Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1704/2021 07.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində, Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Acer notebook üçün 738 manat ödənilməmiş hissə, 221 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40829 olan Samsung Galaxy S10 markalı telefon üçün 1229 manat ödənilməmiş hissə, 354 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********31262 olan Samsung Galaxy S10 markalı telefon üçün 1575 manat ödənilməmiş hissə, 472 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********35728 olan Samsung Galaxy S10+ markalı telefon üçün 1940 manat ödənilməmiş hissə, 594 manat dəbbə, ümumilikdə 7123 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7153 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il il tarixli müqaviləyə əsasən, cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 1576 manat olan Acer notebooku ilkin ödəniş 100 manat olmaqla, 18 ay müddətinə, ayda 82 manat ödəmək şərti ilə almışdır. Cavabdeh həmçinin, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2364 manat olan İMEİ kodu **********40829 Samsung Galaxy S10 markalı telefonu ilkin ödənişsiz, 12 ay müddətinə, ayda 197 manat ödəmək şərti ilə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2364 manat olan İMEİ kodu **********31262 Samsung Galaxy S10 markalı telefonu ilkin ödənişsiz, 12 ay müddətinə, ayda 197 manat ödəmək şərti ilə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2673 manat olan İMEİ kodu **********35728 Samsung Galaxy S10+ markalı telefonu ilkin ödəniş 297 manat olmaqla, 12 ay müddətinə, ayda 198 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrnin şərtlərini pozmuş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 838 manat ödədikdən sonra 738 manat əsas, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1135 manat ödədikdən sonra 1229 manat əsas, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 789 manat ödədikdən sonra 1575 manat əsas və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 733 manat ödədikdən sonra 1940 manat əsas borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3495 manat təşkil edir. Müqavilələrin şərtlərinə əsasən, cavabdehə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 221 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 354 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 472 manat dəbbə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 594 manat dəbbə pulu hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, qeyd edilən əşyaları nisyə alqı-satqı müqaviləsinə əsasən almış, müəyyən ödənişlər etmişdir. Dünyada baş vermiş pandemiya onların da işinə təsir etdiyindən ödənişləri edə bilməmişdir. Hazırda həmin məbləği tam şəkildə ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 00432111 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 1576 manat olan Acer notebook Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 100 manat ilkin ödəniş edilməklə, 18 ay ərzində, hər ay 82 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00432111 saylı müqaviləyə əsasən Acer notebooku tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 00604356 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 2364 manat İMEİ kodu **********40829 olan Samsung Galaxy S10 markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 12 ay ərzində, hər ay 197 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00604356 saylı müqaviləyə əsasən İMEİ kodu **********40829 olan Samsung Galaxy S10 markalı telefonu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 00645725 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 2364 manat İMEİ Kodu **********31262 olan Samsung Galaxy S10 markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 12 ay ərzində, hər ay 197 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00645725 saylı müqaviləyə əsasən İMEİ Kodu **********31262 olan Samsung Galaxy S10 markalı telefonu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00745607 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 2673 manat İMEİ kodu **********35728 olan Samsung Galaxy S10+ markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 297 manat ilkin ödəniş edilməklə, 12 ay ərzində, hər ay 198 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00745607 saylı müqaviləyə əsasən İMEİ kodu **********35728 olan Samsung Galaxy S10+ markalı telefonu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 738 manat əsas borcu, 221 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1229 manat əsas borcu, 354 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1575 manat əsas borcu, 472 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1940 manat əsas borcu, 594 manat cərimə borcu vardır. Mülki işin materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr əsasında cavabdeh dəyəri 1576 manat olan Acer notebook, dəyəri 2364 manat olan Samsung Galaxy S10 markalı telefon, dəyəri 2364 manat olan Samsung Galaxy S10 markalı telefon və dəyəri 2673 manat olan Samsung Galaxy S10+ markalı telefon almış, lakin sonradan borcunu ödəməkdən yayınmışdır. Digər tərəfdən, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən 221 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 354 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 472 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 594 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 738 manat əsas borc üzrə 221 manat, 1229 manat əsas borc üzrə 354 manat, 1575 manat əsas borc üzrə 472 manat və 1940 manat əsas borc üzrə 594 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 221 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 (əlli) manat, 354 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 (yüz) manat, 472 manat məbləğində hesablanmış cərimə məbləğinin 120 (yüz iyirmi) manat və 594 manat məbləğində hesablanmış cərimə məbləğinin 200 (iki yüz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 738 manat əsas borc, 50 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1229 manat əsas borc, 100 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1575 manat əsas borc, 120 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1940 manat əsas borc, 200 manat dəbbə pulu alınaraq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 05 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 738 manat əsas borc, 50 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1229 manat əsas borc, 100 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1575 manat əsas borc, 120 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1940 manat əsas borc, 200 manat dəbbə pulu, cəmi 5952 (beş min doqquz yüz əlli iki) manat borc və 25 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1704/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1704/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver