Məhkəmə qərarları › İş №2(001)-1866/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1866/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1866/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, Ləğv prosesində olan (LPO) İddiaçı Asıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə mülki işə 23 iyun 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 286,41 manat əsas, 699,81 manat cərimə, 43,16 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 1029,38 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, hazırki iddia tələbi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasından ibarətdir, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2017ci il tarixli, 2(004)-11977/2017 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh 20.11.2014cü il tarixli kredit müqaviləsi üzrə 289,34 manat əsas, 13,09 manat faiz, 137,2 manat dəbbə borcu olmaqla ümumilikdə 439,63 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə əmri mövcud olduğundan hazırki iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar