Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1761/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli müqavilələrə əsasən, Appel watch ultra 49MM saat, İmei kodu **********52040 X4 11S markalı telefon, Hoco Borofone BW12 qulaqlıq, Hoco TWS bBorofone BW13 qulaqlıq, İmei kodu **********37103 Xiaomi Redmi 10C markalı telefon, X3 2 Lite saat, Panasonic KX ev telefonu, Ütü masası Perilla Nano, Fen-daraq Philips almış və nəticədə 6089 maant borcu yaranmışdır. Cavabdehə öhdəliklərinin icrası ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh borcunu ödəməmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 353,68 manatın, dəbbə puluna görə 106,2 manatın, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 166,02 manatın, dəbbə puluna görə 31,74 manatın, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 754 manatın, dəbbə puluna görə 139,2 manatın, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 548,94 manatın, dəbbə puluna görə 81,6 manatın və xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 3400,02 manatın, dəbbə puluna görə 507,6 manatın ödənilmiş dövlət rüsumuna görə 80,89 manatın Cavabdeh iddiaçı ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, iddiaçı ilə bağladığı müqavilələr üzrə əsas borc tələbini qəbul edir, cərimə tələbi ilə razı deyildir. İddiaçıya olan əsas borcunu hissə-hissə qaytaracaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03861008 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, satıcı qiyməti 1069,97 manat olan X3 2 Lite markalı saatı, Xiaomi Redmi 10C markalı telefonu, Panasonic KX ev telefonu 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 13901900 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, satıcı qiyməti 250 manat olan ütü masasını, Philips markalı fen-darağı 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03563791 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, satıcı qiyməti 1044,95 manat olan X4 11S markalı telefonu, Hoco Borofone BW12 qulaqlığı, Hoco TWS Borofone BW13 qulaqlığı hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03473392 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, satıcı qiyməti 617,91 manat olan Xiaomi Redmi markalı telefonu 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13863503 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, satıcı qiyməti 3399,98 manat olan Appel watch ultra 49MM saatı və qızıl zəmanəti 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 353,68 manat, dəbbə puluna görə 106,2 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 166,02 manat, dəbbə puluna görə 31,74 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 754 manat, dəbbə puluna görə 139,2 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 548,94 manat, dəbbə puluna görə 81,6 manat, xx.xx.2023cü il tarixli müqavilə üzrə əsas borca görə 3400,02 manat, dəbbə puluna görə 507,6 manat, manat olmaqla cəmi 6089 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla bağladığı müqavilələr üzrə öhdəliklərini icra etməyən cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 353,68 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 166,02 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 754 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 548,94 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 3400,02 manat, borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının hər beş müqavilə üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03861008 saylı müqavilə üzrə əsas borca görə 353,68 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2022-ci il tarixli 13901900 saylı müqavilə üzrə əsas borca görə 166,02 manat, dəbbə puluna görə 5 manat, xx.xx.2022-ci il tarixli 03563791 saylı müqavilə üzrə əsas borca görə 754 manat, dəbbə puluna görə 20 manat, xx.xx.2023-cü il tarixli 03473392 saylı müqavilə üzrə əsas borca görə 548,94 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2023-cü il tarixli 13863503 saylı müqavilə üzrə əsas borca görə 3400,02 manat, dəbbə puluna görə 50 manat, dövlət rüsumuna görə 80,89 manat olmaqla cəmi 5398,55 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1761/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1761/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver