Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1839/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş zərərə görə 6.149,3 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və 81,5 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6.530,8 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında daha öncəki tarixlərdə, eləcə də 16 mart 2020-ci il tarixində 07-72 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında birlik abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarrnın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 26 fevral 2018-ci il tarixli ******* saylı akt əsasında 927 manat, 27 mart 2018-ci il tarixli ******* saylı akt əsasında 227,20 manat, 30 aprel 2018-ci il tarixli ******* saylı akt əsasında 208,20 manat, 29 may 2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 29 iyun 2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 25 iyul 2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 28 sentyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 403,20 manat, 31 oktyabr 2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 30 noyabr 2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 28 dekabr 2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 31 yanvar 2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, 28 fevral 2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, 29 mart 2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, 30 aprel 2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, 30 may 2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28 iyun 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31 iyul 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 avqust 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 sentyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat, 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında 396 manat, 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28 fevral 2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat cəmi 5.810 manat təşkil etməkdədir. Cavabdehin 03/20xx-xx/2021 tarixləri arasında istifadə olunan qazın həcminə uyğun olaraq sərfin məbləği ilə birlikdə borcu 6.149,30 manat məbləğində çatmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə sərfin məbləği ilə birgə ümumi olaraq 6149,30 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində birliyə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, qaz xəttinə heç vaxt qeyri-qanuni qoşulmamış, iddiaçının işçiləri tərəfindən tərtib edilmiş aktlardan da xəbəri olmamışdır. Onun qonşularına da oxşar aktlar tərtib edilərək verilmişdir. O, istifadə etdiyi təbii qaza görə həmişə ödənişləri vaxtı-vaxtında etmişdir. Ona görə də iddiaya baxılaraq rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı və nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməmidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 16 mart 2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 27 fevral 2018-ci il tarixli ******* saylı, 27 mart 2018-ci il tarixli ******* saylı, 30 aprel 2018-ci il tarixli ******* saylı, 29 may 2018ci il tarixli ******* saylı, 29 iyun 2018-ci il tarixli ******* saylı, 25 iyul 2018-ci il tarixli 0173705, 28 sentyabr 2019-cu il tarixli ******* saylı, 31 oktyabr 2018-ci il tarixli ******* saylı, 30 noyabr 2018-ci il tarixli ******* saylı, 28 dekabr 2018-ci il tarixli ******* saylı, 31 yanvar 2019-cu il tarixli ******* saylı, 28 fevral 2019-cu il tarixli ******* saylı, 29 mart 2019-cu il tarixli ******* saylı, 30 aprel 2019-cu il tarixli ******* saylı, 30 may 2019-cu il tarixli ******* saylı, 28 iyun 2019-cu il tarixli ******* saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı, 30 avqust 2019-cu il tarixli ******* saylı, 30 sentyabr 2019-cu il tarixli ******* saylı, 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı və 30 mart 2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və qazdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir; İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 28 fevral 2018-ci il tarixli ******* saylı akta əsasən 4635 m3, 27 mart 2018-ci il tarixli ******* saylı akta əsasən 1136 m3, 30 aprel 2018-ci il tarixli ******* saylı akta əsasən 1041 m3, 29 may 2018-ci il tarixli ******* saylı akta əsasən 324 m3, 29 iyun 2018-ci il tarixli ******* saylı akta əsasən 666 m3, 30 iyul 2018-ci il tarixli ******* saylı akta əsasən 576 m3, 28 sentyabr 2019-cu il tarixli ******* saylı akta əsasən 2016 m3, 31 oktyabr 2018-ci il tarixli ******* saylı, 30 noyabr 2018-ci il tarixli ******* saylı, 28 dekabr 2018-ci il tarixli ******* saylı, 31 yanvar 2019-cu il tarixli ******* saylı, 28 fevral 2019-cu il tarixli ******* saylı, 29 mart 2019-cu il tarixli ******* saylı və 30 aprel 2019-cu il tarixli ******* saylı aktlara əsasən 1008 m3, 30 may 2019-cu il tarixli ******* saylı, 28 iyun 2019cu il tarixli ******* saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı və 30 avqust 2019-cu il tarixli ******* saylı aktlara əsasən 324 m3, 30 sentyabr 2019-cu il tarixli ******* saylı akta əsasən 144 m3, 30 oktyabr 2019-cu il tarixli ******* saylı akta əsasən 324 m3, 30 dekabr 2019-cu il tarixli ******* saylı akta əsasən 3960 m3, 30 yanvar 2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m3, 28 fevral 2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m3 və 30 mart 2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; **********10000 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh üzrə təbii qazdan istifadəyə görə 2018/2019/2020-ci illər üzrə qalıq aktlara görə cəmi 4.384,6 manat (2.381,2+1.117,8+885,6) manat təşkil edir. 2021-ci il tarixə qaz sərfinə görə borc 0 manat təşkil edir; 17 avqust 2020-ci il tarixli “Gasrep” adlı sənəddən görünür ki, abonent Cavabdeh cari qaz borcu 0 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli 10/1990 nömrəli rəyindən görünür ki, məhkəmə qərardadının birinci sualı üzrə baxış zamanı ünvan 2vanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən İddiaçı İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. Qərardadın ikinci sualı üzrə 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə hallları (əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə İddiaçı İB-yə vurulmuş ziyanın müəyyən edilməsi barədə tədqiqat aparılmamışdır. Tədqiqatın dəyəri 102 manat təşkil edir; 12 mart və 22 oktyabr 2021-ci il və 08 fevral 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 84,5 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii X1nın pozulması haqqında 27 fevral, 27 mart, 30 aprel, 29 may, 29 iyun, 25 iyul, 28 sentyabr, 31 oktyabr, 30 noyabr və 28 dekabr 2018-ci il tarixli, 31 yanvar, 28 fevral, 29 mart, 30 aprel, 30 may, 28 iyun, 31 iyul, 30 avqust, 30 sentyabr, 30 oktyabr və 30 dekabr 2019cu il tarixli, 30 yanvar, 28 fevral və 30 mart 2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlarda cavabdehin sayğacdan kənar qeyri-qanuni birləşmə ilə qaz xəttinə qoşulması aşkar olunduğu göstərilmişdir. Abonent saldosun əsasən cavabdehə həmin aktlara görə 4.384,6 manat manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli rəyindən görünür ki, ekspert mübahisəli ünvanına baxış keçirmiş, ünvan 2vanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən İddiaçı İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə cavabdehin sayğacdan kənar qaz xəttindən istifadə etməsi halları öz təsdiqini tapmır. Bundan əlavə, iddiaçı cavabdehdən tərtib edilmiş aktlar üzrə 6.149,3 manat tələb etsə də, işdə olan abonent saldosundan görünür ki, həmin aktlara görə cavabdehə cəmi 4.384,6 manat manat məbləğində borc hesablanmışdır. Eyni zamanda, abonentin saldosundan və “Gasrep” sənədindən görünür ki, təbii qazdan istifadəyə görə cavabdehin 03.2020 tarixindən 02.2021-ci il tarixədək borcu yoxdur. Məhkəmə iddia tələbinin “pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən həmin xərcin çəkilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 manat məbləğində vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1839/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1839/2022
21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver