Məhkəmə qərarları › İş №2(001)-1871/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1871/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1871/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra isə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işi baxılmamış saxlayaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260 və 263-264-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sadələşdirilmiş icraat qaydasında verilmiş pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar