Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1914/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3060,9 manat əsas, 23,67 manat faiz, və 6,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3090,96 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx “ İKB ASC-dən illik 20 faizlə, 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh banka xx xxxxxx 2019cu il tarixli kredit müqaviləsi üzrə 3060,9 manat əsas, 23,67 manat faiz, 6,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3090,96 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin yeni maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, aylıq ödənişi 148 manat 65 qəpikdir. May ayından sonra isə Pandemiya ilə əlaqədar ödənişləri edə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx xxxxxx 2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Kredit verən bank “xxxx” İKB ASC ilə kredit alan Cavabdeh arasında fiziki şəxsə bank hesabları , əmanət, ödəniş kartları, kredit və digər bank bank xidmətlərinin göstərilməsi üzrə münasibətlərin tənzimlənməsi məqsədilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərdən görünür ki, bank müştəriyə maksimal limiti 15000 manat olmaqla xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək açılır. Kredit xətti üzrə illik % dərəcəsi 27 %-dək cərimə məbləği isə 0,2 %-dək hesablanır. Həmin sazişə əsasən 24-Y-1-0-1433-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə, illik 20 % olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Bankomatlardan istifadə edilməsi üçün şəxsi məxfi kod müştəriyə bağlı zərfdə xx.xx.2019-cu il tarixində verilmiş və Cavabdeh tərəfindən təhvil alınmışdır. “xxxx” ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 24-Y-1-0-1433-19 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə 3060,9 manat əsas borc, 23,67 manat faiz borcu və 6,39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3090,96 manat borc hesablanmışdır. “xxxx” ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 24-Y-1-0-1433-19 saylı kredit müqaviləsi üzrə xx xxxx 2021-ci il tarixinə 2910,9 manat əsas borc, 127,83 manat faiz borcu və 16,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3054,82 manat borc hesablanmışdır. “xxxx” ASC-nin Cavabdeh oğluna ünvanladığı xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 24-Y-1-0-1433-19 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında “xxxx” İKB ASC ilə kredit alan Cavabdeh arasında fiziki şəxsə bank hesabları , əmanət, ödəniş kartları, kredit və digər bank bank xidmətlərinin göstərilməsi üzrə münasibətlərin tənzimlənməsi məqsədilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərdən görünür ki, bank müştəriyə maksimal limiti 15000 manat olmaqla xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək açılır. Kredit xətti üzrə illik % dərəcəsi 27 %-dək cərimə məbləği isə 0,2 %-dək hesablanır. Həmin sazişə əsasən 24-Y-1-0-1433-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə, illik 20 % olmaqla 4000 manat məbləğində kredit verilmişdir.Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İş materialları ilə müəyyən edilir ki, kredit müqaviləsinin bitmə tarixi xx.xx.2022-ci ildir. Lakin borcalan xx.xx.2021-ci il tarixədək əsas borcdan 1089.1 manat, faiz borcundan 1005.94 manat ödəniş həyata keçirmişdir. Mülki işin məhkəmənin icraatın olduğu vaxtda, yəni xx.xx.2021-ci il tarixdə əsas borcdan 150 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixdə 100 manat faiz borcundan ödəniş etmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiada tələb olunan əsas borca münasibətdə qeyd edir ki, əsas borc bank tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq faktiki borcun əsasında müəyyən edilməlidir. Belə ki, maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə xx.xx.2021-ci il tarixində 150 manat, xx.xx.2021-ci il tarixində isə 100 manat ödəniş etmişdir. Belə olduğu təqdirdə iddia əsas borca münasibətdə qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli kredt müqaviləsi üzrə 2910,9 manat əsas borc müəyyən edilməli, sonuncu maliyyə arayışına əsasən xx.xx.2021ci il tarixdəki ödənişdən sonra faiz məbləğinin 127.83 manat qaldığı göstərilsə də, iddia tələbi artırılmamış və məhkəmə tələbə bağlı olduğundan faiz borcu iddia ərizəsində tələb edildiyi kimi 23,67 manat məbləğində müəyyən edilməli və həmin məbləğlər cavabdehdən iddiaçı “xxxx” ASC -nin xeyrinə tutulmalıdır. Cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx xxxxxx 2019-cu il tarixli 24-Y-1-0-1433-19 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 6,39 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış 6,39 manat məbləğində dəbbə pulu cavabdehdən iddiaçı “xxxx” ASC -nin xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı “xxxx” İKB ASC ilə kredit alan Cavabdeh arasında bağlanan xx xxxxxx 2019-cu il tarixli 24-Y-1-0-1433-19 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 2910,9 manat, faiz borcu üzrə 23,67 manat və cərimə borcu üzrə 6,39 manat olmaqla, ümumilikdə 2940,96 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanan xx xxxxxx 2019-cu il tarixli 24-Y-1- 0-1433-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 2910,9 (iki min doqquz yüz on manat, doxsan qəpik) manat, faiz borcu üzrə 23,67 (iyirmi üç manat, altmış yeddi qəpik) manat və cərimə borcu üzrə 6,39 (altı manat, otuz doqquz qəpik) manat olmaqla, ümumilikdə 2940,96 (iki min doqquz yüz qırx manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1914/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1914/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver