Məhkəmə qərarları › İş №2(001)-17/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-17/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-17/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X1, İlk iddia üzrə cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı QSC-nin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və X5 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilkin və X4 İddiaçı QSC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” MMC-yə, “xxxx” MMC-yə və X5 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx" MMC-dən, “xxxx" MMC-dən və X3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə -09R000006035 saylı kredit razılaşması üzrə 52400.89 ABŞ Dolları kredit borcu, 31399.58 ABŞ Dolları faiz və 69374 ABŞ Dolları cərimə olmaqla, cəmi 153174.47 ABŞ dolları borcun, -09R000008941 saylı kredit razılaşması üzrə 58300.99 ABŞ Dolları kredit borcu, 37102.53 ABŞ Dolları faiz və 76144 ABŞ Dolları cərimə olmaqla, cəmi 171547.52 ABŞ dolları borcun, -09R000012554 saylı kredit razılaşması üzrə 310301.42 ABŞ Dolları kredit borcu, 192502.76 ABŞ Dolları faiz və 432938.74 ABŞ Dolları cərimə olmaqla, cəmi 935742.92 ABŞ dolları, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 1 260 464 (bir nıilvon iki yüz altmış min dörd yüz altmış dörd) ABŞ Dolları 91 (doxsan bir) sent məbləğində borcun məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutulması, 09R000006035 saylı kredit razılaşması üzrə tələbin Abşeron rayonu Novxanı kəndi Bağlar massivində X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 153174.47 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; eyni zamanda hər üç kredit razılaşması üzrə tələbin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində X4 mülkiyyətindəki ümumi sahəsi 111.9 m: qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu. S.S.Axundov küçəsi 11/35 nömrəli binanın 1-ci mərtəbəsində X4 mülkiyyətində olan ümumi sahəli 219.4 m: qeyri yaşayış sahəsinə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən X4 mülkiyyətində olan 55 nömrəli mənzilinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 1260 464 (bir milyon iki yüz altmış min dörd yüz altmış dörd) ABŞ Dolları 91 (doxsan bir) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “xxxx” MMC-dən, “xxxx” MMC-dən və X3 müştərək qaydada tutulması; Abşeron rayonu Novxanı kəndi Bağlar massivində X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində X4 mülkiyyətində olan ümumi sahəsi 111.9 kv metr qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsində 11/35 nömrəli binanın 1-ci mərtəbəsində X4 mülkiyyətində olan ümumi sahəsi 219.4 kv.m qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən X4 mülkiyyətində olan 55 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bankın iddia tələbləri belə əsaslandırılmışdır ki, “xxxx” MMC “xxxx” QSC ilə bağladığı 19.04.2007-ci il tarixli 09L000000036 saylı krеdit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 200000 (iki yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflər arasında bağlanılmış 04.11.2011-ci il tarixli 36 saylı sazişə əsasən kredit xətt müqaviləsinin müddəti və məbləği artırılmış, müddəti 174 (yüz yetmiş dörd) ay və məbləği ******* (bir milyon) ABŞ Dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə “xxxx” MMC “xxxx” QSC ilə bağladığı 08.05.2012-ci il tarixli 09R000005978 saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 (iki yüz min) ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 09R000006035S saylı, 14.04.2016-cı il tarixli 09R000006035SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. “xxxx” MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 08.02.2017-ci il tarixdən banka qaytarmamışdır. “xxxx” MMC götürdüyü krеdit bоrcundan 147599,11 ABŞ Dolları ödəmiş, onun 52400,89 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, “xxxx” MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 03.02.2020-ci il tarixə 1090 gün üçün hesablanmış faiz borcu 31399.58 ABŞ Dolları təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 03.02.2020-ci il tarixə 1090 gün üçün hеsablanmış cərimə 69374 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə “xxxx” MMC “xxxx” QSC ilə bağladığı 19.08.2013-cü il tarixli 09R000008941 saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 09R000008941S saylı, 08.04.2016-cı il tarixli 09R000008941SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. “xxxx” MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 19.12.2016-cı il tarixdən banka qaytarmamışdır. “xxxx” MMC götürdüyü krеdit bоrcundan 41699,01 ABŞ Dolları ödəmiş, onun 58300,99 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 03.02.2020-ci il tarixə 1141 gün üçün hesablanmış faiz borcu 37102,53 ABŞ Dolları təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 03.02.2020-ci il tarixə 1141 gün üçün hеsablanmış cərimə 76144 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə “xxxx” MMC “xxxx” QSC ilə bağladığı 30.09.2014-cü il tarixli 09R000012554 saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 370000 (üç yüz yetmiş min) ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 09R000012554S saylı, 14.04.2016-cı il tarixli 09R000012554SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. “xxxx” MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 01.11.2016-cı il tarixdən banka qaytarmamışdır. “xxxx” MMC götürdüyü krеdit bоrcundan 59698,58 ABŞ Dolları ödəmiş, onun 310301,42 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 03.02.2020-ci il tarixə 1189 gün üçün hesablanmış faiz borcu 192502,76 ABŞ Dolları təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 03.02.2020-ci il tarixə 1189 gün üçün hеsablanmış cərimə 432938,74 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər “xxxx” MMC və X8 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh “xxxx” MMC ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. 09R000006035 saylı krеdit razılaşması üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X8 ilə Bank arasında bağlanılmış 02.05.2012ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Novxanı kəndi Bağlar massivində X4 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 2 №-li reyestr kitabının 25№-li vərəqində qeydiyyata alınmış MA ******* №-li çıxarışla, Abşeron rayonu Novxanı kəndi Bağlar massivində X4 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinin “xxxx” MMC-nin sözügedən kredit razılaşması üzrə kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasım təmin etmək məqsədilə cavabdeh-ipoteka verən X8 ilə Bank arasında bağlanılmış 08.05.2007-ci il tarixli 09M000000053 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində X4 mülkiyyətində olan ümumi sahəsi 111,9 kv.metr qeyri yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 №-li reyestr kitabının 1811№-li vərəqində qeydiyyata alınmış MH 0070515№-li çıxarışla, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində X4 mülkiyyətində olan ümumi sahəsi 111,9 kv.metr qeyri yaşayış sahəsinin “xxxx” MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanılmış 04.11.2011-ci il tarixli 53 saylı sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin müddətinin 174 (yüz yetmiş dörd) ay və məbləğinin ******* (bir milyon) ABŞ Dolları müəyyən edilməsi barədə dəyişiklik ipoteka müqaviləsinə də şamil edilmişdir. 04.11.2011ci il tarixli 53 saylı saziş və həmin dəyişiklər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 №-li reyestr kitabının 1811№-li vərəqində qeydiyyata alınmış MA 0307497№-li çıxarışda qeydiyyata alınmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən X8 ilə Bank arasında bağlanılmış 04.11.2011-ci il tarixli 09M000000573 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsində 11/35 nömrəli binanın 1-ci mərtəbəsində X4 mülkiyyətində olan ümumi sahəsi 219,4 kv.metr qeyri yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 43 №-li reyestr kitabının 4099№-li vərəqində qeydiyyata alınmış MA 0307498№-li çıxarışla, Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsində 11/35 nömrəli binanın 1-ci mərtəbəsində X4 mülkiyyətində olan ümumi sahəsi 219,4 kv.metr qeyri yaşayış sahəsinin “xxxx” MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən X8 ilə Bank arasında bağlanılmış 02.05.2012-ci il tarixli 09M000000616 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binanda yerləşən X4 mülkiyyətində olan 55 nömrəli mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 617 №-li reyestr kitabının 56693№-li vərəqində qeydiyyata alınmış MA 0387359№-li çıxarışla, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən X4 mülkiyyətində olan 55 nömrəli mənzilinin “xxxx” MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən X5 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 12.06.2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş, bildirişlər 14.06.2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə 19.06.2017-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər və 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarələrdə qeydiyyata alınmışlar. İddiaçı QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. X8 isə İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 may 2007-ci il tarixli, 09M000000053 nömrəli, 04 noyabr 2011-ci il tarixli, 09M000000573 nömrəli və 02 may 2012-ci il tarixli, 09M000000616 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir X4 qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, X8 ilə İddiaçı QSC arasında 08 may 2007-ci il tarixli, 09M000000053 №-li, 04 noyabr 2011-ci il tarixli, 09M000000573 №-li və 02 may 2012-ci il tarixli, 09M000000616 №-li ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələr aşağıdakılara görə etibarsız hesab edilməlidirlər: müqavilələrə əsasən, iddiaçı 19.04.2007-ci il tarixli, 09L000000036 №-li Kredit Xətti Müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin təminatı olaraq banka ipotekaya qoyulmuşdur. Halbuki, kredit xətti müqaviləsi, əslində, müqavilə deyil. Çünki müqavilənin 1.4-cü bəndində deyilir: “Borcverən öz mülahizəsinə əsasən Borcalana Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddət ərzində və həmin bənddə müəyyən edilmiş kredit limitindən artıq olmayan məbləğdə dəfələrlə kredit verə və ya kreditin verilməsindən imtina edə bilər”. Başqa sözlə, Kredit limiti müqaviləsi üzrə cavabdehin borclu qarşısında hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyi mövcud deyil, o, istədiyi vaxt kreditin verilməsindən imtina edə bilər. Buna görə də, Kredit xətti müqaviləsi konsensual müqavilə deyil, yəni Bankın borcluya gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün kredit xətti müqaviləsi ümumiyyətlə müqavilə, əqd deyil. Həmin müqavilə ilkin müqavilə də hesab edilə bilməz. Çünki MM-nin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Kredit xətti müqaviləsi üzrə isə tərəflərin belə bir öhdəliyi mövcud deyil. Kredit xətti müqaviləsi üzrə borclu banka kredit üçün müraciət edə bilər. Bank isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur və bu, bir daha təsdiq olunur. Buna görə də Kredit xətti müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. MM-nin 337.1-ci maddəsinə əsasən, həmin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız olduğundan kredit xətti müqaviləsi etibarsızdır. MM-nin 460.3-cü maddəsinə görə isə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin də etibarsızlığına səbəb olur. Həmçinin, qanunvericiliyin tələbinə görə əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Lakin, ipoteka müqaviləsi qeyd edilən tələbə cavab vermir. Göstərilənlərə əsasən, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi bankın iddia tələblərini müdafiə edərək, onun təmin olunmasını, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddia tələblərinin isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbləri isə təmin olunmamalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı QSC ilə “xxxx” MMC-nin direktoru X8 arasında bağlanmış 19 aprel 2007-ci il tarixli 09L000000036 saylı Kredit xətti müqaviləsinə əsasən “xxxx” MMC-yə 60 ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, 04 noyabr 2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə sazişlə isə kredit xəttinin müddəti 174 ay, məbləği isə ******* ABŞ dolları olaraq dəyişdirilmişdir. İş materiallarından aydın olur ki, 20 aprel 2007-ci il tarixdə İddiaçı” QSC ilə X8 arasında, 24 aprel 2009-cu il tarixdə isə İddiaçı QSC ilə “xxxx” MMC arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, Nəcəf Əliyev və “xxxx” MMC borcalanın (“xxxx” MMC-nin) kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər; 04.11.2011-ci il tarixli sazişlərlə isə zaminlik müqavilələrində dəyişikliklər edilmiş, kredit müddəti 174 ay, kredit məbləği isə ******* ABŞ dolları nəzərdə tutulmuşdur. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, İddiaçı QSC ilə “xxxx” MMC-nin direktoru X8 arasında 09R000005978 saylı, 08 may 2012-ci il tarixli kredit razılaşması bağlanmış və cəmiyyətə aylıq 1,5% olmaqla, 48 ay müddətinə 200000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuş, 30 mart 2015-ci il və 14 aprel 2016-cı il tarixli sazişlərlə 08.05.2012-ci il tarixdə bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, sonuncu saziş üzrə hazırlanmış ödəniş planına X8 ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 08.05.2012-ci il tarixli məxaric orderindən görünür ki, 200000 ABŞ dolları məbləğində puldan 2000 ABŞ dolları komissiya çıxılmaqla həmin məbləğ “xxxx” MMC tərəfindən alınmışdır. İşin mübahisəsiz digər halına əsasən, İddiaçı QSC ilə “xxxx” MMC arasında 09R000008941 saylı, 19 avqust 2013-cü il tarixli kredit razılaşması bağlanmış və cəmiyyətə aylıq 1,3333% olmaqla, 48 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin razılaşmanın əlavəsi olan ödəniş planına X8 zamin və ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu və zamin durmağa hazır olduğunu təsdiq etmişdir; 30 mart 2015-ci il və 08 aprel 2016-cı il tarixli sazişlərlə 19 avqust 2013-cü il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, sonuncu saziş üzrə hazırlanmış ödəniş planına X8 ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, 100000 ABŞ dolları məbləğində puldan 1000 ABŞ dolları komissiya çıxılmaqla qalan məbləğ 19.08.2013-cü il tarixdə “xxxx” MMC tərəfindən alınmışdır. İş materiallarından aydın olur ki, İddiaçı QSC ilə “xxxx” MMC arasında 09R000012554 saylı, 30 sentyabr 2014-cü il tarixli kredit razılaşması bağlanmış və cəmiyyətə aylıq 1,2917% olmaqla, 48 ay müddətinə 370000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin razılaşmanın əlavəsi olan ödəniş planına X8 zamin və ipoteka qoyan qismində imza etməklə onunla tanış olaraq razı olduğunu təsdiq etmişdir; 30 mart 2015-ci il və 14 aprel 2016-cı il tarixli sazişlərlə 30 sentyabr 2014-cü il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, sonuncu saziş üzrə tərtib edilmiş ödəniş planına X8 ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, 370000 ABŞ dolları məbləğində pul 2590 ABŞ dolları komissiya çıxılmaqla qalan məbləğ “xxxx” MMC tərəfindən alınmışdır. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı QSC ilə X8 arasında bağlanmış 08 may 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 19 aprel 2007-ci il tarixli 09L000000036 saylı Kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində X4 mülkiyyətindəki ümumi sahəsi 111,9 kv.m qeyri yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği 200000 (iki yüz min) ABŞ dolları, müddəti isə 60 ay kimi göstərilmişdir; 04 noyabr 2011-ci il tarixli 53 saylı saziş ilə ipoteka müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin müddəti 174 ay, məbləği isə ******* ABŞ dolları olaraq yazılmış, habelə daşınmaz əmlakın dövlət reyestrində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. İşin müəyyən olunmuş digər halına görə, 04.11.2011-ci il tarixdə İddiaçı QSC ilə X8 arasında ipoteka müqaviləsi imzalanmış, buna əsasən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ünvan 2 nömrəli binanın 1-ci mərtəbəsində X4 mülkiyyətində olan ümumi sahəsi 219.4 kv.m qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (bir milyon) ABŞ dolları, müddəti isə 174 ay kimi göstərilmiş və daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmışdır. İş materiallarından aydın olur ki, İddiaçı QSC ilə X8 arasında imzalanmış 02.05.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən X4 mülkiyyətində olan 55 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* (bir milyon) ABŞ dolları, müddəti isə 174 ay kimi göstərilmiş və daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmışdır. İş materiallarından həmçinin o da aydın olur ki, İddiaçı QSC ilə X8 arasında bağlanmış 02 may 2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsi bağlanmış, müqavilədə, Bank ilə “xxxx” MMC arasında 02.05.2012-ci il tarixdə bağlanmış kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində X4 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinin Bank qarşısında ipoteka ilə yüklü edildiyi göstərilmiş, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmaqla müvafiq çıxarış verilmiş, həmin çıxarışda kredit razılaşmasının tarixi 02.05.2012-ci il, nömrəsi isə 09R000006035 kimi göstərilmişdir. İş materiallarından aydın olur ki, iddiaçı bank cavabdehlərə ünvanlanmış bildirişlər göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İş digər halına görə, yuxarıda qeyd edilən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 04.02.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, “xxxx” MMC-nin 30.09.2014-cü il tarixli 09R000012554 saylı kredit razılaşması üzrə əsas borcu 310301,42 ABŞ dolları, faiz borcu 192502,76 ABŞ dolları və cərimə borcu 432938,74 ABŞ dolları olmaqla cəmi borcu 935742,92 ABŞ dolları; 19.08.2013-cü il tarixli 09R000008941 saylı kredit razılaşması üzrə əsas borcu 58300,99 ABŞ dolları, faiz borcu 37102,53 ABŞ dolları və cərimə borcu 76144 ABŞ dolları olmaqla cəmi borcu 171547,52 ABŞ dolları; 08.05.2012-ci il tarixli 09R000006035 saylı kredit razılaşması üzrə əsas borcu 52400,89 ABŞ dolları, faiz borcu 31399,58 ABŞ dolları və cərimə borcu 69374 ABŞ dolları olmaqla cəmi borcu 153174,47 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2019-cu il tarixli 6070 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, 08 may 2012-ci il tarixli 09R000005978 saylı kredit razılaşmasına əsasən “xxxx” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 mart 2015-ci il tarixli, 09R000006035S saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə “xxxx” MMC-nin 05.07.2017-ci il tarixə (iddia tarixinə) banka olan borcu 52400,89 ABŞ dolları əsas borc, 7437,79 ABŞ dolları faiz borcu, cəmi 59838,68 ABŞ dolları borcu, 19 avqust 2013-cü il tarixli 09R000008941 saylı kredit razılaşmasına əsasən “xxxx” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 mart 2015-ci il tarixli, 09R000008941S saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə “xxxx” MMC-nin 05.07.2017-ci il tarixə (iddia tarixinə) banka olan borcu 58300,99 ABŞ dolları əsas borc, 10167,95 ABŞ dolları faiz borcu, cəmi 68468,94 ABŞ dolları borcu müəyyən edilmişdir. İş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2020-ci il tarixli 9/477 saylı rəyinə görə isə, 08.05.2012-ci il tarixli, 09R00005978 saylı kredit razılaşması üzrə iş materiallarında olan maliyyə arayışı məlumatları, 08.05.2012-ci il tarixli, 09R00005978 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq “xxxx” MMCnin İddiaçı QSC-nə olan borcu 03.02.2020-ci il tarixə əsas borc üzrə 52400,89 ABŞ dolları, faiz borcu üzrə 31399,58 ABŞ dolları; 19.08.2013-cü il tarixli, 09R000008941 saylı kredit razılaşması üzrə iş materiallarında olan maliyyə arayışı məlumatları, 19.08.2013-cü il tarixli, 09R000008941 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq “xxxx” MMC-nin İddiaçı QSC-nə olan borcu 03.02.2020-ci il tarixə əsas borc üzrə 58300,39 ABŞ dolları, faiz borcu üzrə 37102,53 ABŞ dolları; 30.09.2014-cü il tarixli. 09R000012554 saylı kredit razılaşması üzrə iş materiallarında olan maliyyə arayışı məlumatları, 30.09.2014-cü il tarixli, 09R000012554 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq “xxxx” MMC-nin İddiaçı QSC-nə olan borcu 03.02.2020-ci il tarixə əsas borc üzrə 310301,42 ABŞ dolları, faiz borcu üzrə 192502,76 ABŞ dolları kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 04 yanvar 2019-cu il tarixli qiymətləndirilmə hesabatınlarından görünür ki, X4 mülkiyyətində olan ünvan 1 ünvanında 9 mərtəbəli binanın zirzəmisində yerləşən qeyri yaşayış sahəsinin həmin tarixə satış (likvid) qiyməti 55000 (əllibeş min) manat; ünvan 2 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin həmin tarixə satış (likvid) qiyməti 241000 (iki yüz qırx bir min) manat; Abşeron rayonu Novxanı kəndi Bağlar massivində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 238 saylı bağ evinin həmin tarixə satış (likvid) qiyməti 145000 (bir yüz qırx beş min) manat; ünvan 3 ünvanında 10 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 55 nömrəli mənzilin həmin tarixə satış (likvid) qiyməti 160000 (bir yüz altmış min) manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 19 mart 2021-ci il tarixli qiymətləndirilmə hesabatından görünür ki, ünvan 3, 55 saylı mənzilin bazar qiyməti 170000 (bir yüz yetmiş min) manat, likvid qiyməti isə 140000 (bir yüz qırx min) manat; ünvan 4 ünvanında yerləşən qeyri yaşayış sahəsinin (zirzəminin) bazar qiyməti 75000 (yetmiş beş min) manat, likvid qiyməti isə 56000 (əlli altı min) manat; Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 11/35, 1-ci mərtəbədə yerləşən qeyri yaşayış sahəsinin bazar qiyməti 264000 (iki yüz altmış dörd min) manat, likvid qiyməti isə 220000 (iki yüz iyirmi min) manat; Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi, 238 saylı bağ evinin bazar qiyməti 160000 (bir yüz altmış min) manat, likvid qiyməti isə 130000 (bir yüz otuz min) manat qiymətləndirilmişdir. İlk növbədə ilk iddia tələbinə qiymət verməyi məqsədəmüvafiq hesab edən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, adı çəkilən cəmiyyət kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Digər cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və X8 isə bankla ayrı-ayrılıqda bağladıqları zaminlik müqavilələrinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüş, 09R000005978 saylı, 08 may 2012-ci il tarixli və 09L000012554 saylı, 30 sentyabr 2014-cü il tarixli kredit razılaşmaları üzrə sonuncu – 14 aprel 2016-cı il tarixli, 09R000008941 saylı sazişlərə, 19 avqust 2013-cü il tarixli kredit razılaşması üzrə isə 08 aprel 2016-cı il tarixli sazişə uyğun olaraq hazırlanmış ödəniş planlarına həmçinin, “xxxx” və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru (qanuni təmsilçisi) olan X8 imza etməklə dəyişikliklərlə tanış olduğunu təsdiq etmişdir. Məhkəmənin qənaətinə görə, dəyişikliklərlə tanış olma barədə imzaların ipoteka qoyan qismində həyata keçirilməsi də fərqli qənaətə gəlmək üçün əsas deyildir; belə ki, həmin imzalar X4 hər bir halda kredit razılaşmasının şərtlərindən məlumatlı olduğunu göstərir. Xüsusilə nəzərə almaq lazımdır ki, bankla bağlanılan bütün əqdləri (müqavilə, razılaşma, saziş və s.) də məhz borcalanın direktoru qismində məhz X8 imzalamışdır. Bu o deməkdir ki, o, bankla aparılan bütün əməliyyatların şərtlərindən məlumatlı olmuşdur. Cavabdehlərdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı bankın təqdim etdiyi maliyyə arayışlarına görə, borclunun 30.09.2014-cü il tarixli 09R000012554 saylı kredit razılaşması üzrə 310301,42 ABŞ dolları əsas borcu, 192502,76 ABŞ dolları faiz borcu və 432938,74 ABŞ dolları cərimə borcu olmaqla cəmi 935742,92 ABŞ dolları; 19.08.2013-cü il tarixli 09R000008941 saylı kredit razılaşması üzrə 58300,99 ABŞ dolları əsas borcu, 37102,53 ABŞ dolları faiz borcu və 76144 ABŞ dolları cərimə borcu olmaqla cəmi 171547,52 ABŞ dolları; 08.05.2012-ci il tarixli 09R000006035 saylı kredit razılaşması üzrə 52400,89 ABŞ dolları əsas borcu, 31399,58 ABŞ dolları faiz borcu və 69374 ABŞ dolları cərimə borcu olmaqla cəmi 153174,47 ABŞ dolları məbləğində borcunun yarandığı göstərilmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş və tamamlayıcı xüsusiyyətə malik sonuncu – 24 sentyabr 2020-ci il tarixli ekspertizanın rəyi ilə də (əvvəlki ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar natamam cavablandırıldığından mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir və məhkəmənin qənaətinə görə, bu səbəbdən məhz sonuncu rəy əsas götürülməlidir) 03.02.2020-ci il tarixə borcalanın məhz həmin məbləğlərdə əsas və faiz borcunun olduğu müəyyən edilmişdir (08.05.2012-ci il tarixli, 09R00005978 saylı kredit razılaşması üzrə 52400,89 ABŞ dolları əsas borcunun, 31399,58 ABŞ dolları faiz borcunun; 19.08.2013-cü il tarixli, 09R000008941 saylı kredit razılaşması üzrə 58300,39 ABŞ dolları əsas borcunun, 37102,53 ABŞ dolları faiz borcunun; 30.09.2014-cü il tarixli. 09R000012554 saylı kredit razılaşması üzrə 310301,42 ABŞ dolları əsas borcunun, 192502,76 ABŞ dolları faiz borcunun olduğu müəyyən olunmuşdur). Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərdən 08.05.2012-ci il tarixli, 09R00005978 saylı kredit razılaşması üzrə əsas borca görə 52400,89 ABŞ dolları, faiz borcuna görə isə 31399,58 ABŞ dolları; 19.08.2013-cü il tarixli, 09R000008941 saylı kredit razılaşması üzrə əsas borca görə 58300,39 ABŞ dolları, faiz borcuna görə isə 37102,53 ABŞ dolları və nəhayət 30.09.2014-cü il tarixli. 09R000012554 saylı kredit razılaşması üzrə əsas borca görə 310301,42 ABŞ dolları, faiz borcuna görə isə 192502,76 ABŞ dolları pul tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə “cərimə borcunun tutulması” hissəsində iddia tələbini qismən əsaslı hesab edir; belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 08.05.2012-ci il tarixli, 09R00005978 saylı kredit razılaşması üzrə 5000 ABŞ dolları; 19.08.2013-cü il tarixli, 09R000008941 saylı kredit razılaşması üzrə 6000 ABŞ dolları və nəhayət 30.09.2014-cü il tarixli. 09R000012554 saylı kredit razılaşması üzrə 9000 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə iddianın, “pulun tutulması tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində X4 mülkiyyətindəki ümumi sahəsi 111.9 kv.m qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu. S.S.Axundov küçəsi 11/35 nömrəli binanın 1-ci mərtəbəsində X4 mülkiyyətində olan ümumi sahəli 219.4 kv.m qeyri yaşayış sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən X4 mülkiyyətində olan 55 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” hissəsini də əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlaklar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Həmçinin yuxarıda da göstərildiyi kimi, 09R000005978 saylı, 08 may 2012-ci il tarixli və 09L000012554 saylı, 30 sentyabr 2014cü il tarixli kredit razılaşmaları üzrə sonuncu – 14 aprel 2016-cı il tarixli, 09R000008941 saylı sazişlərə, 19 avqust 2013-cü il tarixli kredit razılaşması üzrə isə 08 aprel 2016-cı il tarixli sazişə uyğun olaraq hazırlanmış ödəniş planlarına ipoteka qoyan X8 imza etməklə dəyişikliklərlə tanış olduğunu təsdiq etmişdir. Bundan başqa ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından məhkəmə araşdırması zamanı qiymətləndirmə təyin edilmiş, “xxxx” MMCnin 19 mart 2021-ci il il tarixli qiymətləndirilmə hesabatı ilə ünvan 3, 55 saylı mənzilin bazar qiymətinin 170000 (bir yüz yetmiş min) manat, likvid qiymətinin isə 140000 (bir yüz qırx min) manat; ünvan 4 ünvanında yerləşən qeyri yaşayış sahəsinin (zirzəminin) bazar qiymətinin 75000 (yetmiş beş min) manat, likvid qiymətinin isə 56000 (əlli altı min) manat; Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 11/35, 1-ci mərtəbədə yerləşən qeyri yaşayış sahəsinin bazar qiymətinin 264000 (iki yüz altmış dörd min) manat, likvid qiymətinin isə 220000 (iki yüz iyirmi min) manat olması müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilərkən məhz onların likvid qiymətləri əsas götürülməlidir. Bu mənada, ünvan 3, 55 saylı mənzilin ilkin satış qiyməti 140000 (bir yüz qırx min) manat; ünvan 4 ünvanında yerləşən qeyri yaşayış sahəsinin (zirzəminin) ilkin satış qiyməti 56000 (əlli altı min) manat; Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 11/35, 1-ci mərtəbədə yerləşən qeyri yaşayış sahəsinin ilkin satış qiyməti isə 220000 (iki yüz iyirmi min) manat olaraq müəyyən olunmalıdır. Nəzərə alınmalıdır ki, məhz likvid qiymətlərin əsas götürülməsi ilə əmlakların münasib qiymətə tez bir müddətdə asan satılması və bununla da qətnamənin icrası təmin edilə bilər. Bununla belə məhkəmə, “hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbini əsassız sayır; belə ki, qalıq borcun tutulması “İcra haqqında” qanunla tənzimlənir və bu baxımdan onun müstəqil iddia formasında irəli sürülməsinə zərurət yoxdur. Məhkəmənin qənaətinə görə, iddia tələbinin “09R000006035 saylı kredit razılaşması üzrə tələbin Abşeron rayonu Novxanı kəndi Bağlar massivində X4 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 153174.47 ABŞ dolları məbləğində borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; həmin bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” hissəsini də əsassızdır. Qeyd edildiyi kimi iş materiallarından aydın olur ki, İddiaçı QSC ilə X8 arasında 02 may 2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsi bağlanmış, müqavilədə, Bank ilə “xxxx” MMC arasında 02.05.2012-ci il tarixdə bağlanmış kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu Novxanı kəndi Bağlar massivində X4 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinin Bank qarşısında ipoteka ilə yüklü edildiyi göstərilmiş, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmaqla müvafiq çıxarış verilmiş, həmin çıxarışda da kredit razılaşmasının tarixi 02.05.2012-ci il, nömrəsi isə 09R000006035 kimi göstərilmişdir. Bununla belə məhkəmə araşdırılması zamanı tərəflər arasında 02.05.2012-ci il tarixli 09R000006035 nömrəli kredit razılaşmasının bağlanmış olduğu ümumiyyətlə müəyyən edilməmiş, iddiaçı bankın nümayəndəsi bu razılaşmanı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, həmin ipotekanın (yüklülüyün) 08.05.2012-ci il tarixli 09L000005978 saylı kredit razılaşması ilə bağlı olduğu qənaətinə gəlmək də mümkünsüzdür. Çünki həm tarix və həm də nömrə üst-üstə düşmür, digər tərəfdən həmin kredit razılaşması daha sonrakı tarixdə bağlanmışdır. İpoteka müqaviləsi isə müstəqil şəkildə mövcud ola bilməz. Buna görə də tələbin Abşeron rayonu Novxanı kəndi Bağlar massivindəki bağa yönəldilməsi hissəsində iddia əsaslı deyildir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ .....borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İlkin iddia tələbləri üzrə gəlmiş olduğu qənaətin məntiqi davamı olaraq məhkəmə, qarşılıqlı iddia tələbi də əsassız hesab edərək bununla bağlı geniş əsaslandırma aparılmağı zəruri hesab etmir. Çünkü yuxarıda göstərildiyi kimi, ilk iddia tələbi qismən əsaslı hesab edilmişdir, bu da nəticə etibari ilə X4 qarşılıqlı iddia tələbinin dispozitiv şərtlərini istisna edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80ci maddəsinə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Bununla belə məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı xüsusi şəkildə həmçinin onu da qeyd edir ki, qarşılıqlı iddia ərizəsi ilə mübahisələndirilən ipoteka müqavilələri kredit xətti üzrə bağlansalar da, yuxarıda göstərildiyi kimi, ipoteka qoyan X8 ödəniş qrafikləri ilə tanış olduğunu və razılığını öz imzası ilə təsdiq etmişdir. Bu isə o deməkdir ki, ipoteka qoyan X8 təsisçisi və direktoru olduğu cəmiyyətə (borcluya) verilmiş kreditin məbləği, aylıq ödənişlərin məbləği, son ödəniş tarixi və kredit ilə bilavasitə əlaqəli olan bu kimi məlumatlardan hər bir halda xəbərdar olmuşdur. Xüsusilə nəzərə almaq lazımdır ki, bankla bağlanılan bütün əqdləri (müqavilə, razılaşma, saziş və s.) də məhz borcalanın direktoru qismində məhz X8 özü imzalamışdır. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı bank tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydiyyata alınması üçün ödənilmiş cəmi 93 manat rüsum və xidmət haqqı ilk iddia üzrə cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdehlər “xxxx” MMC-dən, “xxxx” MMC-dən və X3 oğlundan müştərək qaydada 08.05.2012-ci il tarixli, 09R00005978 saylı kredit razılaşması üzrə əsas borca görə 52400,89 ABŞ dolları, faiz borcuna görə 31399,58 ABŞ dolları və cərimə borcuna görə 5000 ABŞ dolları; 19.08.2013-cü il tarixli, 09R000008941 saylı kredit razılaşması üzrə əsas borca görə 58300,39 ABŞ dolları, faiz borcuna görə 37102,53 ABŞ dolları və cərimə borcun görə 6000 ABŞ dolları, 30.09.2014-cü il tarixli, 09R000012554 saylı kredit razılaşması üzrə əsas borca görə 310301,42 ABŞ dolları, faiz borcuna görə 192502,76 ABŞ dolları və 9000 ABŞ Dolları cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 93 manat rüsum və xidmət haqqının əvəzi alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutulacaq məbləğ Bakı şəhəri,Binəqədi rayonu,Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində X4 mülkiyyətindəki ümumi sahəsi 111.9 kv.m qeyri yaşayış sahəsinə, ünvan 2 nömrəli binanın 1-ci mərtəbəsində X4 mülkiyyətində olan ümumi sahəli 219.4 kv.metr qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən X4 mülkiyyətində olan 55 nömrəli mənzilinə yönəldilsin. Bakı şəhəri,Binəqədi rayonu,Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində ümumi sahəsi 111.9 kv.metr qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 56000 (əlli altı min) manat; ünvan 2 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 219.4 kv.m. qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 220000 (iki yüz iyirmi min) manat; Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən 55 nömrəli mənzilin ilkin satış qiyməti isə 140000 (bir yüz qırx min) manat müəyyən edilsin. Həmin əmlaklar açıq hərracda satılsınlar və onların satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Həmin əmlaklar satıldıqdan 1 ay sonra cavabdeh X8 tərəfindən boşaldılaraq alıcıya təhvil verilsin. İlkin iddia tələbinin qalan hissəsi və qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar