Məhkəmə qərarları › İş №2(001)-1891/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1891/2021

21.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1891/2021 21.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarəti qurğusunun dəyəri, yəni 1346 manat, 03 qəpik məbləğində pulun ondan alınaraq dövlət büdcəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 1(006)-337/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2019-cu il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə şöbənin böyük icra məmuru Qədir Mikayılov, icra məmuru Amin Həsrətov, icra məmuru Ayxan Novruzov və məhkumun özünün yanında məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarəti vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyəriin ondan tutulacağı izah edilmiş və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd sadə elektron qolbaq, 01 ədəd elektron qolbaq üçün enerji bankı, 03 ədəd ev siqnal ötürücüsü, 01 ədəd mobil qurğunun enerji adaptoru məhkum Cavabdeh təhvil verilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis ölməsinin 084-13527 saylı, 07 sentyabr 2020-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, Cavabdeh ona tətbiq edilmiş elektron nəzarəti vasitəsinin mobil qurğusunu itirmiş və bununla bağlı Nəsimi RPİ-nin 20-ci PB-nə ərizə ilə müraciət etmişdir. Şöbə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 1346,03 manat hesablanmışdır. Bundan sonra məhkumdan ona təhvil verilmiş elektron nəzarət vasitəsinə dəymiş ziyanın ödənilməsi tələb olunmuş, lakin məhkum həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Belə olan halda hesab edilir ki, cavabdehin günahından, yənı lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yarasız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru(Qədir Mikayılov) məhkumun ona təhvil verilən elektron nəzarət qurğusunu zədələyərək yararsız vəziyyətə saldığını və buna görə də vurulmuş ziyanın əvəzinin ondan tutulmasını və dövlət büdcəsinə ödənilməsini xahiş edir. İddia ərizəsi icra məmuru tərəfindən imzalanmışdır. “İcra məmurları haqqında” xx xxxxxx 1999-cu il tarixli Azərbaycan Respublikasının qanununun icra məmurlarının hüquqlarının qeyd edildiyi 8-ci maddəsində onlara xidmət etdikləri icra və probasiya şöbəsinin adından məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilmək hüququ verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Odur ki, icra məmurunun öz adından dövlət büdcəsinə vurulmuş ziyanla bağlı müstəqil olaraq məhkəmədə iddia qaldırmaq səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən məhkəmə o qənaətə gəlir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydalarının 4.7-ci bəndində qeyd edilmişdir ki, Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir. Həmin vəzifələr barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər tərəfindən yerinə yetirilmədikdə, bu barədə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə müvafiq tədbirlərin görülməsi üçün cinayət prosesini həyata keçirən orqana məlumat verilir. Həmin Qaydaların 7.5-ci bəndində qeyd edilmişdir ki, tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Bundan başqa Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsində qeyd edilmişdir ki, Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi cəzaların icrası zamanı vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinin prosessual forması qanunvericilikdə konkret olaraq müəyyən edilməmişdir, lakin yuxarıda qeyd olunan qaydalara əsasən icra məmurunun elektron nəzarət vasitəsi zədələndikdə və ya digər üsullarla yararsız vəziyyətə salındıqda, həmin vasitənin dəyərini zərərvuran şəxsdən tutma səlahiyyəti müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda yenidən məhkəməyə müraciət edilərkən yuxarıda göstərilənlərin nəzərə alınması xahiş olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar