Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-189/2025 30.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 664,44 manat məbləğində əsas overdraft borcunun, 109,76 manat hesablanmış cərimə borcunun, cəmi 774,20 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Kartın istifadəsi zamanı xx.xx.2021-ci il tarixində cavabdehin balansında müxabirləşmə zamanı 833,58 manat vəsaitin balansına ilə 2-ci dəfə oturması ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra Hesab adlanacaq) açmağı və Hesab üzrə plastik kart(lar) (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X5 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.” Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, həmin borcdan onun ümumiyyətlə xəbəri yoxdur. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “X4” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, bank tərəfindən sonuncuya kart hesabı açılmışdır. “X4” ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə banka olan borcunu 3 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. “X4” ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 664,44 manat əsas borc, 109,76 manat cərimə borcu olmaqla, cəmi 774,20 manat borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövrü əhatə edən cari hesabdan çıxarış məlumatlarında bütün əməliyyatlar üzrə X1 hesabına gələn pul vəsaitləri + işarəsi ilə və kart hesabından gedən pul vəsaitləri – işarəsi ilə qeyd edildiyindən xx.xx.2019-cu il tarixli, ******* saylı "Ödəniş kartına xidmət göstərilməsi haqqında" müqavilə üzrə texniki overdrafta yol verilməsi müəyyən edilmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövrü əhatə edən cari hesabdan çıxarış məlumatlarında bütün əməliyyatlar üzrə X1 hesabına gələn pul vəsaitləri + işarəsi ilə və kart hesabından gedən pul vəsaitləri - işarəsi ilə qeyd edildiyindən xx.xx.2019-cu il tarixli, ******* saylı "Ödəniş kartına xidmət göstərilməsi haqqında” müqavilə üzrə texniki overdrafta yol verilməsi müəyyən edilmir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2021-ci il tarixində ****9879 nömrəli ödəniş kartı hesabına bankomat vasitəsilə (ATM) 1 halda 150 manat məbləğdə nağd qaydada (524375******9879 terminal - ******* NCR ATM CATEL BAKU(CASHJN)) və 1 halda 0.10 manat (524375******9879 terminal - ******* NCR00008 (CASH OUT) YSM)) təyinatı ilə mədaxil olmuşdur. Həmin tarixdə 6 halda eyni məbləğli 150 manat olmaqla; ümumilikdə 900 manat eyni terminal vasitəsilə kart hesabına “vəsaitin plastik karta mədaxili, müqavilə - 524375RCTBMM9879 terminal - 1003195” təyinatı ilə təkrar mədaxillər olmuşdur. Bank tərəfindən ekspertə təqdim olunan rəsmi məlumata əsasən bu sistemdə yaranmış texniki nasazlıq səbəbindən yanlış olaraq təkrar daxil olmalardır (Bankın arayışı əlavə olunur). Qeyd: Adi bank praktikasına görə plastik kartlardan istifadə olunması zamanı müəyyən texniki səbəblərdən (kartlar üzrə prosesinq mərkəzləri ilə xidmət göstərən banklar arasında sistem xətası) kart hesablarında texniki overdrafta yol verilə bilməsi halları istisna olunmur. Nəticədə həmin tarixdə hesabda olan 0,04 manat qalıq və artıq mədaxil olmaların klirinqi nəzərə alındıqda kart hesabının balansında 910,06 manat məbləğində mənfi balans (borc) yaranmışdır. xx.xx.2021-ci il tarixində kart hesabına 75 manat mədaxil əməliyyatından sonra hesabda 835,06 manat mənfi qalıq yaranmışdır. xx.xx.2021-ci il tarixində 1,19 manat “cashback” və xx.xx.2021-ci il tarixində 0,29 manat bonus məbləği əlavə edildikdən sonra yekun overdraft məbləği 833,58 manat olmuşdur. Təqdim olunan hesabdan çıxarışlara əsasən xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərdə overdraft əməliyyatları aparılmamış, xx.xx.2021-ci il tarixdə hesabda yaranmış 833,58 manat overdraft məbləğinə xx.xx.2021 tarixli 939ovBANK/21 saylı kredit müqaviləsi rəsmiləşdirilərək kart hesabında yaranmış mənfi balans bankın krediti hesabına silinmişdir. Təqdim olunan hesabdan çıxarışlara əsasən 833,58 manat məbləğdə overdraft üzrə rəsmiləşdirilmiş kredit üzrə xx.xx.2022-ci il tarixdə 1 halda 169,14 manat məbləğdə ödəniş aparılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci i tarixli, 2(001)-189/2025 saylı ekspertiza təyini haqqinda gərardadına əsasən ekspert qarşısında qoyulmuş sualların aydınlaşdırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankın Bankların fəaliyyətinə nəzarət departamentinin mütəxəssis qismində cəlb edilməsi göstərilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Mərkəzi Bankın Bankların fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru X3 tərəfindən tərtib edilmiş rəyə əsasən sualların cavabları aşağıdaki kimi müəyyən edilir, o cümlədən: 1-ci sual üzrə: xx.xx.2021-ci il tarixində ****9879 nömrəli ödəniş kartı hesabına bankomat vasitəsilə (ATM) 1 halda 150 manat məbləğdə nağd qaydada (524375******9879 terminal- ******* NCR ATM CATEL BAKU(CASHJN)) və 1 halda 0.10 manat (524375******9879 tenminal ******* NCR00008 (CASH OUT) YSM)) təyinatı ilə mədaxil olmuşdur. Həmin tarixdə 6 halda eyni məbləğli 150 manat olmaqla; ümumilikdə 900 manat eyni terminal vasitəsilə kart hesabına "vəsaitin plastik karta mədaxili, müqavilə - 524375RCTBMM9879 terminal-1003195” təyinatı ilə təkrar mədaxillər olmuşdur. Bank tərəfindən ekspertə təqdim olunan rəsmi məlumata əsasən bu sistemdə yaranmış texniki nasazlıq səbəbindən yanlış olaraq təkrar daxil olmalardır (Bankın arayışı əlavə olunur). Qeyd- Adi bank praktikasına görə plastik kartlardan istifadə olunması zamanı müəyyən texniki səbəblərdən (kartlar üzrə prosesinq mərkəzləri ilə xidmət göstərən banklar arasında sistem xətası) kart hesablarında texniki overdrafta yol verilə bilməsi halları istisna olunmur. Nəticədə həmin tarixdə hesabda olan 0,04 manat qalıq və artıq mədaxil olmaların klirinqi nəzərə alındıqda kart hesabının balansında 910,06 manat məbləğində mənfi balans (borc) yaranmışdır. xx.xx.2021-ci il tarixində kart hesabına 75 manat mədaxil əməliyyatından sonra hesabda 835,06 manat mənfi qalıq yaranmışdır, xx.xx.2021-ci il tarixində 1,19 manat "cashback" və xx.xx.2021-ci il tarixində 0,29 manat bonus məbləği Əlavə edildikdən sonra yekun overdraft məbləği 833,58 manat olmuşdur. 2-ci sual üzrə: Təqdim olunan hesabdan çıxarışlara əsasən xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərdə overdraft əməliyyatları aparılmamış, xx.xx.2021-ci il tarixdə hesabda yaranmış 833,58 manat overdraft məbləğinə xx.xx.2021 tarixli 939ovBANK/21 saylı kredit müqaviləsi rəsmiləşdirilərək kart hesabında yaranmış mənfi balans bankın krediti hesabına silinmişdir. 3-cü sual üzrə: Təqdim olunan hesabdan çıxarışlara əsasən 833,58 manat məbləğdə overdraft üzrə rəsmiləşdirilmiş kredit üzrə xx.xx.2022-ci il tarixdə 1 halda 169,14 manat məbləğdə ödəniş aparılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli Ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, daha sonra cavabdeh ona məxsus olmayan 664,44 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuş, iddiaçının xəbərdarlığına baxmayaraq cavabdeh 664,44 manat pul vəsaitini banka geri qaytarmamışdır. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssiz rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir, həmin rəydə isə cavabdehin xx.xx.2019-cu il tarixli Ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə üzrə cavabdehin 664,44 manat məbləğində texniki overdraftı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 664,44 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi cərimənin tutulması hissəsində əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli Ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə üzrə tərəflər arasında cərimə haqqında yazılı formada razılaşma olmamış, cavabdehin iddiaçıya olan borcu əsassız varlanma nəticəsində əmələ gəlmiş, yəni, cavabdehin hesabına texniki overdraft nəticəsində pul vəsaiti mədaxil olunmuşdur. Həmçinin iddiaçının nümayəndəsi verdiyi izahatında da, bildirmişdir ki, həmin məbləğ əsas borca hesablanmış faiz borcu deyil, cərimə borcudur. Belə olan halda da, iddia cərimə hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli Ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə üzrə Cavabdeh 664,44 manat məbləğində vəsait iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 26 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli Ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə üzrə 664,44 (altı yüz altmış dörd manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manatı iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 400 (dörd yüz) manat məbləğində vəsaitin 200 (iki yüz) manatı iddiaçı «X4» Açıq Səhmdar Cəmiyyətindən, qalan 200 (iki yüz) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-189/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-189/2025
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver