Məhkəmə qərarları › İş №2(001)-1737/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1737/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1737/2021 06.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, hazırkı iddianın verilməsinə əsas olan müqavilənin tarixi 05.06.2015-ci il olsa da, işə əlavə edilmiş maliyyə arayışı və xəbərdarlıq məktubu 03.11.2014-cü il tarixli, 831999 saylı kredit müqaviləsinə aiddir. Qeyd olunan ziddiyyətin aradan qaldırılması məqsədilə 30.03.2021-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya sorğu göndərilmiş və sorğuda aşağıdakılar qeyd olunmuşdur: “ ... İş materiallarında olan maliyyə arayışından görünür ki, həmin arayışda müqavilənin qüvvədə olma müddəti 03.11.2014-03.11.2017-ci il kimi qeyd olunub, lakin həmin tarixli müqavilə iş materiallarında mövcud deyil. ... Sizdən xahiş edilir ki, iddia ərizəsinin məzmununda istinad edilən və iddia ərizəsinə əlavə edilmiş 05.06.2015-ci il tarixli müqaviləyə dair maliyyə arayışı və hesabdan çıxarış, eyni zamanda 03.11.2014-cü il tarixli müqavilənin mövcud olub-olmamasına dair məlumatlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilsin”. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO «xxxx» ASC-nin nümayəndəsi X2 məhkəməyə 05.06.2015-ci il tarixli müqavilənin və məzmunundan hansı tarixli müqaviləyə aid olması aydın olmayan iki vərəq hesabdan çıxarışın surətini təqdim etmiş, 05.06.2015ci il tarixli müqaviləyə dair maliyyə arayışını isə təqdim etməmişdir. O, eyni zamanda məhkəməyə bildirmişdir ki, hal-hazırda maliyyə arayışını təqdim etmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə bildirdi ki, iddiaçıya borcu yoxdur və özü iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən məhkəmə qarşısında irəli sürdüyü tələbləri əsaslandıra biləcək lazımi sənədləri iddia ərizəsinə əlavə etmədiyi və işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığı üçün iddiaçı LPO İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar