığıdan yıxıldığı üçün qolundan ağır xəsarət alması ilə əlaqədar Cavabdehndən 4000 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmiş olsa da məhkəmə qeyd edir ki, iddiaçı həmin hadisənin baş verməsi və eləcə də məhz həmin hadisə nəticəsində qolunun zədələnməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdehndən 4000 manat məbləğində pulun tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar