Məhkəmə qərarları › İş №2(001)-1843/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1843/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1843/2024 27.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin ödənilməsinin təmin olunması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin ödənilməsinin təmin olunması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(001)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh1 hesabına ona ödənilməsinə hökm edilmiş 47.206 manat maddi zərərin və dövlət rüsumu əvəzi olaraq 330 manatın, eləcə də hazırkı iddiasına görə ödədiyi 240 manat dövlət rüsumu əvəzinin, cəmi 47.776 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5576/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi tikililərdən A tikilisi adlanan tikilidən və tikiliyə aid həyətyanı sahədən istifadə hüququna maneələr yaradılması Cavabdeh2 və qeyrilərinə qadağan edilmişdir. İcra sənədinin icraatı həvalə edilmiş Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevlə icra sənədinin icraatını həyata keçirmək üçün əraziyə gəldikləri zaman onun istifadə hüquqları tanınmış A tikilinin yarasız vəziyyətə salındığı və həmin tikilidə olan, ona məxsus, xeyli miqdarda dəyərləri olan əşyaların da ərazidə olmadığı və ərazidə A tikilinin söküldüyü yerdə yeni tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Baxmayaraq ki, məhkəmə tərəfindən onun ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi tikililərdən A tikilisi adlanan tikilidən və tikiliyə aid həyətyanı sahədən istifadə hüququna maneələrə qadağa qoyulub, Cavabdeh2 və oğlu Cavabdeh1 özbaşına olaraq ona ağır maddi zərərlərin vurulması ilə nəticələnən əməllərə yol vermişlər və cavabdehlərdən Cavabdeh1 özbaşına olaraq onun qanuni istifadəsində olan evin qıfılını qıraraq evə daxil olmuş, daha sonra da evi tamamilə sökərək davranış qaydalarına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən mühüm ziyan vuran hərəkətlərə yol vermişdir. Buna görə də, cavabdehlərdən Cavabdeh1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci mədələri ilə təqsirləndirilməsinə dair açılmış ********* saylı cinayət işi üzrə 08 may 2023-cü il tarixdə İttiham Aktı çıxarılaraq baxılmaslı üçün məhkəməyə göndərilmişdir və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Cavabdeh1 təqsirləndirilməsi sarədə 1(001)-412/2023 saylı cinayət işi icraata götürülmüşdür. Cinayət işinə, eləcə də, onun bu cavabdehlərə qarşı mülki iddiasına bir icraatda baxan məhkəmənin 09 oktyabr 2023-cü il tarixli hökmü ilə mülki iddiası üzrə tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilərək ...təqsirləndirilən Cavabdeh1 maddi zərərlərə görə 47.206 manatın, dövlət rüsumu əvəzi olaraq 330 manatın ış üzrə zərərçəkmiş şəxs olaraq, ona verilməsinə hökm edilib. Həmin hökmdən verdiyi apellyasiya şikayəti də təmin olunmamış, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndiridiyi məsələlərdən biri o olub ki, iddia ərizəsi üzrə tələbinə cavab verməli olan şəxslər iki nəfər olmalıdır. Məhkəmələrin qənaəti isə belə olub ki, iddiası üzrə cavabdehlərdən Cavabdeh2 cinayət işi üzrə tərəf olaraq keçmədiyindən, yəni Cavabdeh2 təqsirləndirilən şəxs olmadığı üçün mülki iddia ona münasibətdə təmin oluna bilməz. Hazırkı iddiası üzrə Cavabdeh2 iddiası üzrə digər Cavabdeh1 anası olmaqla Cavabdeh1 bütün qara əməllərinə dolayısı yolla ortaq olan şəxsdir. Belə ki, ona məxsus oğurlanan əşyalar Cavabdeh2 evində gizlədilib və həmin əşyaları Cavabdeh2 hətta öz əşyaları kimi göstərib və ona qarşı həmin əşyalara üzərindən tələb də irəli sürülüb. Lakin məhkəmə həmin iddianı təmin etməyib və buna əsas kimi də əşyaların cavabdehə deyil ona məxsus olduğunun müəyyən edilməsi olub. Bütün mülki məhkəmə proseslərində Cavabdeh2 məhz nümayəndəsi olaraq Cavabdeh1 təmsil edib. Bütün bu faktlar isə birbaşa deməyə əsas verir ki, ona vurulmuş zərərli nəticələrə görə Cavabdeh2 mülki hüquqi məsuliyyətli hesab edilməlidir. Baş vermiş cinayət hadisəsi nəticəsində onun əmlakı dağıdılıb, dişlə dırnaqla əldə etdikləri, bu cavabdehlərin aşkar cinayətkar əməlləri nəticəsində əlindən çıxmış və bu baş verənlərin ona izdirab vermədiyini düşnümək yəqin ki, insafsızlıq mənəviyyatsızlıq olar. Ona görə də hesab edir ki, istintaq işinin materialları ilə təsdiq olunan, ona vurulan maddi zərərlərlə yanaşı bu cavabdehlərin əməllərindən keçirdiyi streslər, əzab və əziyyətlər cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərərin vurulduğunun sübutu kimi qəbul edilməlidir. Ona vurulan maddi zərərlər olaraq məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi zərərlərin miqyası Binəqədi Rayon Məhkəməsinin 1(001)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə 47.206 manat olaraq müəyyən olunub və bu nəticə apellyasiya instansiyası tərəfindən də dəyişdirilmədən saxlanılıb və özünün qanuni qüvvəsini alıb. Cavabdehin nümayəndəsi və vəkili iddia yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və digər Cavabdeh1 47206 manat məbləğində maddi zərərin 570 manat məhkəmə xərclərinin müştərək qaydada tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi cavabdehlərdən Cavabdeh1 AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddianın məhkəmə tərəfindən qismən təmin edilməsini qeyd etmiş və həmin məhkəmə qərarlarına istinad edərək eyni əsasla yenidən iddia qaldırmışdır. Hesab edir ki, tələb tamamilə əsassızdır, Cavabdeh1 münasibətdə eyni tərəflər arasında, eyni predmet barəsində eyni əsaslarla məhkəmənin qanuni qüvvəsini almış qərarı olduğundan mülki iş üzrə icraata xitam verilməli, Cavabdeh2 qızma münasibətdə isə iddia əsassız olduğundan rədd edilməlidir. İşin qısa məğzi bundan ibarətdir ki, məhkəmənin qərarı ilə iddiaçının ünvan 2 ünvanının A tikilisinə istifadə hüququ tanınsa da cavabdehlərdən Cavabdeh1 onun istifadəsində olan yaşayış sahəsinə zərər vurmuş, onun əmlaklarını oğurlamışdır. İbtidai istintaq orqanı tərəfindən AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 186,1, 322.1 maddələri ilə cavabdehlərdən Cavabdeh1 barəsində cinayət təqibi başlanılmaqla məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmənin hökmü ilə ittiham təsdiqini tapmaqla cavabeh Cavabdeh1 qeyd edilən maddələr ilə ittihamedici hökm verilməklə 2 il 9 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırkı iddiaçıya vurulmuş zərərə görə Cavabdeh1 47206 manat məbləğində zərərin alınaraq İddiaçı verilməsi hökm edilmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 müxtəlif epizotlar üzrə, 2022-ci ilin yanvar ayının ortalarında ümumilikdə 12438 manat dəvərində əşyaları oğurlamaqla İddiaçı xeyli miqdarda ziyan vurub oğlurluq etmişdir. Bundan əlavə Cavabdeh1 ünvan 3 ünvanındakı A tikilisini tam söküb dağıdaraq zərərçəkmiş şəxs İddiaçı 30 000 manat məbləğində zərər vurmuşdur. Bundan əlavə o, təkrarən 2022-ci ilin sentyabr ayında zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 4498 manat məbləğində ziyan vurmaqla oğlurluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin fevral ayında A tikilisinin divarına qoyulmuş dəmir qapını gizli yolla talamaqla zərərçəkmişə 600 manat məbləğində ziyan vurmaqla oğlurluq etmişdir. Bundan əlavə o, 2023-cü ilin aprel ayında A tikilsinin divarına qoyulmuş iddiaçıya məxsus 100 manat dəyərində dəmir barmaqlıq, 250 manat dəyərində plastik pəncərəni sökrək gizli yolla talamaqla İddiaçı 250 manat dəyərində zərər vurmaqla oğurluq etmişdir. Daha sonra məhkəmə araşdırması liə müəyyən edilmişdir ki, həmin əşyaların bir qismi zərərçəkmiş şəxs İddiaçı qaytarılmışdır, qaytarılmış əşyaların dəyəri ( tozsoran 30 manat, palaz 250 manat, soyuducu 300 manat) çıxılmaqla ümumilikdə 47206 manat məbləğində pulun X1 tutularaq zərərçəkmiş şəxs İddiaçı ödənilməsi hökm edilmişdir. Hal-hazırda hüquqlarını müdafiə etdiyi şəxsdən tələb edilən pul da həmin məbləğdir. 12438+30000+4498+600+250 = 47786; 47786-30-250-300 (qaytarılmış əşyalar)=47206 manat. Cavabdehlərdən Cavabdeh1 iddiaçıya vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilmiş və məhkəmə hökmü ilə onun tərəfindən vurulmuş zərər müəyyən edilməklə iddiaçıya ödənilməsi qərara alınmışdır. Hətta hal-hazırda iddiaçının tələb etdiyi 47206 manat məbləğində zərər belə həmin məhkəmə istintaqı zamanı müəyyən edilmiş və Cavabdeh1 tərəfindən ödənilməsi qərara alınmış məbləğdir. Cavabdeh həbsdə olduğu üçün və adına hər hansı bir əmlak olmadığından iddiaçı əsassız olaraq iddiaçı artıq məhkəmə hökmü ilə müəyyən edilmiş olan məsələ ilə bağlı məbləği belə dəyişmədən təmsil etdiyi şəxsi məhkəməyə verməklə əsassız məhkəmə mübahisələrinə, təmsil etdiyi şəxsi məhkəmələrdə süründürməyə çalışır. Hətta bu faktları iddiaçı belə gizlətməmiş, öz iddia ərizəsində, MTT ərizəsində açıq aydın ətraflı qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının da qeyd etdiyi kimi, Cavabdeh2 adına əmlak olduğundan və Cavabdeh1 həbsdə olduğundan iddiaçı məcbur olub Cavabdeh2 qarşı iddia qaldırmışdır. Hesab edir ki, məhkəmə hökmü artıq var və bu səbəbdən də iddia rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-2248/2023 saylı qərarının surıtindən görünür ki, məhkum olunmuş şəxs (mülki cavabdeh) Cavabdeh1 və zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 186.1 və 322.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-412/2023 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-412/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 186.1-ci maddəsi ilə təqsirli bilinməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 322.1-ci maddəsi ilə təqsirli bilinməklə 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh1 xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı müddət (2 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, mülki iddia qismən təmin edilmiş, təqsirləndirilən şəxs, mülki Cavabdeh1 maddi zərərə görə 47206 manat, dövlət rüsumunun əvəzi olaraq 330 manat alınıb zərərçəkmiş şəxs, mülki İddiaçı verilməsi hökm edilmiş, maddi sübutlar – bir ədəd tozsoranın, bir ədəd palazın, bir ədəd soyuducunun zərərçəkmiş şəxs İddiaçı qaytarılması nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mülki iş materiallarından görünür ki, Cavabdeh1 iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə qanunsuz olaraq zərər vurmuş, iddiaçının əmlaklarını oğurlamış, məhkəmənin hökmü ilı Cavabdeh1 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Həmçinin, məhkəmənin hökmü ilə iddiaçının mülki iddiası qismən təmin olunmuş, Cavabdeh1 maddi zərərə görə 47206 manat, dövlət rüsumunun əvəzi olaraq 330 manat alınaraq İddiaçı verilməsi hökm edilmişdir. İddiaçı məhkəmənin hökmündən apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası tərəfindən iddiaçının apellyasiya şikayəti təmin olunmamış, məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə iddiaçı cavabdeh qismində Cavabdeh1 anası Cavabdeh2 qarşı iddia tələbi ilə müraciət edərək, Cavabdeh2 47.206 manat maddi zərərin və dövlət rüsumu əvəzi olaraq 330 manatın, eləcə də hazırkı iddiasına görə ödədiyi 240 manat dövlət rüsumu əvəzinin, cəmi 47.776 manatın alınaraq ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi əməlləri Cavabdeh2 yox, Cavabdeh1 törətmiş və onun barəsində də artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcuddur. İddiaçı isə iddia tələbində qeyd edilmiş maddi zərərin Cavabdeh2 tərəfindən vurulmasını sübüt etməmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin istinad edən halları sübut eməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin ödənilməsinin təmin olunması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar