Məhkəmə qərarları › İş №2(001)-1758/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1758/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1758/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1 və Həsənova Elena Vahid qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə mülki işə xx xxxxx 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Həsənova Elena Vahid qızından kredit müqaviləsi üzrə 409,08 manat əsas, 99,39 manat faiz borcu olmaqla ümumilikdə 508,47 manat borcun müştərək qaydada iddiaçının xeyrinə tutulması, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş və borclu Cavabdeh1 409,08 manat əsas, 99,39 manat faiz borcu xx xxxxxx 2017-ci il tarixli, S-FK-193 saylı təhvil-təslim aktına əsasən İddiaçı BOKT QSC-nin idarəetməsinə təhvil verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 224-xx.xx.2014-SM54 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 22 faizlə 2500 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bank ilə digər cavabdeh Həsənova Elena Vahid qızı arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə borc məbləğini cavabdeh bank tərəfindən təqdim edilmiş qrafik üzrə vaxtında və müəyyən olunmuş məbləğdə banka qaytarmağı öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində 409,08 manat əsas, 99,39 manat faiz borcu yaranmışdır. Sonda N.R.Əliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx xxxxxxx 2014-cü il tarixli, 224-xx.xx.2014-SM54 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh1 24 ay müddəyinə illik 22 faiz dərəcəsi ilə 2500 manat kredit verilmişdir. - xx xxxxxxx 2014-cü il tarixli, 224-xx.xx.2014-SM54 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. - Maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya olan əsas borcu xx xxxxxx 2020-ci il tarixə 409,08 manat, faiz borcu 99,39 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1 -ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həsənova Elena Vahid qızı ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia Həsənova Elena Vahid qızına münasibətdə də təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 409,08 manat əsas, 99,39 manat faiz borcu olmaqla ümumilikdə 508,47 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Həsənova Elena Vahid qızından müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-nin iddiası təmin edilsin. 409,08 manat əsas, 99,39 manat faiz borcu olmaqla ümumilikdə 508,47 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Həsənova Elena Vahid qızından tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Həsənova Elena Vahid qızından müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar