Məhkəmə qərarları › İş №2(001)-1823/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1823/2021

07.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1823/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı ½ hissədə mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilindən istifadəsinə, həmçinin mənzilə giriş-çıxışına maneələr yaratmasının cavabdehə qadağan olunmasına, mənzilin yaşayış otağı ilə mətbəxi arasındakı qapısının cavabdehin hesabına açılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ½ hissədə mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilindən istifadəsinə, həmçinin mənzilə girişçıxışına maneələr yaratmasının cavabdehə qadağan olunmasına, mənzilin yaşayış otağı ilə mətbəxi arasındakı qapısının cavabdehin hesabına açılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, tərəflər 08.09.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuş, sonradan həmin nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.10.2008-ci tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzili onların hər birinin ½ hissədə olmaqla paylı mülkiyyətlərindədir. Ümumi sahəsi 42 m2 olan mənzilin 22 m2 yaşayış, qalan 20 m2 sahəsi isə köməkçi sahədən ibarətdir. Mənzilin 22 m2 olan yaşayış sahəsindən 11 m2 və 20 m2 köməkçi sahədən isə 10 m2 iddiaçının, qalan hissə isə cavabdehin istifadəsindədir. Mənzilin texniki pasportuna əsasən binanın blokundan daxil olmaqla bir giriş qapısı vardır. Həmin qapıdan hazırda cavabdeh istifadə edir və iddiaçıya həmin qapıdan mənzilə daxil olmağa imkan vermir. Cavabdeh mənzilin yeganə yaşayış sahəsi 22 m2 olan otağına da iddiaçıya daxil olmağa imkan vermir. Belə ki, cavabdeh iddiaçını mənzilin mətbəxinə sıxışdırıb orda yaşamağa məcbur edir. Hazırda cavabdeh tərəflərin paylı mülkiyyətlərində olan mənzildən demək olar ki, tam özü istifadə edir. Bundan başqa, cavabdeh yaşayış otağı ilə mətbəxin arasında olan qapını da bağlayaraq iddiaçını otağa keçməkdən, oradan istifadə etməkdən, mənzilin qanuni qapısının giriş-çıxışından qanunsuz məhrum etmişdir. İddiaçıda məcbur olub mətbəxdən küçəyə qapı açmışdır. İcra hakimiyyəti tərəfindən iddiaçı dəfələrlə həmin qapını bağlaması barədə xəbərdar edildiyindən iddiaçı çıxılmaz vəziyyətdə qalmışdır. Bir tərəfən cavabdeh iddiaçını mənzilə buraxmır, digər tərəfdən dövlət orqanları ondan açdığı qapını bağlamağa məcbur edirlər. İİ qrup əlil olan iddiaçının cavabdehlə nikahı pozulduqdan sonra o, səhhətilə bağlı məcbur olub başqa qadınla ikinci dəfə nikaha daxil olmuşdur. İddiaçı mülkiyyətində olan 22 m2 sahə əvəzinə cavabdehin qanunsuz hərəkətləri nəticəsində arvadı ilə bir yerdə cəmi 4,6 m2 sahədən istifadə edə bilir. İddiaçı cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, lakin bunun nəticəsi olmamış, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Mənzil tərəflər arasında natural qaydada bölünməmiş, mənzilin bölünməsi də mümkün deyildir. Mənzilin tərəflər arasında natural qaydada bölünməsinə dair Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli qətnaməsində də mənzilin hansı qaydada bölünməsi müəyyən edilməmişdir. Ona görə də həmin qətnamənin icrası da qeyri-mümkündür. Göründüyü kimi, qətnamə tam əhəmiyyətsiz hal yaratmaqla heç bir şeyi həll etmir. Belə bir hal iddiaçının mülkiyyət hüququndan istifadəyə mane ola bilməz. Həmin mülki işə baxılarkən iddiaçı cavabdehlə mənzili aralarında tam olaraq ½ hissədə bölmüşdülər. Lakin, sonradan cavabdeh iddiaçının mənzildə olmamasından sui-istifadə edərək qanunsuz olaraq mənzili qeyri-bərabər bölərək iddiaçını cəmi 4,6 m2 sahədə yaşamağa məcbur etmişdir. İddiaçı cavabdehlə yaşayan qızını nəzərə alaraq müvəqqəti də olsa bu vəziyyətlə barışmağa razı olmuşdur. Lakin, son vaxtlar cavabdehin iddiaçıya qarşı yönəlmiş qanunsuz hərəkətləri iddiaçını öz hüquqlarından tam istifadə etməyə məcbur edir. Ona görə də, iddiaçının ½ hissədə mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilindən istifadəsinə, həmçinin mənzilə girişçıxışına maneələr yaratmasının cavabdehə qadağan olunmasına, mənzilin yaşayış otağı ilə mətbəxi arasındakı qapının cavabdehin hesabına açılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, nikahı pozulduqdan sonra İddiaçı mənzilin qapısını bağlayaraq onu uşağı ilə birlikdə mənzilə buraxmamışdır. O, məcbur olub məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 23.07.2008-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşma çatmamış uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilə köçürülmüşdür. Binəqədi Rayon Məhkəməsinin 02.04.2013-cü il tarixli qətnaməsi ilə onların hər birinin Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilinə ½ hissədə olmaqla mülkiyyət hüquqları tanınmışdır. Bundan sonra İddiaçı ona qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi barədə iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli qətnaməsi ilə həmin iddia, illər əvvəl faktiki olaraq mənzilin onlar arasında naturada bölünməsini və faktiki olaraq istifadə qaydalarının müəyyən olunmasını nəzərə alaraq təmin edilmişdir. Belə ki, daha əvvəl birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair işə baxarkən məkhəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən mənzil sənədlə bir otaq olsa da, faktiki olaraq iki otaqdan ibarətdir. Onun mənzilə köçürülməsinə dair Binəqədi Rayon Məhkəməsinin 23.07.2008-ci il tarixli qətnaməsi icraya yönəldiyi vaxtdan mənzil faktiki olaraq, İddiaçı özünün razılığı ilə iki hissəyə bölünmüş, nəticədə 1 otaq, dəhlizin bir hissəsi və hamam otağı onun istifadəsinə verilmiş, 1 otaq dəhlizin bir hissəsi və mətbəx İddiaçı istifadəsində qalmışdır. İddiaçı özünün istifadəsində qalmış hissənin qapısını həyətə açaraq özünə giriş-çıxış yolu açmışdır. Onların yaşadıqları binanın birinci mərtəbəsində yerləşən demək olar bütün mənzillərin giriş çıxışı həyətə açılır. O, isə mənzilin blok qapısından istifadə etməklə istifadəsində qalmış dəhlizdə mətbəx düzəltmişdir. Mənzildə müəyyən olunan istifadə qaydaları İddiaçı özünün razılığı, təşəbbüsü və hətta onu görmək istəməməsi bəhanəsi ilə təkidi əsasında bölünmüş, ara qapı iddiaçının tələbi tikilmişdir. Onlar paylı mülkiyyətlərin olan mənzildən artıq 13 ildir ki, mövcud qaydada istifadə edirlər. Bu müddət ərzində iddiaçı mənzildən belə qaydada istifadə etmələrinə etiraz bildirməmişdir. Bu da ümumi iddia müddətinin belə keçməsini birbaşa təsdiq edir. Ona görə də İddiaçı iddia tələbinə iddia müddətinin təbiq edilməklə, iddianın əsassız olması səbəbindən təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.11.2013-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilinə dair İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə olmaqla paylı mükiyyət hüqquqları daşınmaz əmlakın dövlət reyestrində 758 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 08.10.2014-cü il tarixdə verilmiş AZ-İ 199948 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X4 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14.05.2009-cu il tarixdə 122 saylı qeyd aparılmış, nikah ləğv edildikdən sonra arvada Nəsirova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli 2(001)-3081\2015 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsinə dair iddia ərizəsi təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilinin iddiaçı X3 ilə Cavabdeh arasında özlərinin müəyyən etdiyi qaydada, bərabər paylarda bölünməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli 2(001)-3081\2015 saylı qətnaməsindən daha sonra müəyyən olunur ki, məhkəmə iclasında iddiaçı X3 paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilinin naturada bölgüsü ilə bağlı cavabdehlə razılığa gəldiklərini, Cavabdeh etibarnaməyə əsasən nümayəndəsi X7 isə iddia tələbini qəbul edərək təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli 2(001)-4760\2020 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh X2 qarşı qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.08.2021-ci il tarixli 10\1818 saylı rəyindən müəyyən olunur ki, mənzilin sanitar qovşağından, dəhliz tikilisindən və yaşayış otağından cavabdeh istifadə edir. Mənzilin mətbəx sahəsindən və əlavə artırılmış sahəsi 12,8 m2 olan dəhliz kimi istifadə olunan sahəsindən isə iddiaçı istifadə edir. İddiaçıya məxsus sanitar qovşağı həyətyanı sahədə yerləşir. Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilinin yaşayış otağı ilə mətbəxi arasında olan qapı bağlanmışdır. Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilinin yaşayış otağı ilə mənzili arasında olan qapı İddiaçı mənzilin faktiki istifadə etdiyi sahəsindən istifadəsinə maneələr yaratmır. Lakin iddiaçı mülkiyyətində olan digər otaqlardan istifadə edə bilmir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər hər birinin ½ hissədə paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilindən hazırkı vəziyyətdə, yəni qapının bağlanması, iddiaçının girişinin başqa istiqamətdən olması barədə istifadə qaydalarının müəyyən edilməsinə dair qarşılıqlı razılığa gəlməklə uzun müddət bu razılıq əsasında paylı mülkiyyətlərində olan mənzildən istifadə etmiş, hal-hazırda da həmin qaydada mənzildən istifadə etməkdə davam edirlər. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilinin yaşayış otağı ilə mətbəxi arasında olan qapı İddiaçı mənzilin faktiki istifadə etdiyi sahəsindən istifadəsinə maneələr yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1.-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə qaydalarının müəyyən edilməsi onun bütün mülkiyyətçilərinin razılaşması əsasında mümkün olduğundan, qanuni qüvvəsini alan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.05.2015-ci il tarixli 2(001)- 3081\2015 saylı qətnaməsi ilə tərəflərin paylı mülkiyyətlərində olan mənzildən faktiki olaraq istifadə etmələrinə dair öz aralarında əldə etdikləri razılaşma təsdiq edildiyindən, bu razılaşmaya əməl edən cavabdeh iddiaçıya elə onun razılığı ilə müəyyən edilən istifadə qaydalarına uyğun mənzildən istifadə etməsində maneələr yarada bilməz. Ona görə də məhkəmə iddiaçının iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməməsi əsası ilə iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə cavabdehin iddia müddətinin təbiqi ilə bağlı ərizəsinə münasibət bildirib qeyd edir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir.(MM-nin 384.0, 384.0.4.-cü mad.) Bu səbəbdən məhkəmə mülkiyyətçi olan iddiaçının iddia tələblərində istinad etdiyi halları, yalnız sübuta yetirə bilməməsi əsası ilə iddia ərizəsini təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı ½ hissədə mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 4 saylı evin 105 saylı mənzilindən istifadəsinə, həmçinin mənzilə girişçıxışına maneələr yaratmasının cavabdehə qadağan olunmasına, mənzilin yaşayış otağı ilə mətbəxi arasındakı qapısının cavabdehin hesabına açılmasına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar