Məhkəmə qərarları › İş №2(001)-185/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-185/2020

07.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-185/2020 07.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə) qarşı “qeyriqanuni inşa edilmiş eyvanların sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında Bakı şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 74 ünvanında yaşayan Cavabdeh1, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 47 ünvanında yaşayan Cavabdeh2, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 48 ünvanında yaşayan Cavabdeh3, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 61 ünvanında yaşayan X1, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 63 ünvanında yaşayan Cavabdeh5, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 62 ünvanında yaşayan Cavabdeh6, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 65 ünvanında yaşayan Cavabdeh7, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 66 ünvanında yaşayan Cavabdeh8, Bakı şəhəri, 6cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 68 ünvanında yaşayan Cavabdeh9, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 76 ünvanında yaşayan Cavabdeh10, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 77 ünvanında yaşayan Cavabdeh11, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 79 ünvanında yaşayan Cavabdeh12, Bakı şəhəri, 6-cı mkr., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 80 ünvanında yaşayan Cavabdeh13 mənzillərə qeyri-qanuni artırılmış eyvanların cavabdehlərin hesabına sökülməsi, eyvanların əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 yaşadığı mənzil onun yaşadığı mənzillə eyni blokda yerləşməklə üst qonşusudur. Cavabdeh1 binanın fəsad tərəfində yerləşən eyvanını qanunla nəzərdə tutulmuş qaydada yox, qeyri-qanuni, müvafiq sənədlər olmadan artırmışdır. Eyvanı artırdıqdan sonra, mətbəx və eyni zamanda da əl-üz yuma qovşağı da ora köçürülmüşdür. Quraşdırılma zamanı sanitar texniki normaları gözlənilməmiş, borularda çatışmamazlıqlar yaranmış, nəticədə mətbəxdə hər hansı hərəkət nəticəsində axıdılan çirkab sular onun evinə və eyvanına axmışdır. O da eyvanını şüşəbənd etmişdir. Çirkab sularının iyisindən oturmaq olmur. Cavabdehə bu barədə dəfələrlə məlumat verilmiş, xəbərdarlıq edilmiş, lakin heç bir nəticə olmamışdır. Nəticədə, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə ona dəymiş 1194 manat məbləğin cavabdehdən tutulması qərara alınmış, qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Sonradan, qonşu olduqlarına görə həmin pulun Cavabdeh1 tutulmasından imtina etmiş, cavabdehin bundan sonra belə hərəkətlərə bir daha yol verməyəcəyini fikirləşmişdir. Ancaq buna baxmayaraq Cavabdeh1 etdiyi yaxşılığa baxmayaraq hərəkətlərini ardıcıl davam etdirir, kanalizasiya xətlərini düzəltdirmir. Ona görə də hesab edir ki, eyvan sökülüb mətbəx əvvəlki yerinə köçürülərsə, kanalizasiya sistemi əvvəlki vəziyyətə qaytarılarsa söz-söhbət kəsilər. Eyni zamanda artırılmış eyvan binanın fasadını çox eybəcər hala salmışdır. Yaşadıqları bina, binaya yox, zəlzələ nəticəsində uçmuş yaşayış evinə oxşayır. Digər cavabdehlər də Cavabdeh1 kimi heç bir icazə sənədləri olmadan eyvanları artırmışlar Nəticədə, binanın hər hansı yüngül təkan nəticəsində uçmaq təhlükəsi var. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı yaşadığı mənzilin eyvanı qeyri-qanuni olaraq artırılmış, bunun da nəticəsində onun xüsusi mülkiyyətində olan mənzilin eyvanında qəza vəziyyəti yaranmışdır. Həmçinin, onlara məxsus eyvanın bir hissəsi sökülmüş və bunun da nəticəsində eyvan əsas divardan aralanmışdır. Qeyd olunmalıdır ki, iddiaçının bu əməli nəticəsində ona xeyli ziyan dəymişdir. Eyvan o qədər hündür qaldırılmışdır ki, kondisionerin işləməsinə maneçilik törətmişdir. Həmçinin, iddiaçının ustası orda işləyərkən kondisioneri xarab etmişdir və ondan sonra kondisioner işləməmişdir. Binəqədi Rayon Məhkəməsi xx xxxx 2014-cü il tarixdə onun İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi”nə dair iddia tələbinə açıq məhkəmə iclasında baxaraq iddianın qismənbinanın layihəsində nəzərdə tutulmuş əlavə yenidənqurma işlərinin aparılması yolu ilə eyvanında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi və eyvanın əvvəlki vəziyyətə qaytarılması hissəsində təmin edilməsi barədə qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. xx.xx.2016-cı il tarixdə Binəqədi Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı icra sənədinin icrasına maneçilik törətmək məqsədi ilə belə bir formal iddia qaldırmışdır. xx.xx.2013-cü il tarixli qətnamə ilə isə hamam və ayaqyolu ilə bağlı maddi zərərin ödənilməsi qət edilmişdir. Ona məxsus mənzilin eyvanı heç bir halda iddiaçının mülkiyyət hüquqlarına toxunmur, hər hansı maneçilik törətmir və heç bir halda iddiaçının eyvanına su axıdılması halı baş verməmişdir. Belə bir hal mövcud olsa idi, iddiaçı bu qədər müddət gözləməz idi. Həmçinin, iddiaçı bu barədə heç bir müvafiq orqana müraciət etməmişdir. Cavabdeh2 məhkəməyə gəlməmiş, iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, onun yaşadığı mənzil iddiaçının yaşadığı mənzildən 30-40 metr aralıda yerləşməklə onlar ayr-ayrı bloklarda yaşayırlar. Onun iddiaçının mənzili ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, onun mənzili iddiaçının mənzilinə heç bir maneə və təhlükə törətmir. Bu səbəbdən də iddiaçının ona qarşı iddia qaldırmaq hüququ yoxdur. İddiaçı onun və digər sakinlərin adlarını iddia ərizəsində cavabdeh kimi göstərməklə bütün qonşuları Cavabdeh1 qarşı qaldırmaqla aralarında münaqişə yaratmaq istəyir. Onun nə iddiaçı, nə cavabdeh, nə də digər sakinlərlə əlaqələri yoxdur. Bu səbəbdən iddia tələbini qəbul etmir və hesab edir ki, iddia təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Səfərova Çimnaz bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçının problemi Əminə ilədir. Ona heç bir aidiyyatı yoxdur. Balkonu o tikdirməmişdir. O, avi alan zaman artıq həmin balkon mövcud olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh6 bildirmişdir ki, o, birinci mərtəbədə yaşayır. İddianı qəbul etmir. Onun tərəflərlə heç bir əlaqəsi yoxdur. O, evi alanda balkonu olmuşdur. İddianın rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh9 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahat verərək bildirmişdir ki, işin onlara aidiyyatı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 həmçinin, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin proses işçirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı № 154830 saylı Qeydiyyat Vəsiqəsinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr., Ə.Əlixanov küçəsi, ev 89, 71 saylı mənzil xx xxxx 2003-cü ildə İddiaçı adına 1275 saylı reyestr kitabının 191490-cı səhifəsində 30/191490 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin izahatlarından, habelə surətləri iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr., Ə.Əlixanov küçəsi, 89 saylı evin 29, 74 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 23077 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6 mikrorayon, Ə.Əlixanov küçəsində yerləşən, 89 saylı evin, 74 saylı mənzilinə dair Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində təsdiq edilmiş eskiz layihəsi mülki iş materiallarında olmadığından, həmin mənzilin eyvan tikilisinin eskiz layihəsinə uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Lakin tədqiq olunan binanın digər mənzillərindəki eyvan tikililəri ilə mübahisəli mənzillərin eyvan tikililəri müqayisə edildikdə, 71 və 74 saylı mənzillərin eyvan tikililərində yenidənqurma işləri aparıldığı və ümumi sahənin genişləndirildiyi müəyyən edilmişdir. 74 saylı mənzilin eyvan tikilisinin faktiki vəziyyətdə 71 saylı mənzilə hər hansı təhlükə törədə bilməsini müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin sahə üzrə xüsusi biliyə malik mütəxəssislər (tikinti konstruktoru) tərəfindən müvafiq araşdırmalar aparılmaqla müəyyən edilə bilər. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 71 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 74 saylı mənzilin isə 71 saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, 71 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, 6cı mikrorayon, Ə.Əlixanov küçəsində yerləşən, 89 saylı evin 71 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 74 saylı mənzildən su axıdıldığı müəyyən olunmuşdur... 74 saylı mənzildəki su, kanalizasiya xətləri gizli şəkildə çəkildiyindən, eləcə də su sızdığı vaxtdan müəyyən müddət keçdiyindən 71 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin 74 saylı mənzilin eyvan tikilisinin yenidənqurma işləri aparılaraq, mətbəx kimi istifadə edildiyini nəzərə alaraq, 71 saylı mənzilə su sızması 74 saylı mənzilin su, kanalizasiya xətlərində yaranan qəzadan, döşəmə altı izolyasiya qatında əmələ gələn qüsurlardan və ya mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Mülki iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxxxx 2020-ci il tarixli Rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, ev 89, 74 saylı mənzildə inşa edilmiş eyvan onun alt qonşusu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, ev 89, 71 saylı mənzilə faktiki vəziyyətdə hər hansı təhlükə törətmir. İddiaçı, heç bir icazə sənədləri olmadan qeyri-qanuni eyvanlar artıran cavabdehlərin (qonşularının) bu hərəkətləri ilə yaşadıqları binanın fasadını çox eybəcər hala saldıqlarını, bununla həmçinin binanın hər hansı yüngül təkan nəticəsində uçmaq təhlükəsinin yaranmış olduğunu, xüsusilə üst qonşusu olan Cavabdeh1 artırdığı eyvana mətbəxi köçürərkən sanitar texniki normaları gözləmədiyini, nəticədə axıdılan çirkab suların onun evinə və eyvanına zərər vurduğunu, buna baxmayaraq sonuncunun israrla kanalizasiya xətlərini düzəltdirmədiyini iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüş, iddiasının qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşadığı binadakı bütün qonşulara (cavabdehlərə) məxsus mübahisəli eyvanların tamamilə sökülməsini tələb etməkdə haqlı deyildir; belə ki, o (iddiaçı) üst qonşusu olan Cavabdeh1 istisna olmaqla digər cavabdehlərə məxsus eyvanların onun hansı maraqlarını pozduğunu ümumiyyətlə əsaslandıra bilməmiş, sadəcə həmin şəxslərə məxsus eyvanların binanın fasadını çox eybəcər hala saldığını qeyd etməklə kifayətlənmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu mənada hər kəs, özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia tələblərinin Cavabdeh1 yönələn hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekpertiza rəyində “Cavabdeh1 məxsus 74 saylı mənzilin eyvan tikilisinin faktiki vəziyyətdə iddiaçıya məxsus 71 saylı mənzilə hər hansı təhlükə törədə bilməsini müəyyən etmənin tikinti ekspertinin səlahiyyətinə aid olmadığı və həmin sahə üzrə xüsusi biliyə malik mütəxəssislər (tikinti konstruktoru) tərəfindən müvafiq araşdırmalar aparılmaqla müəyyən edilə biləcəyi” göstərildiyindən iş üzrə həmçinin mütəxəssis rəyi də alınmış, xx xxxxxxxx 2020-ci il tarixli həmin rəydə isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİnin mühəndisi M.Nəbiyev “Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6cı mkr, Ə.Əlixanov küçəsi, ev 89, 74 saylı mənzildə inşa edilmiş eyvanın onun alt qonşusu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, ev 89, 71 saylı mənzilə faktiki vəziyyətdə hər hansı təhlükə törətmədiyi” nəticəsinə gəlmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh1 inşa etdirdiyi eyvanın iddiaçının mənzilinə hər hansı bir təhlükə törətməsi faktı sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iddiaçının “...üst qonşusu olan Cavabdeh1 artırdığı eyvana mətbəxi köçürərkən sanitar texniki normaları gözləməməsi səbəbindən axıdılan çirkab suların onun evinə və eyvanına zərər vurduğu, buna baxmayaraq sonuncunun israrla kanalizasiya xətlərini düzəltdirmədiyi” dəlillərinə münasibətdə qeyd edir ki, qeyd edilən faktların mövcudluğu da Cavabdeh1 artırdığı eyvanın sökülməli olduğu nəticəsinə gəlməyə əsas vermir və qeyd edilən hallarla bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu İddiaçı izah edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin, iddiaçıdan mütəxəssis rəyinə görə 100,0 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlyaihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına (VÖEN **********, h/h:AZ04AZFİ********************, “xxx” Bank ASCnin Sahil filialı, VÖEN Bank:**********, m/h:AZ81NABZ********************, kod:501305 SWİFT:AZFİAZ22,), ekspertiza rəyinə görə isə 100,0 (bir yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 )köçürülməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə) qarşı “qeyriqanuni inşa edilmiş eyvanların sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı mütəxəssis rəyinə görə 100,0 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlyaihə” Kommunal Layihələndirmə İnstitutunun hesabına (VÖEN **********, h/h:AZ04AZFİ********************, “xxx” Bank ASC-nin Sahil filialı, VÖEN Bank:**********, m/h:AZ81NABZ********************, kod:501305 SWİFT:AZFİAZ22,), ekspertiza rəyinə görə isə 100,0 (bir yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 )köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar