Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1840/2022 11.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçı Azəriqaz İB-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında maddi ziyan tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM İddiaçı Azəriqaz İB Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; Həmin Məcəllənin 153.2.-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.06.21-ci il tarixli 2(008)-4020\21 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh iddia ərizəsi qismən təmin edilərək, Azəriqaz İB-nin 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 15.04.2020-ci il tarixli ******* saylı aktları əsasında hesablanmış borc məbləğinin 1318,60 manat hissəsi silinmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsində Azəriqaz İB-nin 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 15.04.2020-ci il tarixli ******* saylı aktları əsasında istehlakçıdan tələb etdiyi maddi ziyanla bağlı Cavabdeh Azəriqaz İB-yə qarşı eyni aktlarla əsasən ondan tələb olunan borcun silinməsi tələbi ilə bağlı məhkəmə aktı mövcuddur. Hesab edirəm ki, iddiaçının hazırkı iddia ərizəsində tələb etdiyi maddi ziyanla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli 2(012)-498\2021 saylı qətnaməsi mövcud olduğundan, iddiaçı qeyd olunan məhkəmə aktının qanuni qüvvəsini almasına dair məlumatı iddia ərizəsinə əlavə etmədiyindən, hazırkı iddia ərizəsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olması əsası ilə icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 153.2.4., 284-4.1.1.-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı Azəriqaz İB-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında maddi ziyan tələbinə dair iddia ərizəsi qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1840/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1840/2022
11.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver