Məhkəmə qərarları › İş №2(001)-1737/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1737/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1737/2023 16.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Mahiyyədin oğluna qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********08827 İphone 12 mini markalı telefon üçün 1097 manat ödənilməmiş hissə, 109 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********10034 İphone SE markalı telefon, Apple Aksesuar üçün 945 manat ödənilməmiş hissə, 94 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********20552 OPPO F17 markalı telefon üçün 526 manat ödənilməmiş hissə, 52 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********64382 Xıaomı Redmı 9T markalı telefon üçün 28 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Hoco Qulaqlıq üçün 27 manat ödənilməmiş hissə, 2 cərimə pulu, ümumilikdə 2882 manat borc və 48,82 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********08827 İphone 12 mını markalı telefon, İmei kodu **********10034 İphone SE markalı telefon, Apple Aksesuar, İmei kodu **********20552 OPPO F17 markalı telefon, İmei kodu **********64382 Xıaomı Redmı 9T markalı telefon, Hoco Qulaqlıq almış və nəticədə 2.882 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2740,5 manat (15 ay x 182.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********08827 İphone 12 mını markalı telefon üçün 1206 manat olmaqla ondan, 1097 manat ödənilməmiş hissə, 109 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1547.1 olan İmei kodu **********10034 İphone SE markalı telefon, Apple Aksesuar üçün 1039 manat olmaqla ondan, 945 manat ödənilməmiş hissə, 94 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 manat (12 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********20552 OPPO F17 markalı telefon üçün 578 manat olmaqla ondan 526 manat ödənilməmiş hissə, 52 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 504 manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********64382 Xıaomı Redmı 9T markalı telefon üçün 30 manat olmaqla ondan 28 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 75 manat (12 ay x 6.25 manat + 0 manat ilkin ödəniş) olan Hoco Qulaqlıq üçün 29 manat olmaqla ondan 27 manat ödənilməmiş hissə, 2 cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3035.6 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarına olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh Mahiyyədin oğluna iddia tələbi barədə bildiriş göndərilmiş, cavabdeh evdə olmadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh Mahiyyədin oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22093406 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 2.740,5 manat olan İphone 12 mini sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə Cavabdeh Mahiyyədin oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23167608 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 504 manat olan Xiomi Redmi sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə Cavabdeh Mahiyyədin oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24062244 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 792 manat olan Oppo F17 qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə Cavabdeh Mahiyyədin oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 1547,1 manat olan İphone Se, Apple USB sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə Cavabdeh Mahiyyədin oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 75 manat olan Hoco Tw borofone sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Mahiyyədin oğlu İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh Mahiyyədin oğlunun xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1097 manat, cərimə borcu 109 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 945 manat, cərimə borcu 94 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 526 manat, cərimə borcu 52 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 28 manat, cərimə borcu 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 27 manat, cərimə borcu 2 manat olmaqla, cəmi 2882 manat məbləğində borcu var. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 48,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilələrin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müqavilələr üzrə hesablanmış cərimə məbləği azaldılmalı, xx.xx.2020-ci il tarixli, 22093406 saylı müqavilə üzrə cərimə məbləği 10 manat, xx.xx.2021-ci il tarixli, 23167608 saylı müqavilə üzrə cərimə məbləği 1 manat, xx.xx.2021-ci il tarixli, 24062244 saylı müqavilə üzrə cərimə məbləği 5 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə cərimə məbləği 9 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə cərimə məbləği 1 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Cavabdeh Mahiyyədin oğlundan xx.xx.2020-ci il tarixli, 22093406 saylı müqavilə üzrə 1097 manat əsas borc, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23167608 saylı müqavilə üzrə 28 manat əsas borc, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli, 24062244 saylı müqavilə üzrə 526 manat əsas borc, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 945 manat əsas borc, 9 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 27 manat əsas borc, 1 manat cərimə olmaqla, cəmi 2.649 manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 45 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Mahiyyədin oğlundan xx.xx.2020-ci il tarixli, 22093406 saylı müqavilə üzrə 1097 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 1107 (min yüz yeddi) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh Mahiyyədin oğlundan xx.xx.2021-ci il tarixli, 23167608 saylı müqavilə üzrə 28 manat əsas borc, 1 manat cərimə olmaqla, cəmi 29 (iyirmi doqquz) manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh Mahiyyədin oğlundan xx.xx.2021-ci il tarixli, 24062244 saylı müqavilə üzrə 526 manat əsas borc, 5 manat cərimə olmaqla, cəmi 531 (beş yüz otuz bir) manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh Mahiyyədin oğlundan xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 945 manat əsas borc, 9 manat cərimə olmaqla, cəmi 954 (doqquz yüz əlli dörd) manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh Mahiyyədin oğlundan xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 27 manat əsas borc, 1 manat cərimə olmaqla, cəmi 28 (iyirmi səkkiz) manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh Mahiyyədin oğlundan İddiaçı xeyrinə 45 (qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar