Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1700/2022 25.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10984,74 manat məbləğində əsas borc və 3551,53 manat məbləğində faiz borcu olmaqla, cəmi 14536,27 manat məbləğində borcun və 134,01 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli, 106804-493398/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 21 % dərəcəsi ilə 13500 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 25 yanvar 2022-ci il tarixinə cavabdehin banka kredit müqaviləsi üzrə 10984,74 manat məbləğində əsas borcu və 3551,53 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 14536,27 manat məbləğində borcu vardır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, Vəkil iddia tələbini qismən qəbul etdiklərini bildirmiş və tələb olunan faiz məbləği ilə razılaşmamışdır. Etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən banka 4073.18 manat ödəniş edilməsinə baxmayaraq, həmin məbləğdə faiz borcunun tələb edilməsi əsassızdır. Belə ki, banklar cərimə borcunun məhkəmələr tərəfindən azaldıldığını ehtimal edərək, cərimə borcunu faiz borcu kimi tələb etmişdir. Bundan başqa 2021-ci ilin oktyabr ayında cavabdehə ünvanlanan pretenziya məktubunda faiz borcunun 1032.38 manat, cərimə borcunun 872.43 manat olduğu göstərilmişdir. Odur ki, 4 ay ərzində 3500 manatdan çox faiz borcu tələb etməsi əsassızdır. Bununla bağlı mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət vermiş və məhkəmə tərəfindən ekspertiza keçirilmişdir, bu barədə aşağıda göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli 106804-493398/1 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank kredit alana şəxsi istehlak məqsədləri üçün 30 ay müddətinə, illik 21 % olmaqla 13500 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 25 sentyabr 2020-ci il, sonuncu ödəniş tarixi 25 mart 2023-cü il olaraq müəyyən edilmişdir.
7. İddiaçı ASC tərəfindən verilən kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində 13500 manat məbləğində kredit verilmişdir.
8. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh 25 sentyabr 2020-ci il tarixli 106804-493398/1 saylı kredit müqaviləsi üzrə 25 yanvar 2022ci il tarixinə 10984,74 manat əsas borc, 3551,53 manat faiz borcu hesablanmışdır.
9. Expressbank” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli, 106/106/1163/2021 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 25 sentyabr 2020-ci il tarixli 106804-493398/1 saylı müqavilə üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcunu 02 noyabr 2021-ci il tarixədək ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3994 saylı, 30 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 25 sentyabr 2020-ci il tarixli 106804-493398/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 25 yanvar 2022-ci il tarixinə İddiaçı ASC-yə olan əsas borcu 10999,53 manat, faiz borcu 1681,10 manat, ümumilikdə 12680,63 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır.
11. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən banka 30 oktyabr 2020-ci il tarixdən 25 yanvar 2022-ci il tarixinədək 4090,18 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 4090,18 manat məbləğində pulun 2500,47 manat hissəsi əsas borcdan, 1589,71 manat hssəsi faiz borcundan silinmişdir.
12. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 134,01 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
13. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında 25 sentyabr 2020-ci il tarixli 106804-493398/1 saylı kredit müqaviləsi bağlanmış, kredit alana şəxsi istehlak məqsədləri üçün 30 ay müddətinə, illik 21 % olmaqla 13500 manat məbləğində borc vermiş, borc alan isə borcu qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür
14. Cavabdeh saziş üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə ümumilikdə 14536,27 manat borc hesablanmışdır.
15. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir.
16. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi, vəkil iddianı qismən, yəni əsas borca münasibətdə qəbul etmiş, faiz borcu ilə razılaşmamışdır və bu bununla bağlı mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir.
17. Vəsatət təmin edilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır.
18. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3994 saylı, 30 iyun 2022-ci il tarixli ekspert rəyi ilə hesabdan çıxarış məlumatları və 25 sentyabr 2020-ci il tarixli 106804-493398/1 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alaraq Cavabdeh 25 yanvar 2022-ci il tarixinə İddiaçı AsC-yə olan borcu əsas borcu 10999,53 manat, faiz borcu 1681,10 manat olmaqla, ümumilikdə 12680,63 manat məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
22. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
24. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
25. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
26. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
27. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
28. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
29. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
30. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğinə münasibətdə qeyd edir ki, 25 sentyabr 2020-ci il tarixli 106804-493398/1 saylı kredit müqaviləsi üzrə iddiaçı cavabdehin 10984,74 manat məbləğində əsas borcunun yarandığını iddia etsə də Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3994 saylı, 30 iyun 2022-ci il tarixli ekspert rəyi ilə cavabdehin əsas borcunun məbləğinin 10999,53 manat olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə əsas borcun iddia tələbi həddində tutulması qənaətinə gələrək hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir.
31. Məhkəmə iddiaçı tərəfindən tələb olunan faiz məbləğinə münasibətdə qeyd edir ki, 25 sentyabr 2020-ci il tarixli 106804-493398/1 saylı kredit müqaviləsi üzrə iddiaçı cavabdehin 3551,53 manat məbləğində faiz borcunun yarandığını iddia etsə də, Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3994 saylı, 30 iyun 2022-ci il tarixli ekspert rəyi ilə cavabdehin kredit sazişi üzrə faiz borcunun 1681,10 manat olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, faiz borcu ekspert rəyi əsasında müəyyən edilməli, yəni 1681,10 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır Tətbiq edilən prosessual normalar:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
36. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 25 sentyabr 2020-ci il tarixli 106804- 493398/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 10984,74 manat, faiz borcuna görə 1681,10 manat olmaqla, ümumilikdə 12665,84 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
38. Həmçinin mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
39. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 116 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 25 sentyabr 2020-ci il tarixli 106804-493398/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 10984,74 manat, faiz borcuna görə 1681,10 manat olmaqla, ümumilikdə 12665,84 (on iki min altı yüz altmış beş manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 116 (yüz on altı) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev