Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1892/2022 18.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, ******* nömrəli “Problemli kreditin restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsi”nə əsasən, bankla sonuncu arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli, 100-40746/F nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 verilmiş və vaxtı keçmiş kredit borcuu restrukturizasiya edilərək 6436,01 manat borcun ödənilmə müddəti 5 il, güzəşt müddəti 1 il, illik faiz dərəcəsi 1 faiz müəyyən edilmişdir. Cavabdeh1 göstərilən borcu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq bankla Cavabdeh3 arasında 30 sentyabr 2019-cu il tarixdə 5040746/F-2, Cavabdeh2 arasında həmin tarixli, 5040746/F-1 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə əsasən, zaminlər əsas borclunun bank qarşısındakı öhdəliklərinin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərilərinə götürmüşlər. Lakin, Cavabdeh1 tərəfindən öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən, onun həmin tarixə banka 6431,13 manat əsas, 135,49 manat faiz borcu yaranmışdır. İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada yuxarıda göstərilən məbləğdə borcun, eləcə də iddia ərisəzi verilərkən ödənilmiş 85,67 manat dövlət rüsumunun əvəzinin tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etdiyini bildirib izahatında göstərdi ki, əsas borclu tərəfindən müqavilə üzrə sonuncu ödəniş 24 dekabr 2019-cu il tarixdə 8,3 manat məbləğində edilmişdir. Buna görə də, bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Kəmalə Əliyeva məhkəməyə vəsatət ünvanlayaraq bank tərəfindən borcun şişirildiyini qeyd etsə də, vəsatət əsaslandırılmamışdır. Həm dövlət, həm də bank tərəfindən Cavabdeh1 borcunun ödənilməsi ilə bağlı kifayət qədər güzəştlər edilməsinə baxmayaraq, cavabdeh qərəzli olaraq müqavilə şərtlərini pozmuş, ödənişləri müqavilədə nəzərdə tutulmuş qaydada icra etməmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayraq, məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərə tam etmədiyinə görə iddianın təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia ona münasibətdə də təmin olunmalıdır. Cavabdeh1 məhkəməyə vəsatət ünvanlayaraq iddiaçı tərəfindən borcun əsassız olaraq şişirildiyini qeyd edib, borcun dəqiq hesablanması məqsədi ilə iş üzrə ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, vəsatət əsaslandırılmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə borcun məbləği 6436,01 manat müəyyən edilmiş, hazırki iddia tələbi isə əsas borc hissəsində 6431,13 manat, faiz borcu hissəsində isə 135,49 manatdır. Borcun əsassız olaraq şişirilməsi o halda ehtimal edilə bilər ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilər və bank tərəfindən həmin ödənişlər düzgün hesablanmaz. Hazırki halda isə cavabdeh vəsatətinə hər hansı ödəniş məlumatı əlavə etməmiş, vəsatətində bu barədə qeyd də aparmamışdır. Buna görə də, məhkəmə vəsatəti əsaslı hesab etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, əsas borc üzrə 6431,13 manat, faiz borcu üzrə 135,49 manat olmaqla ümumilikdə 6566,62 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 85,67 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6431,13 manat, faiz borcu üzrə 135,49 manat olmaqla ümumilikdə 6566,62 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş 85,67 manat pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1892/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1892/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver