Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1754/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “yaşayış binasında mənzil tikilisi haqqında” xx xxxx 2010-cu il tarixli müqaviləyə əsasən ondan aldığı 24240 manat pulun, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh MTK səndr müavini N.Y.Əliyevin imzası və kooperativin möhürü ilə təsdiq edilmiş xx xxxx 2010-cu il tarixli “Yaşayış binasında mənzil tikilisi haqqında” müqavilə ilə həmin müqavilədə göstərilən, kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan yaşayış binasında 1 otaqlı, 60,6 kv.metr ümumi sahəsi olan 32-ci mənzili ona 24240 manat satmışdır. Mənzilin əvəzini tam ödəməyi barədə ona eyni tarixli maliyyə arayışı verilmişdir. Həmin vaxt onun adı X11 olmuşdur. O, müvəqqəti olaraq Rusiya Federasiyasının Moskva şəhərində yaşadığından mənzilə gecgec baş çəkmiş, adı kooperativin qeydiyyat kitabında olmuşdur. Maddi imkanı olmadığı üçün mənzildə təmir işləri gördürməmişdir. 2016-cı ildə mənzilin başqa şəxsə satıldığı məlum olmuşdur. Buna görə də o, iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, iddiası qismən təmin edilərək həmin mənzil onun istifadə və sahibliyinə verilmişdir. Lakin, həmin qətnamədən maraqlarına toxunan şəxs qismində X6 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək onun iddiası rədd edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabedeh mənzili ondan əvvəl X1. Belə olan halda cavabdeh həmin mənzilə görə ondan aldığı 24240 manat pulu qaytarmalıdır. Eyni zamanda, cavabdeh uzun müddətdir ki, onu aldatdığına görə o, əsəb, mənəvi sarsıntı keçirmişdir. Buna görə də cavabdehdən mənəvi zərərin tutulması da tələb edir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddia ərizəsinə yazılı münasibət bildirməmişdir. Mülki iş materiallarında olan: - “adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx xxxx 2018-ci il tarixdə adını İddiaçı kimi dəyişdirmişdir. - Cavabdeh MTK ilə X11 arasında bağlanmış xx xxxx 2010-cu il tarixli “xxxx” müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayoun, M.Xiyabani küçəsində tikilməkdə olan 1 otaqlı, 60,6 kv.metr sahəli, 5-ci mərtəbədə yerləşən 32 nömrəli mənzili 24240 manata S.Məmmədovaya satmış, həmin tarixli maliyyə arayışından görünür ki, 24240 manat məbləğində pul vəsaiti mənzilin dəyəri olaraq S.Məmmədova tərəfindən MTK-ya ödənilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)- 8668/2017 saylı qətnaməsinə əsasən, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilmiş yaşayış binasındakı 1 otaqlı, 60,6 kv.metr ümumi sahəsi olan 32-ci mənzilinin X3 və istifadəsinə verilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-4653/2019 saylı qətnaməsinə əsasən, Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxs X4 apellyaisy aşikayəti təmin edilmiş, Nəsimi Rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, X9 iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X11 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarış Mübarizə Baş İdarəsində Cavabdeh MTK-nın rəhbərliyinin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə xx xxxx 2016-cı il tarixdə mülki iddiaçı və zərərçəkmiş şəxs qismində tanınmışdır. xx xxxxxxx 2009-cu il tarixli “xxxx müqavilə” ilə mübahisəli Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilmiş yaşayış binasının İ giriş, V mərtəbəsindəki bir otaqlı, 60,6 kv.metr ümumi sahəsi olan 32 saylı mənzil X2. Yəni, mübahisəli mənzil X5 məxsus olduğu halda, qeyd edilən mənzillə bağlı hər-hansı bir razılaşma (müqavilə) baölanarkən X4 da iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, MTK ilə X11 arasında bağlanmış müqavilə qanunvericiliyin tələbləti pozulmaqla bağlanmış sayılır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, müəyyən olunur ki, X11 (hazırda İddiaçı) mənzil almaq üçün Cavabdeh MTK ilə müqavilə bağlamış, müqavilə əsasında ona ayrılmış mənzilə görə nəzərdə tutulmuş 24240 manat pulu MTK-ya ödəsə də, son nəticədə müqavilədə nəzərdə tutulan mənzilin S.Məmmədovadan daha öncə başqa bir şəxsə satılmış olduğu müəyyən edilmiş, beləliklə də cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, 24240 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı mənəvi zərərin əvəzi qismində 10000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat hissəsi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X11 ilə Cavabdeh MTK arasında bağlanmış xx xxxx 2010-cu il tarixli müqavilə üzrə ödənilmiş 24240 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1754/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1754/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver