Məhkəmə qərarları › İş №2(001)-1890/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1890/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1890/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, vəkili və nümayəndəsi Nümayəndə, vəkili və nümayəndəsi Vəkil2, vəkili Vəkil3, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X4 və vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh X2rşı 12000 ABŞ dolları və 5000 manat borc tələbinə dair ilk iddia ərizəsi, İddiaçı X4 Cavabdeh İddiaçı qarşı 9000 ABŞ dolları, 55000 manat və dövlət rüsumuna görə 30 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X2rşı 12000 ABŞ dolları və 5000 manat borc tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X7 cavabdeh İddiaçı qarşı 9000 ABŞ dolları, 55000 manat və dövlət rüsumuna görə 30 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki, bir tərəfdən Binəqədi Rayon Məhkəməsinin icraatında olan 1890/2021 nömrəli mülki iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, digər tərəfdən isə sözügedən mülki iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İran İslam Respublikasının vətəndaşı X3 bu barışıq sazişini aşağıdakı şərtlər daxilində bağlamışlar: X3 ilkin iddia üzrə iddianı etiraf edir, yəni İddiaçı 12000 (on iki min) ABŞ dolları və 5000 (beş min) manat borcu olduğunu qəbul edir. X3 tərəfindən, 12000 (on iki min) ABŞ dolları və 5000 (beş min) manat borcun, yəni ümumilikdə 25000 (iyirmi beş min) manat borcun 15000 (on beş min) manatlıq hissəsi 7 oktyabr 2021-ci il tarixinədək, qalan 10000 (on min) manatlıq hissəsi isə hər ayın 5-i 2000 (iki min) manat olmaqla 5 (beş) ay müddətinə ödəniləcəkdir. X1 Rayon Məhkəməsinin icraatında olan 1890/2021 nömrəli mülki iş üzrə qarşılıqlı iddiadan, yəni qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 9000 (doqquz min) ABŞ dolları, 55000 (əlli beş min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat vəsaitin tutulması tələbi haqqında iddiasından imtina edir. X3 bu iş üzrə ilkin iddianın etiraf edilməsinin və qarşılıqlı iddiadan imtinanın nəticələrinin ona tam aydın olduğunu bəyan edir. X3 tərəfindən bu barışıq sazişinin 1-ci bəndində göstərilmiş ödənişlərin müəyyən edilmiş müddətdə ödənilməməsi məcburi icra icraatı üçün əsas yaradır. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinin ona aydın olmasını bildirib barışıq sazişinin təsdiq olunmaqla mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh X7 Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərinin ona aydın olmasını bildirib barışıq sazişinin təsdiq edilməklə mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261.0. maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdeh X2rşı 12000 ABŞ dolları və 5000 manat borc tələbinə dair ilk iddia ərizəsi, iddiaçı X4 cavabdeh İddiaçı qarşı 9000 ABŞ dolları, 55000 manat və 30 manat dövlət rüsumunun tanınmasına dair qarşılıqlı iddia ərizəsi ilə bağlı 2(001)-1890/2021 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Barışıq sazişinin şərtləri: 1.X3 ilkin iddia üzrə iddianı etiraf edir, yəni İddiaçı 12000 (on iki min) ABŞ dolları və 5000 (beş min) manat borcu olduğunu qəbul edir. 2.X3 tərəfindən, 12000 (on iki min) ABŞ dolları və 5000 (beş min) manat borcun, yəni ümumilikdə 25000 (iyirmi beş min) manat borcun 15000 (on beş min) manatlıq hissəsi 07 oktyabr 2021-ci il tarixinədək, qalan 10000 (on min) manatlıq hissəsi isə hər ayın 5-i 2000 (iki min) manat olmaqla 5 (beş) ay müddətinə ödəniləcəkdir. 3.X1 Rayon Məhkəməsinin icraatında olan 1890/2021 nömrəli mülki iş üzrə qarşılıqlı iddiadan, yəni qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 9000 (doqquz min) ABŞ dolları, 55000 (əlli beş min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat vəsaitin tutulması tələbi haqqında iddiasından imtina edir. 4.X3 bu iş üzrə ilkin iddianın etiraf edilməsinin və qarşılıqlı iddiadan imtinanın nəticələrinin ona tam aydın olduğunu bəyan edir. 5.X3 tərəfindən bu barışıq sazişinin 1-ci bəndində göstərilmiş ödənişlərin müəyyən edilmiş müddətdə ödənilməməsi məcburi icra icraatı üçün əsas yaradır. 6.Bu razılaşma 2 (iki) nüsxədə, hər tərəf üçün 1(bir) nüsxə olmaqla, Azərbaycan dilində imzalanmışdır. Hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir. Barışıq sazişinin hüquqi nəticələri: 1.Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi iş üzrə icra icraatının başlanılması üçün əsasdır. 2.Tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinin tələbləri, yəni işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunur. 3.İddiaçı cavabdeh X2rşı 12000 ABŞ dolları və 5000 manat borc tələbinə dair ilk iddia ərizəsi, iddiaçı X4 cavabdeh İddiaçı qarşı 9000 ABŞ dolları, 55000 manat və dövlət rüsumuna görə 30 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı 2(001)-1890/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar