Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-180/2022 06.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Babək oğlunun iştirakı ilə İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən 59/13 kredit müqaviləsinə əsasən faiz borcu üzrə 5344.91 manat pulun, 60/13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4359.22 manat, faiz borcu üzrə 2651.75 manat, cərimə borcu üzrə 1700.02 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1081.53 manat olmaqla, cəmi 9792.52 manat pulun və dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş 30.4 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 59/13 nömrəli, 18 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana gündəlik tələbat məqsədi ilə 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 18500 manat məbləğində kredit verilmişdir. Kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2013cü il tarixli, 59/13 saylı, Cavabdeh3 ilə 59/13 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 3-cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Həmçinin İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 60/13 nömrəli, 18 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 10710 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin də icrasının təmin edilməsi məqsədilə digər cavabdehlərlə zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə araşıyışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank Lisenziyasının ləğvindən əvvələ təsadüf etmiş, halbuki cavabdehlər borclarını vaxtında qaytarsaydılar bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və iddia tələbini müdafiə etmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin etirazına münasibətdə isə hesab etmişlər ki, iddia müddəti ötürülməmişdir. Belə ki, Bank 2019-cu ilin may ayında eyni tələblə məhkəməyə müraciət etmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra Fərmanın icrası müddətinin bitməsini gözləmişlər və müddət bitdikdən sonra cavabdehlərə pretenziya göndərmişlər. İddia ərizəsinin baxılmamış saxlanılması müddəti iddia müddətinə hesablanmır. Onlar restruturizasiya ilə bağlı tərəfə müraciət etmiş, lakin cavabdehlərdən hər hansı təklif almamışlar. Eyni zamanda onlar, zaminliyə xitam verilməsi barədə cavabdeh tərəfin mövqeyini də əsassız hesab edirlər. Bundan başqa 59/13 saylı kredit müqaviləsi üzrə ekspertiza tədqiqatının nəticəsi ilə razı olmamışlar və hesab etmişlər ki, aparılan ödənişlərin bank tərəfindən əsas borcdan silinməsinə baxmayaraq, ekspertin silinmələri həm əsas, həm faiz borcundan hesablaması aydın deyildir.
4. Cavabdehlərdən Cavabdeh3 məhkəmə iclaslarında şəxsən iştirak etmiş, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilk məhkəmə baxışında şəxsən iştirak etsələr də sonradan nümayəndəsi və vəkili Vəkil tərəfindən təmsil edilmişlər.
5. Cavabdeh3 iddia tələbinə özünə münasibətdə etiraz etmiş və ona münasibətdə zaminliyə xitam verilməsini xahiş etmişdir. Zaminliyə xitam verilməsi barədə ərizəsini isə müddətin keçməsi ilə əsaslandırmışdır.
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi şəxslərə münasibətdə iddianın əsassız olduğunu bildirmiş, belə ki, hesab etmişdir ki, iddia müddəti və zaminliklə bağlı olan müddət ötürülmüşdür. Bu səbəbdən iddianı rədd olunmasını xahiş etmişdir. Bundan başqa hər iki kredit müqaviləsinin məlum Fərmanın təsir dairəsinə düşməsinə istinad edərək, borcalana kredit müqaviləsinin restrukturizasiya ilə bağlı təklif göndərilmədiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. 18 aprel 2013-cü il tarixli, 59/13 saylı borc verən İddiaçı ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, Bank borc alana istehlak xərclərinin ödənilməsi məqsədi ilə 18500 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Onlar kreditdən istifadə müddəti və qaydası haqqında belə razılaşmışlar ki, borc alana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır, kredit vəsaitindən istifadə müddəti 18 aprel 2016-c il tarixində bitir, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 faizlə hesablanır. Ö cümlədən tərəflər dəbbə pulu barədə də belə razılaşmışlar ki, müqavilə üzrə borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu ödənilməli, hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.11 faizi miqdarda borc verənə dəbbə pulu ödənilməlidir.
8. 18 aprel 2013-cü il tarixli, 59/13 saylı “Bank”-la Cavabdeh2 və “Bank”-la Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 ilə “Bank” arasında bağlanmış 18 aprel 2013-cü il tarixli, 59/13 saylı Təminatsız kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına görə müqavilə ilə nəzərdə tutulmuş qaydada “Bank” qarşısında məsuliyyət daşıyırlar. Məsuliyyətin ölçüsü isə belə müəyyənləşdirilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə “Zamin” və “Borc alan” Bank qarşısında birgə məsuliyyət daşıyacaqlar.
9. Əmanətlərin sığortalanması fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi tərəfindən tərtib edilmiş maliyyə arayışına görə Cavabdeh1 59/13 saylı kredit müqaviləsi üzrə 24 fevral 2021-ci il tarixə əsas borcu yoxdur, müqavilə müddəti üçün isə 5344 manat faiz borcu vardır.
10. 18 aprel 2013-cü il tarixli, 60/13 saylı borc verən İddiaçı ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, Bank borc alana istehlak xərclərinin ödənilməsi məqsədi ilə 10710 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Onlar kreditdən istifadə müddəti və qaydası haqqında belə razılaşmışlar ki, borc alana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır, kredit vəsaitindən istifadə müddəti 18 aprel 2016-c il tarixində bitir, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 faizlə hesablanır. Ö cümlədən tərəflər dəbbə pulu barədə də belə razılaşmışlar ki, müqavilə üzrə borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu ödənilməli, hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.11 faizi miqdarda borc verənə dəbbə pulu ödənilməlidir.
11. 18 aprel 2013-cü il tarixli, 60/13 saylı “Bank”-la Cavabdeh2 və “Bank”-la Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 ilə “Bank” arasında bağlanmış 18 aprel 2013-cü il tarixli, 60/13 saylı Təminatsız kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına görə müqavilə ilə nəzərdə tutulmuş qaydada “Bank” qarşısında məsuliyyət daşıyırlar. Məsuliyyətin ölçüsü isə belə müəyyənləşdirilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə “Zamin” və “Borc alan” Bank qarşısında birgə məsuliyyət daşıyacaqlar.
12. Əmanətlərin sığortalanması fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi tərəfindən tərtib edilmiş maliyyə arayışına görə Cavabdeh1 60/13 saylı kredit müqaviləsi üzrə 24 fevral 2021-ci il tarixə əsas borcu 4359.22 manat, faiz borcu 2651.75 manat, cərimə borcu 1700 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 1081 manat, gecikdirilmiş gün sayı 1773 gündür.
13. 03 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borc öhdəliyi barədə məlumat verilməklə onlardan borcun qaytarılması tələb edilmiş, əks halda mıhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq məktubu rabitə orqanına verilsə də, çatdırılması barədə hər hansı qeyd müəyyən edilmir.
14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 3614/2019 saylı qərardadına əsasən Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Baxılmamış saxlamanın əsası Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı iddiaçının mübahisənin məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etməməsi olmuşdur. İddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 3614/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13877/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş və qərardadda göstərilmişdir ki, istinad olunan Fərmanda nəzərdə tutulanlarla bağlı işin məhkəmədən kənar həll edilməsinə dair yeni əsaslar yaranmışdır. Məhz bu baxımdan Fərmanda göstərilənlərin tətbiqi mövcud kredit müqavilələri üzrə öhdəliyin icrasının tələb edilməsi imkanlarını məhdudlaşdırır. Tərəflərin, ilk növbədə kreditorun mövcud olan münasibətlərin Fərmanın təsir dairəsinə düşməsi ilə bağlı məhkəməni və borclunu məlumatlandırmaq vəzifəsi vardır. Borclunun isə bu məlumatı aldıqdan sonra kompensasiya əldə etmək, icra edilməyən öhdəliyin qaldığı halda yeni mühüm şərtlərin razılaşdırılan müqavilənin bağlanması imkanı tanınır. Lakin Fərmanda göstərilən son müddətin, yəni 45 gün müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq kreditorun borclunu məlumatlandırmasına dair öz üzərinə düşən vəzifəsini yerinə yetirməmiş və faktiki olaraq hazırkı mülki işin icraatının davam etdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Hər bir halda Fərmanın tələbinə əsasən mövcud kredit münasibətləri üzrə öhdəliyin icrasının tələb edilməsi istisna olduğundan kredit verən təşkilatlara tövsiyyə olunmuşdur ki, məhkəmlərdə başlanmış icraatların geri çağrılmasını təmin etsinlər. Lakin göründüyü kimi, Fərmanın bu tələbinə də əməl olunmur. Məhkəmə tərəfindən yaranmış vəziyyətə aydınlıq gətirilməsi ilə bağlı iddiaçı tərəfə sorğu göndərilməsinə baxmayaraq məsələnin müsbət həlli mümkün olmamışdır.
16. Bundan başqa həmin qərardadda qeyd edilmişdir ki, hazırkı kredit borcu Fərmanın təsir dairəsinə düşməklə, müqavilə restrukturizasiya olunmalıdır. Lakin, cavabdehlə əlaqə yaradılmadığından müqavilə bağlana bilməmişdir.
17. Həmin mülki iş Binəqədi Rayon Məhkəməsinə xx.xx.2020-ci ildə qaytarılmışdır.
18. Hazırki icraat çərçivəsində kredit borcunun müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən mühasibatlıq ekspertizası təyin edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/5726 nömrəli rəyinə əsasən borcalanın 59/13 saylı kredit müqaviləsi üzrə əsas borcunun 3176.31 manat, faiz borcunun 631.73 manat olduğu, 60/13 saylı kredit müqaviləsi üzrə isə əsas borcunun 5619.91 manat, faiz borcunun 1607.92 manat olduğu müəyyən edilmişdir.
20. Bundan sonra məhkəmə ekspert rəyinin əsassızlığı qənaətinə gəlməklə xx.xx.2021-ci il tarixli qərardadı ilə təkrar mühasibatlıq ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2022-ci il tarixli, 9/8397 nömrəli rəyinə əsasən başqa(sonuncu tədqiqat aparan) ekspert əvvəlki ekspertiza tədqiqatının nəticəsində müəyyən edilən məlumatları təkrarlamışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində qiymətləndirilmişdir.
22. Problemli kreditlərin kompensasiyası ilə bağlı sorğulanmış və məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-yə restrukturizasiya edilməli olan kredit borcu 4359.22 manat təşkil edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
23. Borc verən İddiaçı ASC ilə borc alan Cavabdeh1 arasında 18 aprel 2013-cü il tarixdə məbləği 18500 və 10710 manat olan iki kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilmişdir. Kredit müqavilələrinin təminatı olaraq digər cavabdehlərlə zaminlik müqavilələri bağlanmışdır. Borcalan kredit müqavilələri üzrə kreditin məxaric edildiyini mübahisələndirməmiş və krediti əldə etdiyini qəbul etmişdir.
24. Bundan başqa borcalanla kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında dəbbə pulunun ödənilməsi barədə razılıq da olmuşdur.
25. Kredit müqaviləsinin müddəti 18 aprel 2016-cı ildə bitməsinə baxmayaraq, borcalanın kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi qalmışdır. Bununla bağlı cavabdehlərə pretenziya məktubu göndərilsə də, bir nəticə əldə olunmamışdır və bank kredit borcunun qaytarılması tələbi ilə ilk dəfə məhkəməyə xx.xx.2019-cu ildə müraciət etmiş və həmin iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmış, baxılmamış saxlama barədə qərardaddan verilmiş şikayət dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Baxılmamış saxlama barədə qərardadın qəbul edilməsinə səbəb Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı olmuşdur. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra mülki iş xx.xx.2020-ci ildə məhkəməyə qaytarılmışdır. Bundan sonra da borcalan məlum fərmanla əlaqədar banka müraciət etməmiş və Fərmanın təsir dairəsinə düşmüş kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı cəhd göstərməmişdir. Halbuki borcalanın bank qarşısında icra edilməmiş öhdəliyi qalmış və 4359.22 manat qalıq əsas borcunun restrukturizasiya edilməsinin mümkünlüyü müəyyən edilmişdir.
26. Nəticədə bank xx.xx.2021-ci il tarixdə kredit borcunun qaytarılması ilə bağlı yenidən məhkəməyə müraciət etmişdir. Cavabdehlər həm kredit müqaviləsi üzrə iddia müddətinin ötürüldüyünə, həm zaminliklə bağlı tələb hüququnun keçdiyinə, həm 59/13 saylı kredit müqaviləsi üzrə borc öhdəliklərinin qalmadıqlarına istinad edirlər və iddianı özlərinə münasibətdə müvafiq hissədə tamamilə qəbul etmirlər. İddiaçı isə iddia müddətinin ötürülmədiyinə, məhkəməyə vaxtında müraciət etdiklərinə istinad edirlər və iddianı müdafiə edərək təmin edilməsini xahiş edirlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
31. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
32. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
34. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
36. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
39. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
41. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
42. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
43. İşin hallarından müəyyən edildiyi kimi tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, borcalan Cavabdeh1 yuxarıda qeyd olunan kreditləri qəbul etmiş və müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməyi üzərinə götürmüşdür. Zaminlər isə borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora vurulan zərərə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdürlər. Lakin borcalan müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmiş, bununla da müqavilə üzrə öhdəliyini pozmuşdur. Borcalanın kredit müqaviləsi üzrə borcunun yaranması işin halları ilə sübut olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə zaminlərlə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımalıdırlar.
44. Buna baxmayaraq məhkəmə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin iddia ərizəsində tələb olunan məbləğdə deyil, aşağıdakı qaydada müəyyən edilməsi qənaətindədir.
45. Belə ki, iddiaçı 59/13 saylı kredit müqaviləsi üzrə borcalanın 5344.91 manat faiz borcunun qaldığını iddia etsə də, ekspertiza tədqiqatı nəticəsində bankın təqdim etdiyi hesabdan çıxarış məlumatlarına əsasən həmin kredit müqaviləsi üzrə əsas borcun 3176.31 və faiz borcunun 631.73 manat olduğu müəyyən edilmişdir. Belə ki, ekspertlər müəyyən etmişdir ki, həmin kredit müqaviləsi üzrə borcalan faiz borcundan 5957.31 manat, əsas borcdan 15323.69 manat olmaqla, cəmi 21281 manat ödəniş etmişdir. Həmin rəydə diqqət çəkən məqam borcalanın xx.xx.2014-cü il tarixdə birdəfəyə 17866 manat ödəniş etməsidir. Məhkəmə bankın əsas borcun tamamilə ödənilmiş olması və borcalanın yalnız faiz borcunun qalmış olması barədə mövqeyinə tənqidi yanaşaraq, ekspertin rəyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, Problemli Kreditlərin Kompensasiyası ilə bağlı sorğulanmış məlumatda Cavabdeh1 münasibətdə 59/13 saylı müqavilə üzrə hər hansı restrukturizasiya məbləğinin göstərilməməsi ehtimal olunur ki, bank tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilmiş sənədlərdə həmin müqavilə üzrə qalıq əsas borcun olmaması ilə bağlı qənaəti olmuşdur. Belə ki, əsas borcdan 17000 manatadək qalıq qalmış olsa idi hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinməli olacaqdı.
46. Bu səbəbdən məhkəmə iddiaçının 59/13 saylı kredit müqaviləsi üzrə yalnız faiz borcunu tələb etməsini nəzərə alaraq hesab edir ki, məhkəmə iddia tələbi ilə bağlı olduğundan və vaxtı keçmiş kredit borcu üzrə faizlər və dəbbə pulları silinməli olduğundan iddia həmin hissədə əsassız hesab edilməməlidir.
47. Məhkəmə 60/13 saylı kredit müqaviləsi üzrə də eyni hüquqi dəyərləndirmə apararaq o qənaətə gəlir ki, iddiaçının əsas borcdan əlavə, faiz, cərimə və digər məbləğləri tələb etməsi əsaslı hesab edilə bilməz.
48. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin(faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi) silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
49. Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasinın 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndinə əsasən Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir.
50. Eyni zamanda qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
51. Odur ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin bununla bağlı borcalana kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı bildirişin göndərilməsi müəyyən edilmir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Hər bir halda belə bildiriş göndərilmiş olsa belə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.
52. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
53. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
54. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
55. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
56. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, 60/13 saylı kredit müqaviləsi üzrə kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz.
57. Odur ki, cavabdeh X2 18 aprel 2013-cü il tarixli, 60/13 saylı kredit müqaviləsi üzrə borcu 4359.22 manat məbləğində müəyyən edilməlidir və həmin borcun cavabdehlərdən tutulub-tutulmaması, iddia müddətinin ötüb-ötməməsi ilə bağlı məsələyə aşağıda hüquqi qiymət veriləcəkdir. Eyni zamanda məhkəmə ekspertiza tədqiqatı nəticəsində 18 aprel 2013-cü il tarixli, 60/13 saylı kredit müqaviləsi üzrə əsas borcun 5619.91, faiz borcunun 1607.92 manat olduğu qənaəti ilə razılaşsa da, lakin hesab edir ki, həm yuxarıda qeyd olunan Probemli kreditlərin sorğulanması barədə çıxarış, həm iddia tələbinin həddi ilə məhkəmənin bağlılığı baxımından kredit borcu iddia tələbi həddində müəyyən edilməlidir.
58. İddia müddəti ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, borc qalığının olduğu müəyyən edilən kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir.
59. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
60. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
61. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
62. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
63. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
64. 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
65. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
66. 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə.
67. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
68. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
69. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
70. 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
71. Hazırki mübahisədə müəyyən edilən işin halları ondan ibarət olmuşdur ki, kredit müqaviləsinin müddəti 18 aprel 2016-cı ildə bitmişdir və iddia müddətinin axımı həmin vaxtdan hesablanmağa başlamışdır. İddia müddəti 18 aprel 2019-cu ildə bitməli olduğu halda iddiaçı kredit müqaviləsi üzrə borcun tələb edilməsi ilə bağlı iddia ərizəsini ilk dəfə xx.xx.2019-cu ildə təqdim etmişdir, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3614/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13877/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin qərardad qüvvədə saxlanılmışdır, mülki iş məhkəməyə xx.xx.2020-ci ilə qaytarılmışdır, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır, iddiaçının hazırki iddia ərizəsi xx.xx.2021-ci ildə məhkəməyə daxil olmuşdur.
72. Odur ki, iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı iddia müddəti ilə bağlı yuxarıda sadalanan normalar işin hallarına uyğun təhlil edilməlidir. Bu məqamda iddia ərizənin baxılmamış saxlanılması ilə bağlı, iddia müddətinin axımının kəsilməsi ilə bağlı, iddia müddəti axımının dayandırılması ilə bağlı və iddia müddətinin bərpası ilə bağlı qanunvericiliyin müəyyən etdiyi qaydaların mübahisənin faktiki vəziyyətinə uyğunluğuna qiymət verilməlidir.
73. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin mövqeyini ona görə əsassız hesab edir ki, iddiaçı ilk dəfə iddiasını prosessual qanunvericiliyə əsasən müəyyənləşdirilmiş qaydada vaxtında irəli sürmüşdür və bu fakt iddia müddətinin axımının kəsilməsinə səbəb olmalıdır.
74. Belə ki, kreditor iddia ərizəsini tərtib edən zaman(hansı ki 2(001)-3614/2019 saylı mülki işin elektron məlumatlarından görünür ki, iddia ərizəsi 28 fevral 2019-cu ildə imzalanmışdır)məlum Fərmanın qəbul ediləcəyindən, Fərmanın prosessual mexanizmlərindən, məhkəmə təcrübəsindən xəbərdar ola bilməzdi, üstəlik fərmanın təsir dairəsinə düşən iddia ərizələrinin baxılmamış saxlanması barədə məhkəmə təcrübəsi də Fərmanın qəbul edilməsindən xeyli sonra formalaşmışdır. Bu baxımdan yanaşdıqda iddia ərizəsi müəyyənləşdirilmiş qaydada məhkəməyə təqdim edilmişdir.
75. Lakin bu zaman haqlı olaraq sual ortaya çıxa bilər ki, iddia ərizəsi müəyyənləşdirilmiş qaydada təqdim edilsə də, lakin sonradan baxılmamış saxlanılmışdır və baxılmamış saxlama zamanı iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməli olması barədə qayda hansı səbəbə görə hazırki mübahisəyə tətbiq edilmir.
76. Bununla bağlı qeyd edilməlidir ki, prosessual qanunvericilikdə iddia ərizəsinin baxılmamış saxlanılmasının müxtəlif və konkret əsasları göstərilmişdir. Həmin əsaslara nəzər yetirdikdə aydın olur ki, baxılmamış saxlamanın əsasları ümumi olaraq ya iddiaçının iradəsi, ya da iddiaçının prosessual qaydalara əməl etməməsindən irəli gələn səhvi ilə şərtləndirilmişdir. Bununla yanaşı MPM-nin 259.0.1-ci maddəsində göstərilmişdir ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Bu normadan aydın olur ki, pretenziya qaydasına əməl etmək şərti ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. Halbuki prezidentin fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən normativ hüquqi akt olsa da qanun hesab edilmir. Buna baxmayaraq məlum Fərmanın qəbulundan sonra kredit mübahisələri üzrə mübahisənin həll edilməsinin yeni əsasları yaranmışdır, lakin bu hal da kreditorun müəyyənləşdirilmiş qaydada iddia irəli sürmüş olmasını və müddətin axımının kəsilməsini istisna etmir. Əks yanaşma məhkəmə müdafiəsi təminatının əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərinə uyğun olmazdı.
77. Təsadüfi deyildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında ədalətli məhkəmə araşdırması hüququna xüsusi önəm vermişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, "mülki hüquq və vəzifələr" ilə bağlı "mübahisə" yarandıqda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində şəxsin öz mülki hüquq və vəzifələri ilə bağlı məhkəməyə və ya tribunala iddia ərizəsi ilə müraciət etmək hüququ təsbit edilmişdir. Bununla, həmin maddənin bir xassəti də məhkəmələrdə mülki icraatın başlanmasına hüquq verən “məhkəməyə müraciət etmək hüququ”ndan ibarətdir. Əlavə olaraq bura həm məhkəmənin təşkili, həm də tərkibi, icraatın aparılması ilə əlaqədar 6-cı maddənin 1-ci bəndində müəyyən edilən zəmanətlər əlavə olunur. Bütün bunların hamısı ümumilikdə “ədalətli məhkəmə araşdırması” hüququnu təşkil edir (X1rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar, § 36).
78. Bundan başqa iddia müddətinin axımının dayandırılması ilə bağlı Mülki Məcəllənin 379–cu maddəsində sadalanmış əsasların mövcudluğu da hazırki mübahisədə yoxdur. Çünki həmin hallar konkret hadisələrin, faktların mövcudluğu əsası ilə şərtlənmişdir.
79. Bundan əlavə iddianın əsaslılığına iddia müddətinin üzürlü və ya üzrsüz səbəbə görə ötürülməsi meyarından da qiymət vermək düzgün hesab edilə bilməz. Belə ki, MM-nin 382-ci maddəsinə əsasən iddia müddətinin bərpasının mümkünlüyü fiziki şəxsin şəxsiyyəti ilə bağlı olan səbəblərdir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.
80. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.
81. Lakin məhkəmə hər bir halda Fərmanın mövcudluğunu, yaranmış hüquq münasibətlərinin xarakterini nəzərə almaqla hüquqdan sui-istifadəyə imkan verə bilməz.
82. Bu mənada məhkəmə o qənaətə gəlir ki, iddia müddətinin ötürülübötürülməməsi məsələsinə eyni zamanda hüquqdan sui-istifadə baxımından da qiymət verilməlidir.
83. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış hüquqi mövqeyə görə, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
84. Həmçinin oda nəzərə alınmalıdır ki, ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir.
85. Eyni zamanda nəzərə alınmalıdır ki, hüquq normalarının bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır. Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır.
86. Bu səbəbdən məhkəmə iddiaçının fərmanın icrasından irəli gələn məsələlərlə bağlı müraciətlərin qəbulunun bitməsindən və iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı məhkəmə qərardadının qanuni qüvvəyə minməsi və sənədlərini geri almasından təqribən 1 il sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etməsini hüquqdan sui-istifadə hesab etmir. Çünki bankın ləğv etmə prosesində olması və Fərmanın icrası ilə bağlı vətəndaşların axtarılması və onlarla yeni müqavilələrin bağlanması üçün, o cümlədən Fərmanın icrası zamanı çoxlu sayda mübahisələr yarandığından və bunun öz həllini tapması üçün tələb olunan müddət nəzərə alındıqda, ötən 1 il ağlabatandır. Üstəlik hamıya məlumdur ki, 2020-ci ilin müxtəlif dövrlərində məhkəmə işlərində məhdudiyyətlər olmuş, vətəndaşların qəbulu dayandırılmış, yalnız təxirəsalınmaz məsələrlə bağlı prosessual hərəkətlər həyata keçirilmişdir.
87. Beləliklə məhkəmə hesab edir ki, 18 aprel 2013-cü il tarixli, 60/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 4359,22 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
88. Məhkəmə 18 aprel 2013-cü il tarixli, 60/13 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliyinin digər cavabdehlər, yəni zaminlərdən də müştərək qaydada tutulması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
89. Mülki Məcəllənin:
90. 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
91. 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.
92. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır.
93. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, “bu müqavilə tərəflərin imzaladığı vaxtdan qüvvəyə minir və bu müqavilənin 7.1-ci bəndində və ya qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir”. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.
94. Görünür ki, 18 aprel 2013-cü il tarixli, 60/13 saylı müqavilə üzrə kredit öhdəliyinin icrası vaxtı 18 aprel 2016-cı il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmiş, iddia ərizəsini ilk dəfə xx.xx.2019-cu ildə təqdim etmiş, həmin iddia ərizəsi baxılmamış saxlanılmış, hazırki iddia tələbi ilə isə 15 mart 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verilməli və zaminlərə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:
95. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:
96. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 18 aprel 2013-cü il tarixli, 60/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 4359,22 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
97. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun 10 (on) manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməli, 20.4 (iyirmi manat qırx qəpik) manat məbləğində hissəsi isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
98. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (yüz) manat məbləğində vəsaitin 50 (əlli) manat məbləğində hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 150 (yüz əlli) manat məbləğində hissəsi isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
99. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 18 aprel 2013-cü il tarixli, 60/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 4359,22 (dörd min üç yüz əlli doqquz manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun 10 (on) manat məbləğində hissəsi iddiaçıya aid edilsin, 20.4 (iyirmi manat qırx qəpik) manat məbləğində hissəsi isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (yüz) manat məbləğində vəsaitin 50 (əlli) manat məbləğində hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 150 (yüz əlli) manat məbləğində hissəsi isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev