Məhkəmə qərarları › İş №2(001)-1832/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1832/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1832/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu il təvəllüdlü X6 və xx xxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment ödənişi məbləğinin artırılmaqla hər ay, hər uşağa görə sabit pul məbləğində 175 manat, cəmi 350 manat miqdarında Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülki iş üzrə Cavabdeh ilə xx xxxx 2008ci il tarixdə dövlət qeydiyyatlı nikahla ailə qurmuşdur. Bu nikahdan xx xxxx 2009-cu il tarixdə doğulmuş Elvin və xx xxx 2010-cu il tarixdə doğulmuş Elmir adlı iki uşaqları vardır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-1700/1019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx xxxx 2009-cu il təvəllüdlü X6 və xx xxx 2010-cu il təvəllüdlü X3 onun, yəni anasının yanında qaldığı müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Bu günə qədər müxtəlif çətinliklər və olmazın əziyyətlərlə övladını saxlamış, lakin bu təkcə onun vəzifəsi deyildir və cavabdeh də, bir valideyin olaraq övladının saxlanmasında məsuldur. Cavabdeh uşaqlarının saxlanmasında iştirak etmir, maddi təminatlarının ödənilməsi istiqamətində heç bir köməklik göstərmir. Halbuki, 2018-ci ilin iqtisadi qiymətləri yüksəlmiş xərclər artmışdır. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Hazırda Azərbaycan Respublikasında uşaqların saxlanma minimumu 170 manat müəyyən edilmişdir. Belə olan halda aliment ödənişi üzrə məbləğ artırılmalıdır. Amma uşağın xərcləri bu məbləğlə bitmir və cavabdeh bu xərclərdə iştirak etməlidir. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəblərdən prosesdə iştirak edə bilməyəcəyini nəzər alıb işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirilmişdir, iddianı müdafiə edir və cavabdehdən himayəsində olan az yaşlı uşaqların saxlanmaları məqsədi ilə ödənilməli olan aliment məbləğinin artırılması haqqında qətnamə qəbul edilməsini istəyir. Ona görə ki, cavabdeh özəl firmada ekpeditor işləyir və yüksək gəlirə malikdir. Digər tərəfdən Azərbaycan Respublikasında uşaqların yaşayış (saxlanma) minimumu 175 manat müəyyən olunmuşdur. Ona görə də cavabdehdən uşaqların saxlanmaları üçün ümumilikdə 350 manat məbləğində aliment məbləğinin tutulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh hal-hazırda 525 manat aylıq əmək haqqı aldığını nəzərə alaraq onun qazancının 3/1 hissədə tutulmasını xahiş edir. Ona görə ki, cavabdehin himayəsində yaşlı xəstə anası var, başqa gəlirləri yoxdur. Həmçinin aralarında olan razılaşmaya əsasən iddiaçının 30.000 manat olan borcunu cavabdeh ödəyir. Onun hal-hazıra kimi alimenti borcu yoxdur. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1700/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2008-ci il tarixdə bağlanmış və 601 nömrə ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, qarşılıqlı iddia üzrə nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2009-cu il təvəllüdlü X6 və xx xxx 2010-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalması, xx xxxx 2009-cu il təvəllüdlü X6 və xx xxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması, Alimentin məbləğinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaiti dövlət mədaxilinə ilk iddia üzrə iddiaçı Cavabdeh alınması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx xxxxxx 2021-ci il tarixli arayışına əsasən Cavabdeh “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsində çalışır. Aylıq əmək haqqı 525 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1700/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2008-ci il tarixdə bağlanmış və 601 nömrə ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2010-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx xxxx 2009-cu il təvəllüdlü X6 və xx xxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı ödənilən alimentin miqdarının uşağların tələbatını ödəmədiyini göstərərək alimentin məbləğinin artırılaraq xx xxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə himayəsində yaşlı anasının olmasının nəzərə alınmasını və uşaqların saxlanılması üçün qazancın (başqa gəlirlərin) 3/1 hissədə tutulmasını xahiş edir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən xx xxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2010-cu il təvəllüdlü X1 üçün hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşaqların yaşlarını və sayını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx xxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1700/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2009-cu il təvəllüdlü X4 və xx xxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1700/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar