Məhkəmə qərarları › İş №2(001)-1696/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1696/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1696/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Sony Playstation-4, playstation 4 diski üçün 339 manat ödənilməmiş hissə, 100 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Sony playstation-4 üçün 327 manat ödənilməmiş hissə, 98 manat dəbbə, xx.xx.2019-cu il tarixli müaviləsinə əsasən, 2 ədəd Samsung Galaxy markalı saat üçün 890 manat ödənilməmiş hissə, 270 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********19282 olan İphone Xs markalı telefon üçün 2400 manat ödənilməmiş hissə, 504 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə 4928 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4958 manat Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd Sony playstation-4, playstation 4 diski, 2 ədəd Samsung markalı saat, İMEİ Kodu **********19282 olan İphone Xs markalı telefon almış və nəticədə 4928 manat borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1344 manat (24 ay x 56 manat + 0 manat ilkin ödəniş), Sony Playstation-4, playstation 4 diski üçün ümumilikdə 439 manat olmaqla ondan 339 manat ödənilməmiş hissə, 100 manat dəbbə,xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 919 manat (18 ay x 47 manat + 73 manat ilkin ödəniş) Sony Playstation-4 üçün ümumilikdə 425 manat olmaqla, ondan 327 manat ödənilməmiş hissə 98 manat dəbbə,xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 1200 manat (12 ay x 100 manat + 73 manat ilkin ödəniş) 2 ədəd Samsun markalı saat üçün ümumilikdə 1160 manat olmaqla, ondan 890 manat ödənilməmiş hissə 270 manat dəbbə, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2754 manat (18 ay x 153 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********19282 olan İphone Xs markalıı telefon üçün ümumilikdə 2904 manat olmaqla, ondan 2400 manat ödənilməmiş hissə 504 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2261 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış peniya aşkarlanırsa, “xxxx ” müştərinin ödədiyi məbləğin 50 % -nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hesablanan faiz məbləğlərinin silinməsini istəyir ki, aylıq ödəniş edə bilsin. Əsas borc hissəsində iddianı qəbul edir. Məhsulları başqa şəxs götürmüşdür. Həmin adam Türkiyyə gedib. Həmin şəxslə də əlaqəsi yoxdur. Məbləği özü ödəmək məcburiyyətində olduğundan iddia tələbini qismən qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, №kr00242462 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1344 manat olan Sony markalı Playstation-4 və Playstation-4 diski Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 56 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxxxx 2018ci il, sonuncu ödəniş tarixi xx xxxxxx 2020-ci il müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № kr00242462 saylı müqaviləyə əsasən Sony markalı Playstation-4 və Playstation-4 diskini qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, №00522611 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 919 manat olan Sony markalı Playstation-4 Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 47 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxx 2019-cu il, sonuncu ödəniş tarixi xx xxxxxx 2020-ci il müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00522611 saylı müqaviləyə əsasən Sony markalı Playstation-4 tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, №00920595 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1200 manat olan 2 ədəd X2 saatları Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 100 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxxx 2019-cu il, sonuncu ödəniş tarixi xx xxxxxxxx 2020-ci il müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00920595 saylı müqaviləyə əsasən 2 ədəd X2 saatları qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, №00967039 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2754 manat , İMEİ kodu **********19282 olan İphone Xs markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 153 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxx 2019-cu il, sonuncu ödəniş tarixi xx xxxxx 2021-ci il müəyyən edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00967039 saylı müqaviləyə əsasən İMEİ kodu **********19282 olan İphone Xs markalı telefonu qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2020-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borcu 339 manat, cərimə borcu 100 manat olmaqla, cəmi 439 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 327 manat, cərimə borcu 98 manat olmaqla, cəmi 425 manat,xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc 890 manat, cərimə borcu 270 manat olmaqla, cəmi 1160 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc 2400 manat, cərimə borcu 504 manat olmaqla, cəmi 2904 manat, ümumilikdə isə 4 müqavilə üzrə 3956 manat əsas, 972 manat cərimə borcu vardır. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 4 müxtəlif tarixdə əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmışdır. 07 avqust 2018-ci il tarixli, №kr00242462 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən “xxxx” MMC əşyanı ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 24 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli, №00522611 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən “xxxx” MMC əşyanı ilkin ödənişsiz Cavabdeh satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx xxxxxxxx 2019-cu il tarixli, №00920595 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən “xxxx” MMC əşyanı ilk ödənişsiz Cavabdeh oğluna nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi 12 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixli, №00967039 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən “xxxx” MMC əşyanı ilk ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, yəni xx.xx.2018-ci il tarixli №kr00242462 saylı saylı müqavilə üzrə 339 manat, xx xxxxxx 2019-cu il tarixli, №00522611 saylı müqavilə üzrə 327 manat, xx xxxxxxxx 2019-cu il tarixli, №00920595 saylı müqavilə üzrə 890 manat və xx xxxxxxx 2019-cu il tarixli, №00967039 saylı müqavilə üzrə 2400 manat olmaqla, cəmi 3956 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, xx.xx.2018-ci il tarixli №kr00242462 saylı, xx xxxxxx 2019-cu il tarixli, №00522611 saylı, xx xxxxxxxx 2019-cu il tarixli, №00920595 saylı və xx xxxxxxx 2019-cu il tarixli, №00967039 saylı kredit müqavilələri üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən qeyd edilən 4 müqavilə üzrə hesablanmış 972 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən cərimə məbləği endirilməli və xx.xx.2018-ci il tarixli №kr00242462 saylı müqavilə üzrə 5 manat, xx xxxxxx 2019-cu il tarixli, №00522611 saylı müqavilə üzrə 4 manat, xx xxxxxxxx 2019-cu il tarixli, №00920595 saylı müqavilə üzrə 10 manat və xx xxxxxxx 2019-cu il tarixli, №00967039 saylı müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli №kr00242462 saylı saylı müqavilə üzrə 339 manat əsas borc, 5 manat cərimə borcu, xx xxxxxx 2019-cu il tarixli, №00522611 saylı müqavilə üzrə 327 manat əsas borc, 4 manat cərimə borcu, xx xxxxxxxx 2019-cu il tarixli, №00920595 saylı müqavilə üzrə 890 manat əsas borc, 10 manat cərimə və xx xxxxxxx 2019-cu il tarixli, №00967039 saylı müqavilə üzrə 2400 manat əsas 20 manat cərimə olmaqla, 4 müqavilə üzrə ümumilikdə 3995 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli №kr00242462 saylı saylı müqavilə üzrə 339 (üç yüz otuz doqquz) manat əsas borc, 5 (beş) manat cərimə borcu, xx xxxxxx 2019-cu il tarixli, №00522611 saylı müqavilə üzrə 327 (üç yüz iyirmi yeddi) manat əsas borc, 4 (dörd) manat cərimə borcu, xx xxxxxxxx 2019-cu il tarixli, №00920595 saylı müqavilə üzrə 890 (səkkiz yüz doxsan) manat əsas borc, 10 (on) manat cərimə və xx xxxxxxx 2019-cu il tarixli, №00967039 saylı müqavilə üzrə 2400 (iki min dörd yüz) manat əsas, 20 (iyirmi) manat cərimə olmaqla, 4 müqavilə üzrə ümumilikdə 3995 (üç min doqquz yüz doxsan beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar