Məhkəmə qərarları › İş №2(001)-1887/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1887/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1887/2021 12.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh 12.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən FİNtrend BOKT-dan illik 48% ödəmək 12 ay müddətinə qaytarmaq şərti ilə 389 manat kredit götürmüşdür. FİNtrend BOKT ilə Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 949 nömrəli 10.05.2018-ci il tarixli 004 nömrəli müqaviləyə, 16.01.2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə FİNtrend BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ Nikoyl İKB ASC-yə ötürülmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq olunmasına baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. 15.12.2020-ci il tarixinə Cavabdeh əsas borc üzrə 217 manat, faiz borcu üzrə 11,97 manat, cəriməyə görə 9,69 manat borcu olmaqla ümumilikdə 238,66 manat borcu mövcuddur. Ona görə də Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 217 manat, faiz borcu üzrə 11,97 manat, cəriməyə görə 9,69 manat olmaqla cəmi 238,66 manat borcun, dövlət rüsumuna görə 20 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən FİNtrend Bank Olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh arasında bağlanmış 12.01.2020-ci il tarixli 15-0***-******* saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana istehlak mallarının müqabilində 12 ay müddətinə qaytarmaq, illik 48% ödəmək şərti ilə 389 manat kredit vermişdir. FİNtrend Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 12.01.2020-ci il tarixli 15-0***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 12.02.2020-ci il tarixdən 12.01.2021ci il tarixədək olan dövr ərzində əsas borca görə 389 manat, faiz borcuna görə 108,38 manat olmaqla cəmi 497,38 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən müəyyən olunur ki, ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,5% cərimə hesablanaraq tutulacaqdır. Hüquq sahibi FİNtrend BOKT ilə hüquq əldə edən Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli 10.05.2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını hüquq sahibi güzəşt etmiş, hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən hüquq əldə edən hüquq sahibinə razılaşdırılmış məbləği hüquqların ötürülməsi barədə sazişləri və bu müqavilənin şərtləri ilə müəyyən edilmiş həcmdə, müddətdə və qaydada hesab-fakturaya əsasən ödəyir. Qeyd olunan məbləğ əsas borc məbləğinin və bu müqavilənin 2.10-cu bəndində qeyd edilən çatışmazlıqlar istisna olmaqla (bu halda hüquq əldə edən kreditin verilmə tarixindən 19 təqvim günündən sonra hesablanmış faizlər üzrə məbləği hüquq sahibinə ödəmir), razılaşdırılmış müqavilələrin imzalanma tarixindən başlayaraq hesab-fakturanın ödəniş tarixinə qədər olan dövr ərzində, razılaşdırılmış müqavilələr üzrə faizlərin silinməsi üçün hüquq sahibi tərəfindən göndərilir. Hüquq sahibi FİNtrend BOKT ilə hüquq əldə edən Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli 10.05.2018-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə 16.01.2020-ci il tarixli 949 nömrəli sazişdən müəyyən olunur ki, tələbetmə hüququnun ötürülməsinə dair 0004 nömrəli 10.05.2018-ci il tarixli müqaviləyə müvafiq olaraq hüquq sahibi və fiziki şəxslər – borc alanlar arasında bağlanılmış kredit və təminat (girov, zaminlik və s.) müqavilələrinə əsasən borc alana qarşı bütün tələbetmə hüquqlarını, həmçinin qeyd olunan öhdəliklərin yerinə yetirilməsini təmin edən hüquqları və razılaşdırılmış müqavilələr üzrə tələbetmə hüquqları ilə bağlı digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizlər, həmçinin ödənilməmiş təcili və artırılmış faizlər, cərimə sanksiyaları üzərində hüquqları hüquq sahibinə əldə edənə ötürülmüşdür. Həmin sazişin 2-ci bəndindən müəyyən olunur ki, kreditor FİNtrend BOKT borcalan Cavabdeh ilə bağladığı 12.01.2020-ci il tarixli 15-0***-******* saylı kredit müqaviləsi üzrə tələb etmə hüququnu da Nikoyl İKB ASC-yə güzəşt etmişdir. FİNtrend BOKT MMC-nin 12.01.2020-ci il tarixli bildirişindən müəyyən olunur ki, kreditor 12.01.2020-ci il tarixli 15-0***-******* saylı kredit müqaviləsi üzrə tələb etmə hüquqlarını Nikoyl İKB ASC-yə güzəşt etməsini Cavabdeh bildirmişdir. İddiaçı ASC-nin 15.12.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh 12.01.2020-ci il tarixli 15-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 217 manat, faiz borcuna görə 11,97 manat, cəriməyə görə 9,69 manat olmaqla cəmi 238,66 manat borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 14.12.2020-ci il tarixli PAİHTD-16639 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya tələb etmə hüququ ilə güzəşt edilən 12.01.2020-ci il tarixli 15-0***- ******* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 217 manat, faiz borcuna görə 11,97 manat, cəriməyə görə 9,69 manat olmaqla cəmi 238,66 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 12.01.2020-ci il tarixli 15-0***-******* saylı kredit müqaviləsinə əsasən əsas borca görə 217 manat, faiz borcu üzrə 11,97 manat, cəriməyə görə 9,69 manat, ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 258,66 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar